Rəfibəylilər
Naviqasiyaya keç
Axtarışa keç
Rəfibəylilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Rəfi bəy |
Qohum soylar | Rzayevlər |
Mənşəyi | Gəncə |
Təbəəliyi | Gəncə xanlığı, Rusiya imperiyası |
Rəfibəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması
[redaktə | mənbəni redaktə et]Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyov soyadını qəbul etdilər.
Türkiyədə 3 fərqli soyadla yaşayıblar. Sayqın, Arran və Əskəran.
Soyun tanınmış nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Hacı Həsən Rəfiyev (– may 1920, Gəncə) — Gəncə Şəhər Dumasının üzvü, maarifçi, xeyriyyəçi. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak edib və döyüşdə həlak olub.[1] Şair, yazıçı Mikayıl Rəfilinin atasıdır.
- Hacı Məmmədhüseyn Rəfiyev (1860, Gəncə, Tiflis quberniyası – 1920, Gəncə) — sənayeçi və 1-ci gildiya taciri.[2][3] Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub.[4][5] Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin,[6] Difai Partiyasının Gəncə təşkilatının üzvü,[2] Gəncə Şəhər Dumasının qlasnısı olub.[7] 3 dəfə ailə qurub. Bu evliliklərdən 6 oğlu və 5 qızı olub.[8] Məmmədhüseyn bəy ilk dəfə Xəlil bəy Xasməmmədovun bacısı Xeyrənsə xanım ilə ailə qurub. Bu evlilikdən Məşədi Əli, Musa, Abbas, Muxtar və Bilqeyis xanım dünyaya gəlib.[9] Xeyrənsə xanım 1896-cı ildə vəfat etdikdən sonra Məmmədhüseyn bəy 1899-cu ildə Abuzər bəy İrzayevin bacısı Sitarə xanımla ailə qurub. Bu evlilikdən Xanım, Həmidə, Yusuf, Mirzə, Şəfiqə adlı övladları dünyaya gəlib.[10] 1910-cu ildə Sitarə xanım dünyasını dəyişdikdən sonra Məmmədhüseyn bəy 1912-ci ildə Böyükxanım Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Fəridə adlı qızları dünyaya gəlib.[11]
- Abbas Rəfiyev (1887, Gəncə – 1938, Təbriz) — sənayeçi və tacir. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Xalçaçılıq üzrə ixtisaslaşıb. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak etdiyinə görə güllələnib.[12]
- Musa bəy Rəfiyev (1888, Gəncə – 1938, Təbriz) — ictimai-siyasi və dövlət xadimi. 1914-cü ilin sonlarında Həsən bəy Ağayev və Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradıb.[13][14] Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub. Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb. Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib. Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.
- Məşədi Əli Rəfiyev (11 mart 1889, Gəncə – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913),[15]Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü,[16] Müsavat Partiyasının Gəncə təşkilatının sədri,[16][17] Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri,[18] Müsavat Partiyasının xarici bürosunun üzvü[2][19] və xeyriyyəçi.[16] Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib. 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub.[20] Gəncə Kişi Gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib.[20][21] Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib.[22] Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.[2][20]
- Mirzə bəy Rəfibəyli - Gəncə Şəhər Dumasının üzvü, ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu.
- Xudadat bəy Rəfibəyli —Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Gəncədə mərkəzi xəstəxananın baş həkimi, həkim, 1 iyun 1920-ci ildə güllələnmişdir.
- Əyyub bəy Rəfibəyov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şəki qəzasının rəisi, ictimai-siyasi xadim.
- Abuzər bəy Rzayev — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.
- Səməd bəy Rəfibəyli — Səməd Sayqun, ADR zabiti, Atatürkün silahdaşı, paşa
- Ələkbər bəy Rəfibəyli — Difai Partiyasının yaradıcılarından biri, Gəncə Şəhər Dumasının üzvü, maarifçi.
- Cavad bəy Rəfibəyli — maarif xadimi.
- Nigar Rəfibəyli — şairə, tərcüməçi, 1934-cü ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), Azərbaycanın Xalq şairi (1981).
- Akif Rəfiyev — əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan SSR daxili işlər nazirinin müavini (1989-1991), Azərbaycan Respublikası ədliyyə nazirinin müavini (1991-2002)
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Rafael Hüseynovun Rəfibəylilər haqqında yazdığı "Yurdun adındakı can" adlı kitabı işıq üzü görüb.[23]
2021-ci ildə Mədəniyyət Televiziyasında Rafael Hüseynovun təqdimatında Rəfibəylilər haqqında iki hissəli veriliş yayımlanıb.[24]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Rəfibəylilər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №3, səh.32–34
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vəlizadə, Tural. Azərbaycanda xeyriyyəçilik ənənələri (az.). Bakı. 2018. 59. Archived from the original on 2020-02-25. İstifadə tarixi: 2024-11-01.
- ↑ Yuxarıda get: 1 2 3 4 Tahirli, Abid. "Səlim Rəfiq və ailəsi haqqında salnamə". 525-ci qəzet. 2014-08-04. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
- ↑ Rəfiyev, Tofiq. "Муса Рафиев - один из создателей Азербайджанской Демократической Республики". 1news.az (rus). 2022-05-29. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 35. ISBN 978-9952-8142-4-8.
- ↑ Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2018. 318. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-05.
- ↑ Kərimzadə, Pərvin. "Общественные организации Гянджи начала ХХ века". Журнал научных публикаций аспирантов и докторантов. 2010-07-22. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
- ↑ Quliyev, Dilqəm. "Soy-kökünün tanınmış nümayəndəsi- Ruslan Rəfizadə". Xalq qəzeti (az.). 2024-01-07. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 38. ISBN 978-9952-8142-4-8. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 39. ISBN 978-9952-8142-4-8. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 40. ISBN 978-9952-8142-4-8. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 43. ISBN 978-9952-8142-4-8. 2024-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-25.
- ↑ Özcan, Ömer. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri // Selim Refik Refioğlu ve soyu üzerine (türk). Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. 83. ISBN 978-9952-508-77-2. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 190. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Гаджиев, Н. "Как это было: Гянджа в начале ХХ века". azerhistory.com (rus). 2020-11-29. 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. 305. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Yuxarıda get: 1 2 3 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 225. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
- ↑ Yaqublu, Nəsiman. Cümhuriyyət qurucuları (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2018. 82. ISBN 978-9952-507-96-6. 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-06-05.
- ↑ Yaqublu, Nəsiman. Müsavat partiyasının tarixi (PDF) (az.). Bakı: Adiloğlu. 2012. 56. 2021-06-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-30.
- ↑ İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 96. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ Yuxarıda get: 1 2 3 Əhməd, Dilqəm. "Qaspıralının qızı ilə evlənən azərbaycanlı – FOTO". Teleqraf.com (az.). 2019-05-16. 2024-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-05.
- ↑ Özcan, Ömər. Səlim Rəfiq Rəfioğlu - Soyu, mühiti, təhsili, müəllimliyi, yaradıcılığı (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2013. 53. ISBN 978-9952-8142-4-8.
- ↑ "Gəncənin məşhur Rəfibəylilər ailəsindən olan ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlu". gencexeber.az (az.). 2023-04-04. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
- ↑ "Rəfibəylilərin ağrılı-acılı taleyindən bəhs edən ibrətamiz kitab". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2010-12-10. İstifadə tarixi: 2024-11-01.
- ↑ "Vətənim" verilişinin Rəfibəylilər nəslinin şanlı və keşməkeşli taleyinə həsr edilən ikinci buraxılışı yayımlanıb". science.gov.az (az.). 2021-08-12. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.