Əşrəf Həsənov

Əşrəf Həsən oğlu Həsənov (24 yanvar 1909, Nuxa9 avqust 1983, Bakı) — dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri.[1]

Əşrəf Həsənov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, pedaqoq
Fəaliyyət illəri 1925-ci ildən
Təhsili Azərbaycan Dövlət Konservatoriyası,
Moskva Dövlət Konservatoriyası
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni — 1938

Əşrəf Həsənov 24 yanvar 1909-cu ildə Nuxada anadan olmuşdur.[2] 1927–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933–1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil almışdır.[1]

1938–1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir. 1932 və 1938–1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. 1949–1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında opera hazırlığı şöbəsinə rəhbərlik etmişdir. Dosent idi.[1]

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa opera və baletlərinə dirijorluq etmişdir.[1] Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.[3]

Ə. Həsənov 9 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.[1]

  1. 1 2 3 4 5 Rəhimli, 2016. səh. 213
  2. Коммунист. № 183, 1983, сәһ. 4
  3. АСЕ, 1987, сәһ. 213
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. 609 с.
  • "Ə. Һ. Һəсəнов". № 183 (18416). Коммунист. 10 август 1983-ҹү ил.