Şıxımlı (Kürdəmir)

ŞıxımlıAzərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.

Şıxımlı
40°22′43″ şm. e. 48°11′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şıxımlı xəritədə
Şıxımlı
Şıxımlı

Şıxımlı oyk. Kürdəmir rayonunun Atakişili i.ə.v.-də kənd. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şıxımlı kəndi rayon mərkəzindən 2 km aralida Kürdəmir-Axsu yolunun ustundə yerləşir. Kürdəmirin digər Atakişili, Şahsevən, Qaraqocallı, MürtülüXırdapay kəndləri ilə qonşudur.

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2031 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Kənddə 1 məktəb, 1 məscid, tibb məntəqəsi, poçt, ATS, çörəkbişirmə sexi, daş sexi, dəyirman, 2 şadlıq sarayı, restoran və s. iaşə obyektləri yerləşir. ETSN tərəfindən kəndi təmiz içməli su ilə təmin etmək üçün təmizləyici qurğu tikilmişdir. Kənd əhalisi əsasən təsərrüfat və ticarətlə məşğul olur. Kəndin qaz təminati vardir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]