2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 11-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 30 noyabr 2013-cü il tarixində Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli İncəsənət Sarayında "Be Creative" devizi altında keçiriləcək. Daha öncə 2009-cu ildə Kiyev şəhəri Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. Həm də bu il ikinci il olacaq ki, müsabiqəyə ev sahibliyini son dəfə müsabiqədə qalib olan ölkə edəcək. 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 12 ölkə iştirak edəcək. Bu ölkələrdən San-Marino ilk dəfə olaraq müsabiqədə iştirak edəcək. Malta 2 illik, Makedoniya isə 1 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2012-ci ildə müsabiqədə iştirak etmiş Albaniya, Belçika və İsrail isə 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina edib.
2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 30 Noyabr 2013 |
Aparıcı(lar) | Zlata Oqneviç, Timur Miroşnıçenko[1] |
Direktor | Vladislav Yakovlev |
Kanal | NTU |
Keçirilən yer | "Ukrayna" Milli İncəsənət Sarayı, Kiyev, Ukrayna |
Qalib mahnı | Malta "The Start" |
İştirakçıların sayı | 12 |
İlk dəfə iştirak edən ölkələr | San-Marino |
Yenidən iştirak edən ölkələr | Malta Şimali Makedoniya |
İştirakdan imtina edən ölkələr | Albaniya Belçika İsrail |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2012 2014 ► |
Kiyevdə keçirilən 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "The Start" mahnısı ilə Malta təmsilçisi Qayya Kauki qalib gəlib[2]. Bu Maltanın müsabiqədəki ilk qalibiyyəti oldu.
Səslər açıqlandıqdan sonra ilk üçlüyü qazanan ölkələr mükafatlandırılıb.
№ | Ölkə[3] | Dil[3] | Müğənni(lər)[3] | Mahnı[3] | Tərcümə[3] | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İsveç | İsveçcə | Eliias | "Det Är Dit Vi Ska" | Bizim Getdiyimiz Yol | 9 | 46 |
02 | Azərbaycan | Azərbaycanca, İngiliscə | Rüstəm Kərimov | "Me and My Guitar" | Mən və Gitaram | 7 | 66 |
03 | Ermənistan | Ermənicə, İngiliscə | Monika Avanesyan | "Choco Factory" | Şoko-Fabrik | 6 | 69 |
04 | San-Marino | İtalyanca | Mikel Perniola | "O-o-o Sole Intorno A Me" | O-o-o Ətrafımda Günəş İşığı | 10 | 42 |
05 | Makedoniya | Makedonca | Barbara Popoviç | "Ohrid i Muzika" | Ohrid və Musiqi | 12 | 19 |
06 | Ukrayna(ev sahibi) | Ukraynca, İngiliscə | Sofiya Tarasova | "We Are One" | Biz Birik | 2 | 121 |
07 | Belarus | Rusca | İlya Volkov | "Poy so Mnoy" | Mənimlə Oxu | 3 | 108 |
08 | Moldova | Rumınca, İngiliscə | Rafael Bobeika | "Cum Să Fim" | Necə Olum | 11 | 41 |
09 | Gürcüstan | Gürcücə, İngiliscə | The Smile Shop | "Give Me Your Smile" | Mənə Gülüşünü Ver | 5 | 91 |
10 | Niderland | Niderlandca, İngiliscə | Milen və Rozann | "Double Me" | İki Dəfə Mən | 8 | 59 |
11 | Malta | İngiliscə | Qayya Kauki | "The Start" | Başlanğıc | 1 | 130 |
12 | Rusiya | Rusca | Dayana Kirillova | "Dream On" | Arzula | 4 | 106 |
İştirakçılar | 12 n. | Uşaq münsif | İSV | AZƏ | ERM | S-M | MAK | UKR | BELA | MOL | GÜR | NID | MAL | RUS |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
İsveç | 12 | 1 | 4 | 3 | 5 | 1 | 2 | 5 | 6 | 1 | 4 | 0 | 2 | |
Azərbaycan | 12 | 4 | 7 | 0 | 2 | 2 | 10 | 0 | 3 | 10 | 3 | 6 | 7 | |
Ermənistan | 12 | 3 | 4 | 0 | 4 | 4 | 5 | 2 | 4 | 12 | 6 | 8 | 5 | |
San-Marino | 12 | 5 | 2 | 2 | 4 | 0 | 1 | 3 | 2 | 3 | 2 | 2 | 4 | |
Makedoniya | 12 | 0 | 1 | 1 | 2 | 0 | 0 | 1 | 0 | 0 | 1 | 1 | 0 | |
Ukrayna | 12 | 8 | 10 | 10 | 8 | 12 | 8 | 12 | 7 | 7 | 7 | 12 | 8 | |
Belarus | 12 | 10 | 5 | 6 | 6 | 6 | 7 | 8 | 10 | 8 | 8 | 10 | 12 | |
Moldova | 12 | 0 | 3 | 3 | 1 | 3 | 3 | 3 | 4 | 4 | 0 | 4 | 1 | |
Gürcüstan | 12 | 7 | 0 | 8 | 7 | 10 | 10 | 6 | 7 | 8 | 5 | 5 | 6 | |
Niderland | 12 | 2 | 6 | 5 | 5 | 1 | 5 | 4 | 6 | 1 | 2 | 7 | 3 | |
Malta | 12 | 12 | 8 | 7 | 10 | 7 | 12 | 12 | 10 | 12 | 6 | 12 | 10 | |
Rusiya | 12 | 6 | 12 | 12 | 12 | 8 | 6 | 7 | 8 | 5 | 5 | 10 | 3 |
Say | İştirakçı ölkə | 12 xal verən ölkələr |
---|---|---|
5 | Malta | Uşaq münsif, Makedoniya, Moldova, Niderland, Ukrayna |
3 | Ukrayna | Malta, San-Marino, Belarus |
Rusiya | Ermənistan, Azərbaycan, İsveç | |
1 | Belarus | Rusiya |
Ermənistan | Gürcüstan |