Əbdürrəhman Fətəlibəyli-Düdənginski

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908[1], Düdəngə, Şərur rayonu20 noyabr 1954, Münxen)[2]İkinci dünya müharibəsində Azərbaycan legionunun başçısı. ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub.

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski
Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1908(1908-06-12)[1]
Doğum yeri
Vəfat tarixi 20 noyabr 1954(1954-11-20) (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx, Amerika Birləşmiş Ştatları
Qoşun növü Qızıl Ordu, Heer (Vermaxt)
Xidmət illəri 1939-cu ildən
Rütbəsi mayor
Döyüşlər
Təltifləri "Qırmızı ulduz" ordeni
dudanginski.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub.

Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rutbəsində olmuşdur.

Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914–1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.

1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.

Ə. Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.

İkinci Dunya müharibəsində Leninqrad hərbi dairəsinin qərargahında xidmət etmiş, 6-cı şöbənin rəisi olmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda "Azərbaycan" jurnalının (Ceyhun Hacıbəyli ilə birlikdə) baş redaktoru olub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]