Çöhranlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Çöhranlı | |
---|---|
40°17′09″ şm. e. 48°11′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Çöhranlı oyk., düz. Kürdəmir r-nunun Xırdapay i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə burada çoxlu ceyran sürüləri olduğundan kəndin adı Çeyranlı imiş, sonralar təhrif olmuşdur. Əslində, kəndin adı Çöküranlı olmalıdır. Oykonim çökür (biçilmiş taxılın yerdə qalan hissəsi), -an (məkan bildirən şək.), -lı (şək.) komponentlərindən düzəlib. Güman ki, kənd vaxtilə biçilmiş taxıl zəmisinin və ya biçənəyin yerində salınmışdır.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1243 nəfər əhali yaşayır.[2]