Çeçenistan əhalisi

Çeçenistan əhalisiÇeçenistan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri. Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, 2021-ci ildə respublikanın əhalisi 1.497.992 nəfərdir.[1] Əhalinin sıxlığı 92,63 nəfər/km2 -dir (2021). Şəhər əhalisi: 36,41% (2020).[2]

Ən böyük şəhərləri: Qroznı, Qudermes, Malqobek, Nazran, Arqun.[3]

Kişi və qadın nisbəti (Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatı)[4]
İl 1000 kişiyə düşən qadınların sayı
2005 1053
2010 1038
2011 1036
2012 1035
2013 1035
2014 1034
2015 1031
2016 1031
2017 1030

Çeçenistan Respublikasında yeganə üstünlük təşkil edən etnik qrup çeçenlərdir (1.031.647 nəfər; 2002-ci ildə bütün əhalinin 93,5%-i). Onlar respublikanın bütün bölgələrində mütləq əksəriyyəti təşkil edirlər.[5]

Respublikada ikinci ən böyük etnik qrup ruslardır (24.382 nəfər; bütün əhalinin 1,92%-i).[6] Onlar əsasən Qroznı şəhərində (5,295 nəfər; bütün əhalinin 2,5%-i), həmçinin Naurski (6,538 nəfər; bütün əhalinin 12,8%-i) və Şelkov (3,992 nəfər; bütün əhalinin 7,9%-i) rayonlarında məskunlaşmışdır. SSRİ-nin 1989-cu il Ümumittifaq Əhali Siyahıyaalınmasına əsasən, o vaxtkı Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasında yaşayan rusların sayı 269.130 nəfər idi, respublika əhalisinin 24,8%-ni təşkil edirdilər.[5] Demək olar ki, respublikanın bütün rus əhalisi 1990-cı illərdə Birinci Çeçenistan müharibəsi nəticəsində qovulmuşdur.[7]

Qumuqlar Çeçenistanda üçüncü ən böyük etnik qrupdur. Ölkədə yaşayan 8,883 qumuq var və onlar bütün əhalinin 0,8% ni təşkil edir. Tarixən qumuqlar Qudermes (3.564 nəfər; bütün əhalinin 5,0%-i), Qroznı (2.745 nəfər; bütün əhalinin 2,2%-i) və Şelkov (1.702 nəfər; bütün əhalinin 3,4%-i) bölgələrində məskunlaşmışdır.[5]

Avarlar (4.133 nəfər; bütün əhalinin 0,4%-i) Şaroy (1.436 nəfər) və Şelkov (1.538 nəfər; bütün əhalinin 3,1%-i) rayonlarında yaşayır.[5]

Noqaylar (3,572 nəfər; bütün əhalinin 0,3%-i) əsasən Şelkov rayonunda yaşayır (3.504 nəfər; bütün əhalinin 7,0%-i).[5]

Etnik çərçivədə çeçenlərə yaxın olan inquşlar (2.914 nəfər; bütün əhalinin 0,3%-i) Qroznıda kiçik bir icmanı təşkil edir (2.129 nəfər; bütün əhalinin 1,0%-i).[5]

Qalan etnik qrupların dəqiq məskunlaşma arealı yoxdur və respublika əhalinin 1%-dən azını təşkil edir.

Əhalinin siyahıya alınmalarına görə Çeçenistan əhalisinin etnik tərkibinin dinamikası:[8][9][6]

Milliyət 1959 1970 1979 1989 2002 2010
nəf. % nəf. % nəf. % nəf. % nəf. % nəf. %
Çeçenlər 238 331 39,7 499 962 54,7 602 223 60,1 715 306 66,0 1 031 647 93,47 1 206 551 95,08
Ruslar 296 794 49,4 329 701 36,1 309 079 30,8 269 130 24,8 40 664 3,68 24 382 1,92
Qumuqlar 6865 0,8 7808 0,8 9591 0,9 8883 0,80 12 221 0,96
Avarlar 4196 0,5 4793 0,5 6035 0,6 4133 0,37 4864 0,38
Noqaylar 5503 0,6 6079 0,6 6885 0,6 3572 0,32 3444 0,27
Tabasaranlılar 128 0,01 1656 0,13
Türklər 1662 0,15 1484 0,12
Tatarlar 2134 0,19 1466 0,12
İnquşlar 3639 0,6 14 543 1,6 20 855 2,1 25 136 2,3 2914 0,26 1296 0,10
Ləzgilər 196 0,02 1261 0,10
Qazaxlar 470 0,04 926 0,07
Dargilər 696 0,06 701 0,06
Azərbaycanlılar 226 0,02 696 0,05
Osetinlər 230 0,02 585 0,05
Kabardalılar 133 0,01 534 0,04
Ermənilər 12 136 2,0 13 948 1,5 14 438 1,4 14 666 1,4 424 0,04 514 0,04
Ukraynalılar 11 947 2,0 11 608 1,3 11 334 1,1 11 884 1,1 829 0,1 415 0,04
Kistlər 136 0,01
digərləri 28 057 3,1 25 621 2,6 25 800 2,4 4795 0,43 3757 0,30
cavabsız 779 0,07 2515 0,20
ümumi 600 397 914 383 1 002 230 1 084 433 1 103 686 1 268 989
  1. Оценка численности постоянного населения на 1 января 2021 года и в среднем за 2020 год. Росстат. Дата обращения: 19 марта 2021.
  2. Оценка численности постоянного населения на 1 января 2020 года и в среднем за 2019 год Arxivləşdirilib 2020-03-26 at the Wayback Machine. Росстат. Дата обращения: 13 марта 2020.
  3. Чечен-Ингуш Мухтар Совет Сосиалист Республикасы. Әһали. // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 334.
  4. Росстат. "Регионы России. Социально-экономические показатели" (rus). gks.ru. 2021-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  5. 1 2 3 4 5 6 "Население Чечни по данным переписи 2002 года". 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  6. 1 2 Всероссийская перепись населения 2010 года. Официальные итоги с расширенными перечнями по национальному составу населения и по регионам. Arxivləşdirilib 2021-12-09 at the Wayback Machine: см. Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine
  7. "Сергей Максудов — Сколько народу уехало из Чечни? | Демоскоп Weekly 07 сентября 2005". 2011-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
  8. "Население Чечни". www.ethno-kavkaz.narod.ru. 2019-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  9. "Всероссийская перепись населения 2002 года". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.