Şabu-şabu (yap. しゃぶしゃぶ şabu-şabu) - hoqonun yapon növü. Yemək sukuyakiyə çox oxşayır. Hər ikisinə ət və tərəvəz gedir. Bununla yanaşı onlara makaniya sousu əlavə edilir. Şabu-şabu ət dadın verir ancaq sukiyaki kimi şirin deyil. Bu yemək qış yeməyidir, ancaq demək olar bütün il boyu bişirilir.[1]
Şabu-şabu ilk dəfə XX əsrdə Yaponiyada "Suehiro" restoranında bişirilməyə başlanılıb. Belə bir fərziyyə var ki bu yemək Çinlilərin "şuan yang rou" yeməyinə oxşar bişirilib. Bu yeməyin Çin növü həmin yeməyə çox bənzəyir. Bu adı yeməyə "Suehiro" restoranı veribdi. 1955-ci ildə bu yemək artıq ticari marka olur. Bundan sonra yemək Asiyada məşhurlaşır. Müəyyən müddət sonra isə artıq ABŞ və Kanada da bu yemək bişirilməyə başlanır.
Bu yeməyə bişirilməsi zamanı donuz əti, krab, ördək və toyuq ətlərindən istifadə olunur. Çox zaman isə toyuq filesindən şabu-şabu hazırlanır. Bundan başqa ətlərə müxtəlif ədviyyatlar əlavə edirlər ki, çox gözəl iy gəlsin. Ətlə yanaşı yeməyə tərəvəzlərdə əlavə olunur. Çində kələm, soğan, kök, göbələk və s. əlavə edilir. Bəzən şabu-şabunun udon, moti və əriştə ilə birlikdə verirlər.