Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əliş bəy Vəliyev — Qarabağın tanınmış bəyi, Mirzə Vəli bəy Baharlının kötücəsi.[1]
Əliş bəy Vəliyev | |
---|---|
Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | I Baharlı kəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Goranboy, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | İmamzadə qəbristanlığı, Gəncə |
Həyat yoldaşı | Mələk xanım |
Uşaqları | Talış bəy, Nuşafərim xanım (Güllü xanım) |
Atası | Məşədi Ələsgər bəy Rzaqulu bəy oğlu Vəliyev |
Əliş bəy Məşədi Ələsgər bəy oğlu Vəliyev 1876-cı ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur.[2]
Əliş bəy Vəliyev Baharlı tayfasının nümayəndəsidir. Orxan Zakiroğlunun (Baharlı) bildirdiyinə görə onun ulu babaları Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatından əhəmiyyətli xidmətlər göstərmişlər. Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Vəli bəy Baharlının Tehranda Ağa Məhəmməd şah Qacar tərəfindən qətlə yetirilməsindən sonra onun nəvələri babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə soyadlarını daşımışlar. Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy, İbrahim bəy, Hacı Həsənəli bəy, İmamverdi bəy adlı oğlanları olmuşdur.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatına əsasən Əliş bəy Vəliyev Mirzə Vəli bəy Baharlının kötücəsi, İbrahim bəyin nəticəsi, Rzaqulu bəyin nəvəsidir.[2]
Orxan Zakiroğlunun (Baharlı) yazdığına görə Əliş bəy hələ gənc yaşlarında ikən öz yaşıdları, tay-tuşları arasında qoçaqlığı ilə seçilirdi. O, uzun illər öz silahdaşları ilə Şuşada vəhşiliklər törədən ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Onun silahdaşlarından biri də Şuşalı Həmzə bəy idi. Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra Əliş bəy işğalçı hökuməti tanımaq istəməmiş, sona qədər silahlı mübarizə aparmışdı. Bir neçə dəfə Arazın o tayına keçməyə məcbur olsa da İranda uzun müddət qala bilməmişdir. İranda yaşadığı vaxtlar Əliş bəy xəstələnir. Həmin vaxt İranda mühacirət həyatı yaşamış məşhur xalq qəhrəmanı Sultan bəy onu ziyarətinə gəlmişdir. Əliş bəy vətənini tərk edib bəzi varlı adamlar kimi sona qədər xaricdə də sığınacaq tapa bilərdi. Ancaq o, yad ölkələrdə yaşamadı. Əliş bəy uzun illər qaçaq kimi sovet hökumətinə qarşı döyüşdü. Lakin növbəti döyüşlərin birində Əliş bəy tək Bəybabalar kəndində mühasirəyə düşmüş, öz ailəsini qorumaq üçün Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə təslim olmağa məcbur olmuşdur. Bu hadisə 1932-ci ilin martın 12-də baş vermişdir. Əliş bəy Vəliyev 1932-ci ilin sentyabrın 28-də Azərbaycan SSR CM-nin 72-ci və 79-cu maddələri ilə günahkar hesab edilərək Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Məhkəmə Kollegiyasının qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə on il müddətinə azadlıqdan məhrum edilmişdi. 1933-cü ilin noyabr ayının 14-də Əliş bəy Vəliyev Məhkəmə Kollegiyasıniı qərarı ilə Qazaxıstana sürgünə göndərilmişdir. Əliş bəy Vəliyev 13 il sürgün həyatı yaşamışdır. 1946-cı ildə qoca vaxtında sürgündən Azərbaycana qayıtmış, 1964-cü ildə Goranboyda vəfat etmişdir. Gəncədə Imamzadə qəbirstanlığında dəfn olunmuşdur.[3]