Köhünlü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Köhünlü | |
---|---|
40°07′57″ şm. e. 47°59′23″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Köhünlü oyk. Keçmiş adı Gilyan Köhünlü olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Fətixan adlı şəxsə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün Fətixanlı da adlanırdı. Köhünlü mənşəcə şahsevənlərin novruzəlilər tayfasının iki qolundan (köhünlü və pirheybətli) birinin adıdır.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1140 nəfər əhali yaşayır.[2]