Çarlz Bukovski (əsl adı: alm. Heinrich Karl Bukowski; 16 avqust 1920[1][2][…], Andernax[d][6] – 9 mart 1994[1][2][…], San Pedro[d], Kaliforniya) — alman mənşəli ABŞ yazıçı və şairi. Əsərlərində bəzən Henry Chinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-nin Los-Anceles şəhərində keçirmişdir.
Çarlz Bukovski | |
---|---|
ing. Charles Bukowski | |
Doğum adı | Heinrich Karl Bukowski |
Doğum tarixi | 16 avqust 1920[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1994[1][2][…] (73 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | leykoz |
Milliyyəti | alman |
Uşağı | 3 |
Fəaliyyəti | aktyor, yazıçı, ssenarist, şair, romançı, jurnalist, müəllif, felyetonçu[d], avtobioqraf[d], gündəlik yazıçısı[d] |
Fəaliyyət illəri | 1940-cı ildən |
Əsərlərinin dili | ingilis |
İstiqamət | çirkli realizm[3][4], transqressiv ədəbiyyat[5] |
Tanınmış əsərləri | |
bukowski.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərlərində ümumiyyətlə cəmiyyət xarici insanları və depressiyasini mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qismi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yaşamağının onsuz da təbii olduğu fikrini müdafiə etməkdədir.
Birinci dünya müharibəsinin sonlarında Almaniyaya hərbi xidmət səbəbiylə gələn polyak əsilli Amerikan bir atanın və dərziliklə məşğul olan alman mənşəli bir ananın uşağı olan Çarlz Bukovski 1920-ci ildə Almaniyaın Andernax şəhərində anadan olmuşdur. Bukovski 2 yaşındaykən ailəsi Los-Ancelesə köçdülər. 1929-cu il Böhranı əsnasında Bukovskinin atası ümumiyyətlə işsiz idi və Bukovskiyə şiddət tətbiq edirdi. Uşaqlığında ümumiyyətlə səssiz və bu səbəblə diqqət çəkən yazıçı bəzən dəli olmaq nöqtəsinə gəlir özündən heç gözlənilməz qoçuluqlar edirdi. İbtidai məktəb illərindəndən etibarən qorxusuz olan Bukovski öz yazdığı bir əsərində ibtidai məktəb müəlliminə "sevişək" dediyini söyləməkdədir. Daha o zamandan necə biri olacağı dəqiqlik qazanan Bukovski, Los-Anceles Liseyindən məzun olduqdan sonra sənət, jurnalistika və ədəbiyyat dərsləri alırdı. Los-Anceles Şəhər Universitetində 1 il oxudu.
Yazmağa başladığı gündən etibarən yazılarını nümayiş olunması üçün jurnallara göndərən Bukovskinin yazıları həmişə geri göndərilmişdir. Ancaq 24 yaşındaykən "Aftermath of a Lenghty Rejection Slip" adlı qısa əhvalatı nümayiş olundu. İki il sonra bir başqa qısa əhvalatı olan "20 Tanks From Kasseldown" adlı əsəri nümayiş olundu. Bukovski nəşriyyat üsulunlarından xəyal qırıqlığına uğradı və haradasa 10 illiyinə yazmağı buraxdı. Həyatının bu hissəsini ABŞı gəzərək, müxtəlif işlərdə ümumiyyətlə qısa vədəli işlərdə çalışaraq və ucuz pansionlarda yerləşərək keçirdi. Həyatının digər hissələrində olduğundan daha sıx bir temp ilə aclıq ilə boğuşan və qadınlarla zaman keçirən Bukovski daha sonra bu illərini Factotum adlı kitabında da izah etmişdir. Bu dövrdəki işlərinin qısa vədəli olmasının səbəbi də nizam tanımaz şəxsiyyəti və spirt asılılığından idi. Bukovski atasına olan nifrətini onun əksinə bir həyat yaşayaraq göstərmiş və bir yazısında da buna görə bir heç olmağı seçdiyini söyləmişdir. O atasının əksinə olduğu kimi görünən və bir şey olmamağı hədəfliyən biri olaraq qazandığı pula əhəmiyyət vermir və barlarda günü birlik bir həyat sürürdü. Zəngin amerikalı qadınlarla əlaqəyə girdiyi dövrlərdə onlara kobud davransa da, təsir edir onların evlərində yaşamağa başlayır amma heç cür o həyata adaptasiya ola bilməyərək köhnə həyatına geri dönürdü ki, 1969da da bunu ac qalmağı seçdiyini söyləyərək isbat etmiş olur sanki. Ayrıca ömürünün çoxu deyilə bilinəcək qədər qismini də hippodromlarda keçirmiş və bundan yazılarında tez-tez bəhs etmişdir. 1950-ci illərin əvvəllərində Bukovski, iki ildən az bir müddət ABŞ Məktub İdarəsində məktub küryəsi olaraq işlədi. 1955-ci ildə ölümün ucundan döndüyü spirt komasından ötəri xəstəxanaya götürüldü. Xəstəxanadan buraxıldıqdan sonra bir çap maşını satın aldı və şeir yazmağa başladı.1957-ci ildə Barbara Fry ilə evləndi lakin 1959da boşandılar. Bukovski, şeir yazmağa və içki içməyə davam etdi və sonra Los-Ancelesdəki post mərkəzinə geri döndü. 1965-ci ildə heç evlənmədiyi Francis Smithdən bir qızı oldu. 1969-cu ildə Black Sparrow Nəşriyyatdan ömür boyu 100 dollar maaş təklifini aldığı üçün post mərkəzindən ayrıldı. Bir məktubunda belə bir şərhi vardı "İki variantdan birini seçmək məcburiyyətindəydim: Məktub ofisində qalıb havalanmaq ya da yazmağa oynayıb aclıqdan ölmək. Mən aç qalmağı seçdim." Məktub ofisini buraxalı bir ay olmayalı Bukovski Post ofisi adındakı ilk romanını bitirdi. 1976-cı ildə Bukovski, Linda Lee Beighle ilə tanış oldu. İki il sonra birlikdə Los-Ancelesdə bir liman şəhəri olan San Pedroya köçdülər. Bukovski və Beighle 1985-ci ildə evləndilər.
Bukowski, Pulp romanını hələ bitirdikdən sonra 9 mart 1994-cü ildə 73 yaşındaykən onurğa iliyidən yayılan lösəm səbəbiylə San Pedro, Kaliforniyada öldü. Ölüm mərasimi budist rahiblər tərəfindən idarə olundu.
Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.
Bukowskinin şeir və əhvalatlarından ibarət olan cəmi 45 kitab var.