2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2018) — sayca 16-cı ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 25 noyabr 2018-ci il tarixində "#LightUp" devizi altında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Bu Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olmuşdur. Müsabiqəyə Yevgeni Perlin, Zinaida Kupriyanoviç və 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu təmsil etmiş Helena Meraai aparıcılıq etmişdir.
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 25 noyabr 2018 |
Aparıcı(lar) | Yevgeni Perlin Zinaida Kupriyanoviç Helena Meraai |
Direktor | Yon Ola Sand |
Kanal | BTRC |
Keçirilən yer | Minsk-Arena, Minsk, Belarus |
Qalib mahnı | Polşa "Anyone I Want To Be" |
Seçki sistemi | 50% peşəkar münsif səsverməsi 50% onlayn səsvermə |
İştirakçıların sayı | 20[1] |
İlk dəfə iştirak edən ölkələr | Qazaxıstan Uels |
Yenidən iştirak edən ölkələr | Azərbaycan Fransa İsrail |
İştirakdan imtina edən ölkələr | Kipr |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2017 2019 ► |
2 avqust 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 20 ölkənin Minskdə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Qazaxıstan və Uels müsabiqə tarixində ilk dəfə iştirak edəcəklər. Bundan əlavə 13 illik fasilədən sonra Fransa, dörd illik fasilədən sonra Azərbaycan və bir il sonra İsrail müsabiqəyə geri dönmüşdür. 2017-ci ildə müsabiqədə iştirak etmiş Kipr isə maliyyə çətinlikləri səbəbi ilə iştirakdan imtina etmişdir.
Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Anyone I Want To Be" mahnısı ilə Polşa təmsilçisi Roksana Veqel qalib gəldi. Bu Polşanın müsabiqədə ilk qalibiyyəti oldu.
15 oktyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı (AYİ) Belarusun növbəti 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini açıqlamışdır[2]. Bu 2010-cu ildən sonra Belarusun uşaq Avroviziyasına ikinci ev sahibliyi olmuşdur.
18 mart 2018-ci il tarixində paytaxt Minskdə baş tutacaq müsabiqənin 15,000 nəfər izləyicini qəbul edə biləcək olan Minsk Arenada keçiriləcəyi açıqlandı.[3]
25 iyul 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 19 ölkənin müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. İlkin olaraq maliyyə problemlərini səbəbindən Ukraynanın müsabiqədə iştirak etməyəcəyi bildirilsədə, daha sonra AYİ Ukrayna ilə birlikdə 20 ölkənin yer aldığı iştirakçı ölkələr siyahısını təqdim etmişdir[1]. Bu iştirakçı sayına görə müsabiqə tarixindəki rekord göstəricidir.
№ | Ölkə[1] | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Ukrayna | Ukraynca, İngiliscə | Darina Krasnovetskaya | "Say Love" | Sevgi de | 4 | 182 |
02 | Portuqaliya | Portuqalca | Rita Laranjeyra | "Gosto de Tudo (Já Não Gosto de Nada)" | Hər şeyi bəyənirdim (Artıq heçnə bəyənmirəm) | 18 | 42 |
03 | Qazaxıstan | Qazaxca, İngiliscə | Daneliya Tuleşova | "Ózińe sen" | Özünə inan | 6 | 171 |
04 | Albaniya | Albanca, İngiliscə | Efi Qyika | "Barbie" | Barbi | 17 | 44 |
05 | Rusiya | Rusca, İngiliscə | Anna Filipçuk | "Unbreakable" | Qırılmaz | 10 | 122 |
06 | Niderland | Niderlandca, İngiliscə | Maks və Anna | "Samen" | Birlikdə | 13 | 91 |
07 | Azərbaycan | Azərbaycanca, İngiliscə | Fidan Hüseynova | "I Wanna Be Like You" | Sənin kimi olmaq istəyirəm | 16 | 47 |
08 | Belarus | Rusca, İngiliscə | Daniel Yastremskiy | "Time" | Vaxt | 11 | 114 |
09 | İrlandiya | İrlandca | Teylor Hayns | "IOU" | Mən sizə borcluyam | 15 | 48 |
10 | Serbiya | Serbcə | Boyana Radovanoviç | "Svet" | Dünya | 19 | 30 |
11 | İtaliya | İtalyanca, İngiliscə | Melissa və Marko | "What Is Love" | Sevgi nədir | 7 | 151 |
12 | Avstraliya | İngiliscə | Cael | "Champion" | Çempion | 3 | 201 |
13 | Gürcüstan | Gürcücə, İngiliscə | Tamar Edilaşvili | "Your Voice" | Sənin səsin | 8 | 144 |
14 | İsrail | İvritcə | Noam Dadon | "Children Like These" | Bu cür uşaqlar | 14 | 81 |
15 | Fransa | Fransızca, İngiliscə | Anjelina | "Jamais Sans Toi" | Sənsiz heç vaxt | 2 | 203 |
16 | Makedoniya | Makedonca | Mariya Spasovska | "Doma" | Ev | 12 | 99 |
17 | Ermənistan | Ermənicə | L.E.V.O.N | "L.E.V.O.N" | - | 9 | 125 |
18 | Uels | Uelscə | Manu | "Perta" | İnsan | 20 | 29 |
19 | Malta | İngiliscə | Ela | "Marchin'On" | İrəliləməyə davam | 5 | 181 |
20 | Polşa | Polyakca, İngiliscə | Roksana Veqel | "Anyone I Want To Be" | Olmaq istədiyim hər kimsə | 1 | 215 |
Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2018-ci ildə müsabiqədə iştirak etməmişdirlər.
|
alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} (2003-2005)
|
|