Qərənfil İnqilabı (port. Revolução dos Cravos) — Portuqaliyada 25 aprel 1974 günü şiddət istifadə edilmədən həyata keçirilən hərbi çevrilişdir. Portuqaliyanın avtoritar bir diktatorluqdan demokratiyaya keçişini təmin edəcək iki illik bir dəyişmə dövrünün başlanğıcı olmuşdur.
Qərənfil inqilabı | |
---|---|
Revolução dos Cravos | |
Tarix | 25 aprel 1974 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab |
---|
Kateqoriya |
1930-cu ildən bəri "Estado Novo" (azərb. Yeni Dövlət) adlı avtoritar rejimin varlığını davam etdirdiyi Portuqaliya, 1950-ci illərdən etibarən müstəmləkə torpaqlarında ciddi çətinliklərlə qarşılaşdı. 1953-cü ildə Hindistan sahillərindəki Portuqaliya müstəmləkələri olan Goa, Daman və Diunun statuslarının təyin olunması üçün Hindistanın etdiyi görüş tələbi rədd edildi. 17 dekabr 1961-ci ildə Hindistan hərbçiləri bu üç torpağı da Portuqaliyanın əlindən aldılar. Bundan sonra isə 1960-cı illərdə Afrikadakı Portuqaliya müstəmləkələrində də vəziyyət dəyişməyə başladı. 1961-ci ildə Anqolada başlayan qarışıqlıqlar 1963-cü ildə Qvineya-Bisauya, ertəsi il də Mozambikə yayıldı.
1965-ci ilin fevralında müxalifət lideri Humberto Delqadonun öldürülməsinin yaratdığı gərgin bir siyasi mühitdə keçirilən 25 iyul 1965-ci il prezident seçkiləri, rejimin namizədi admiral Ameriko Tomasın yenidən prezident seçilməsiylə nəticələndi. Bununla birlikdə ölkəni yarım əsirə yaxın bir müddət ərzində avtoritar şəkildə idarə edən baş nazir Antonio de Oliveira Salazar 16 fevral 1968-ci ildə sağlamlıq səbəbləriylə iqtidarı buraxmaq məcburiyyətində qaldı. Yerinə Marselo Caetano keçdi və davranışına demokratik bir görünüş qazandırmaqla birlikdə ölkəni eyni yoldan idarə etməyə girişdi.
1970-ci illərdə Estado Novo rejimi Portuqaliya üzərindəki təzyiqini davam etdirirdi. Ancaq müstəmləkələrdəki vəziyyət gedərək pisləşirdi. Qvineya-Bissauda millətçilər, yavaş-yavaş öz iqtidarlarını quraraq Portuqaliya birliklərinə qarşı təsirli bir partizan döyüşünə başladılar. Anqolada ordu, şəhərləri əlində tutmaqla yanaşı üsyankarlar, çöl seqmentini hegemonluğu altına alır və Mozambikdə FRELIMO, ölkənin bütün şimal seqmentinə nəzarət edirdi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən daha əvvəl və noyabr 1972-ci ildə bir daha qınanan Portuqaliyanın, diplomatik təkliyi, Afrikada apardığı siyasət səbəbiylə daha da sıxlaşdı.
Katolik Kilsəsi də hökumətə qarşı soyuq davranmağa başladı. Məcburi əsgərlik xidmətinin 4 ilə çıxarılması[1] əsgərlikdən qaçanların sayını artırdı. Susdurulan və basdırılan müxalifətin namizəd göstərmədiyi 28 oktyabr 1973 seçkilərində Marcelo Caetanonun Milli Xalq Hərəkatı (Acção Nacional Popular-ANP), bütün millət vəkilliklərini qazandı. Müstəmləkələrdə aparılan müharəbələrin gətirdiyi maliyyə yükü isə başqa bir problem idi; kiçik bir ölkə olan Portuqaliyada büdcə içində müdafiə xərcləmələrinə ayrılan payın gedərək artırılması, onsuz da aşağı olan ortalama həyat səviyyəsini daha da aşağı saldı[2]. Tətilləri, ordu içindəki çalxantılar izlədi. fevral 1974-cü ildə general António de Spínolanın, müstəmləkə problemlərinə tək hərbi deyil, siyasi bir həll də tapılması lazım olduğunu irəli sürdüyü bir fikrinin yayımlanması, generalın vəzifədən uzaqlaşdırılmasına gətirib çıxardı. Bu andan etibarən mövcud rejimin ancaq bir əsgəri zərbəylə sona gətilə biləcəyini düşünən ordu içindəki müstəmləkə döyüşlərinə qarşı olan bir çox sol fikirli əsgər Silahlı Qüvvələr Hərəkatı (Movimento das Forças Armadas, MFA) adlı gizli təşkilatı qurdu.
İnqilab 24 aprel 1974-cü il tarixdəki Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edən Paulo da Carvalhonun E DEPO do adeus adlı mahnısının çalınmasıyla başladıldı. Ertəsi gün 25 aprel 1974 saat 12.15-də Zeca Afonsonun Milli radio kanalında səsləndirdiyi Grandola, Villa Morena adlı mahnısının çalınmasıyla[3] verilən gizli siqnalla da Silahlı Qüvvələr Hərəkatı zərbəyə girişdi. MFAnın əlindəki qüvvələr strateji nöqtələri ələ keçirdi. Radiolardan elan edilən küçəyə çıxma qadağasına baxmayaraq xalq zərbəçiləri dəstəkləmək üçün küçəyə endi. Əsgərlərin ələ keçirdikləri strateji nöqtələrdən biri olan Lissabon Çiçək Bazarında bolca olan qərənfillərin silah və tank lülələrinə soxulması və bu görünüşlərin bütün dünyaya yayılması zərbənin adını meydana gətirdi; Qərənfil İnqilabı adını, zərbəni yerinə yetirən əsgərlərin tankların və silahların lülələrinə qərənfil taxmalarından və şiddət istifadə etməmələrindən almışdır. Baş nazir Caetano və dövlət başçısı Tomás iqtidarlarını buraxaraq Braziliyaya qaçdılar.
Lissabon təslim alınmadan əvvəl 4 adamın siyasi polis təşkilatı DGS-də şəxsən başçısı tərəfindən xalqın üzərinə atəş açılaraq öldürülməsinə baxmayaraq, bir çox hərbi zərbənin əksinə çevrilişçilər məqsədlərinə çatmaq üçün zor istifadə məcbur qalmamışlar. Zərbə, aşağı rütbəli zabitlər və sol fikirli əsgərlər tərəfindən edildiyi üçün "Zabitlər Hərəkatı" olaraq adlandırıldı. Zabitlər Hərəkatı olaraq adlandırılan zərbə ordunun siyasətə qarışmamaq əfsanəsinin etibarsızlığını də ortaya qoydu
Zərbədən dərhal sonra vəzifəyə başlayan Milli Qurtuluş Cuntası ( Junta de Salvação Nacional) vətəndaşlıq hüquqlarını və demokratik hüquqları gücləndirmək, təmsili bir parlamentin yeni bir konstitusiya hazırlaması üçün bütün yurddaşlara tanınan tək dərəcəli səs haqqıyla azad seçkilər təşkil etmək və müstəmləkələri yenidən sülhə qovuşdurmaq vəzifəsini üzərinə aldı. Köhnə rejim dövrünün tək qanuni siyasi partiyası olan Milli Xalq Tədbirləri Partiyası ilə siyasi polis təşkilatı (Direcção-Geral də Segurança-DGS) paylandı, siyasi məhbuslar sərbəst buraxıldı və senzura qaldırıldı.
Qərənfil İnqilabı nəticəsində Portuqaliya dövlətinin Afrikada davam etdirdiyi müstəmləkəçi siyasət və davam etdirdiyi döyüş sona çatdı. Portuqaliya ən sürətli şəkildə müstəmləkələrdəki hərbi və inzibati personalı geri çəkdi. Onsuz da inqilabdan əvvəl həqiqətən böyük ölçüdə Portuqaliyadan qopmuş olan Qvineya-Bisau müstəqilliyini elan edən ilk ölkə oldu. São Tomé və Príncipe adalarındakı iqtidar bir keçid hökumətinə təhvil verildi. Hindistanın Goa, Daman və Diu üzərindəki suverenliyi tanındı (dekabr 1974), yanvar 1975-də Anqolalı millətçilərlə, noyabr 1975-də elan ediləcək müstəqillik üzərinə bir müqavilə imzalandı. 25 iyun 1975-də isə Mozambik ilə imzalanan müqvilədə bu ölkə müstəqilliyini qazandı.
dekabr 1975-ci ildə Portuqaliyanın çəkildiyi Şərqi Timor İndoneziya tərəfindən işğal edildi.
Bu inqilab ilə Qərbi Avropanın ən uzun davamlı diktator rəhbərliyi olan Estado Novo olaraq xatırlanan və Salazarla başlayan hərbi vəziyyət sona çatmışdır. Bu zərbəylə Avropadakı son (bu hadisədən bir il qədər sonra 1975də Francisco Franconun ölümü ilə bitən İspaniyadakı diktatorluq) diktatorluqlardan biri devrilmişdir.
İndiki vaxtda Portuqaliyada 25 Aprel günü Azadlıq Günü ( Dia da liberdade) olaraq qeyd olunmaqdadır.