Öyləqulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Öyləqulu | |
---|---|
40°06′45″ şm. e. 48°20′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır.[2]
Kənd Şirvan düzündə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |