2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2017) — sayca 15-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 26 noyabr 2017-ci il tarixində "Shine bright" devizi altında Gürcüstannın paytaxtı Tbilisi şəhərində keçirilmişdir. Bu Avroviziya Uşaq Mahnı Müsabiqəsində bundan öncə üç dəfə qələbə qazanan Gürcüstanın müsabiqəyə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə Helen Kalandadze və 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı təmsil etmiş Lizi Caparidze aparıcılıq etmişdir.
2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 26 noyabr 2017 |
Aparıcı(lar) | Helen Kalandadze Lizi Caparidze |
Direktor | Yon Ola Sand |
Kanal | GPB |
Keçirilən yer | Tbilisi Olimpik Sarayı, Tbilisi, Gürcüstan |
Qalib mahnı | Rusiya "Wings" |
Seçki sistemi | 50% peşəkar münsif səsverməsi 50% onlayn səsvermə |
İştirakçıların sayı | 16[1] |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Portuqaliya |
İştirakdan imtina edən ölkələr | Bolqarıstan İsrail |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2016 2018 ► |
9 avqust 2017-ci il tarixdə Avropa Yayım İttifaqı 16 ölkənin Tbilisidə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Portuqaliya doqquz illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2016-cı ildə müsabiqədə iştirak etmiş Bolqarıstan və İsrail isə müsabiqəyə hazırlıq üçün zamanın çox az olduğunu səbəb göstərərək, 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 10 yaşlı Maryam Mamadaşvilinin "Mzeo" mahnısı ilə Gürcüstana qələbə qazandırmasının ardınca Avropa Yayım İttifaqı (AYİ) 2017-ci ilin fevral ayında Gürcüstanın növbəti müsabiqəyə ev sahibliyi edəcəyini açıqlamışdır[2]. İndiyədək müsabiqədə üç dəfə qalibiyyət əldə etməsinə baxmayaraq, bu Gürcüstanın müsabiqəyə ilk ev sahibliyidir. 9 avqust 2017-ci il tarixdə paytaxt Tbilisidə baş tutacaq müsabiqənin 4000 nəfər izləyicini qəbul edə biləcək Tbilisi Olimpik Sarayında keçiriləcəyi açıqlandı.
№ | Ölkə[1] | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Kipr | Yunanca, İngiliscə | Nikol Nikolau | "I Wanna Be a Star" | Mən ulduz olmaq istəyirəm | 16 | 45 |
02 | Polşa | Polyakca | Alitsya Reqa | "Mój Dom" | Mənim evim | 8 | 138 |
03 | Niderland | Niderlandca, İngiliscə | Fource | "Love Me" | Sev məni | 4 | 156 |
04 | Ermənistan | Ermənicə, İngiliscə | Mişa | "Boomerang" | Bumeranq | 6 | 148 |
05 | Belarus | Rusca | Helena Meraai | "I Am the One" | Yalnız mən | 5 | 149 |
06 | Portuqaliya | Portuqalca, İngiliscə | Mariana Venansio | "Youtuber" | Yutubçu | 14 | 54 |
07 | İrlandiya | İrlandca | Mürenn MakDonnell | "Súile Glasa" | Yaşıl gözlər | 15 | 54 |
08 | Makedoniya | Makedonca, İngiliscə | Mina Blajev | "Dancing Through Life" | Həyat boyunca rəqs | 12 | 69 |
09 | Gürcüstan (ev sahibi) | Gürcücə | Qriqol Kipşidze | "Voice of the Heart" | Qəlbin səsi | 2 | 185 |
10 | Albaniya | Albanca, İngiliscə | Ana Kodra | "Don't Touch My Tree" | Mənim ağacıma toxunmayın | 13 | 67 |
11 | Ukrayna | Ukraynca, İngiliscə | Anastasiya Baqinska | "Don't Stop" | Dayanma | 7 | 147 |
12 | Malta | İngiliscə, Maltaca | Canluka Çiliya | "Dawra Tond" | Ətrafda fırlanmaq | 9 | 107 |
13 | Rusiya | Rusca, İngiliscə | Polina Boquseviç | "Wings" | Qanadlar | 1 | 188 |
14 | Serbiya | Serbcə | İrina Brodiç və Yana Paunoviç | "Ceo svet je naš" | Bu həyat bizimdir | 10 | 92 |
15 | Avstraliya | İngiliscə | İzabella Klark | "Speak Up!" | Danış | 3 | 172 |
16 | İtaliya | İtalyanca, İngiliscə | Mariya İside Fiore | "Scelgo (My Choice)" | Seçirəm (Mənim seçimim) | 11 | 86 |
Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2017-ci ildə müsabiqədə iştirak etməmişdirlər.
|
alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} (2003-2005)
|
|