Çjao Szıyan (çin. 赵紫阳; 17 oktyabr 1919[1][2][…] – 17 yanvar 2005[3][2][…], Pekin[3]) – Çin partiya və dövlət xadimi[4].
Çjao Szıyan | |
---|---|
çin. 赵紫阳 | |
| |
Çin Kommunist Partiyasının baş katibi[d] | |
1 noyabr 1987 – 23 iyun 1989 | |
Əvvəlki | Hu Yaoban[d] |
Sonrakı | Tsyan Tsemin |
Şəxsi məlumatlar | |
Doğum adı | 趙修業 |
Doğum tarixi | 17 oktyabr 1919[1][2][…] |
Vəfat tarixi | 17 yanvar 2005[3][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
O, aparıcı islahatçı idi, Çinə bazar iqtisadiyyatını təqdim etmiş, korrupsiya ilə mübarizə aparmışdır.
17 oktyabr 1919-cu ildə Xenan əyaləti, Xuasyan qəzasında böyük bir torpaq sahibinin ailəsində anadan olmuşdur. Atası 1930-cu illərdə öldürülmüşdür.
1938-ci ildən Çin Kommunist Partiyasının üzvü olmuşdur[4]. 1937–1945-ci illərdə yapon işğalçılarına qarşı aparılmış milli azadlıq müharibəsində və 1946–1949-cu illərdəki xalq azadlıq müharibəsində Xebey, Şandun və Xenan əyalətlərində rəhbər partiya vəzifələrində olmuşdur. 1951-ci ildə aqrar islahatın keçirilməsinə rəhbərlik etmək üçün Quandun əyalətinə göndərilmiş, əvvəlcə ÇKP MK cənub yarımbürosunun katib müavini, sonra isə ÇKP Quandun əyalət komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir[4].
1967-ci ilin aprel ayında bütün vəzifələrdən kənarlaşdırılmışdır[4]. 1971-ci ildə bəraət almışdır[4].
Bundan sonra 1971–1972-ci illərdə ÇKP Daxili Monqolustan muxtar rayonu komitəsinin katibi, 1972–1975-ci illərdə ÇKP Quandun əyalət komitəsinin katibi və birinci katibi, 1975–1980-ci illərdə ÇKP Sıçuan əyalət komitəsinin birinci katibi, Çendu qoşunlarının birinci komissarı olmuşdur. 1978-ci ildən Çin Xalq Siyasi Məsləhət Şurası Ümumçin Komitəsi sədrinin müavini idi. 1979-cu ildən ÇKP MK Siyasi Bürosunun, 1980-ci ildən ÇKP MK Siyasi Bürosu Daimi Komitəsinin üzvü idi. 1980 ilin sentyabrında baş nazir vəzifəsinə təyin edilmişdir[5]. 1987-ci ilin yanvarında ÇKP MK-nın Baş katibi vəzifəsinə seçilmişdir[5].
1989-cu ilin iyun ayında keçirilən ÇKP MK-nın 4-cü plenumu Çjao Szıyanı ÇKP MK-nın baş katibi vəzifəsindən azad etmişdir[5]. Belə ki, ÇKP MK-nın 1989-cu ilin 23–24 iyun tarixlərində keçirilmiş XIII çağırış 4-cü pleumu Li Penin "Antipartiya və antisosializm çıxışları və iğtişaşları zamanı yoldaş Çjao Szıyanın səhvləri haqqında" məruzəsini müzakirəyə çıxartmışdır[6]. Müzakirə nəticəsində plenum Çjao Szıyanı ÇKP MK-nin baş katibi vəzifəsindən azad edərək, bu vəzifəyə ÇKP-nin Şanxay şəhər komitəsinin katibi Szyan Szemini seçmişdir[6]. Bundan sonra Çjao Szıyan ömrünün sonunadək ev dustağı qalmışdır[5].
17 yanvar 2005-ci ildə Pekindəki xəstəxanaların birində vəfat etmişdir[7].
Lyan Botsi ilə evli olmuşdur. Onbu evlilikdən 6 övladları - 5 oğlan və 1 qız övladları dünyaya gəlmişdir. Lyan Botsi 2013-cü ilin dekabr ayında Pekində vəfat etmişdir.