Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski (12 iyun 1908[1], Düdəngə, Şərur rayonu – 20 noyabr 1954, Münxen)[2] — İkinci dünya müharibəsində Azərbaycan legionunun başçısı. ABŞ-nin "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski | |
---|---|
Əbdürrəhman bəy Əli bəy oğlu Fətəlibəyli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyun 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1954 (46 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx, Amerika Birləşmiş Ştatları |
Qoşun növü | Qızıl Ordu, Heer (Vermaxt) |
Xidmət illəri | 1939-cu ildən |
Rütbəsi | mayor |
Döyüşlər | |
Təltifləri | |
dudanginski.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olub.
Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb. Minbaşı (mayor) rutbəsində olmuşdur.
Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914–1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.
1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənmişdir. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparmış və 1940-cı ilə qədər burada yaşamışlar. 1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub.
Ə. Düdənginski olduqca bacarıqlı bir zabit idi. O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləmişdir. 1940-cı ilə Sovet Ordusu hissələri Baltikyanı respublikalarını işğal etikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilmiş, orada almanlara əsir düşmüşdür.
İkinci Dunya müharibəsində Leninqrad hərbi dairəsinin qərargahında xidmət etmiş, 6-cı şöbənin rəisi olmuşdur. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşmuşdur. Müharibədən sonra АBŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda "Azərbaycan" jurnalının (Ceyhun Hacıbəyli ilə birlikdə) baş redaktoru olub.