Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.[2]
kənd | |
Qəmərli | |
---|---|
40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Sərdarabad mahalı |
Rayon | Üçkilsə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur[4].
Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına[5][6][7] mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.
Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[9].
İndi ermənilər yaşayır.