2018 FİFA Dünya Kuboku finalı — 2018 FİFA Dünya Kubokunun çempionunu müəyyən edən kubokun son futbol matçı. Bu, FİFA Dünya Kubokları tarixində 21-ci finaldır. Matç 2018-ci ilin 15 iyulunda Moskva şəhərində, Lujniki stadionunda, Fransa və Xorvatiya milliləri arasında keçirildi. Matçda Fransa 4–2 hesabı ilə rəqibinə qalib gəldi və futbol tarixində ikinci dəfə Dünya Çempionu oldu.
2018 FİFA Dünya Kuboku finalı | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | 2018 FİFA Dünya Kuboku | ||||||
|
|||||||
Tarix | 15 iyul 2018 | ||||||
Yer | Lujniki stadionu, Moskva | ||||||
Matçın adamı | Antuan Qrizman (Fransa)[1] | ||||||
Hakim | Nestor Pitana (Argentina) | ||||||
Tamaşaçı | 78011[2] | ||||||
Hava |
Qismən buludlu 27 °C (81 °F) 51% rütubət[3] |
||||||
← 2014 2022 → |
Fransa final matçında qalib gəlməklə 2021 FİFA Konfederasiyalar Kubokunda da iştirak etmə hüququnu qazandı.
Finalın keçiriləcəyi stadion Moskvadakı Lujniki stadionudur.Yaponiyanın Tokyo şəhərində FİFA İcraiyyə Komitəsinin keçirdiyi toplantı nəticəsində bu stadion final oyununun keçiriləcəyi stadion olaraq bəlirləndi.[4] Stadion həmçinin mundialın 14 iyundakı açılış və 11 iyuldakı yarı final matçları daxil olmaqla 8 matça ev sahibliyi etdi.
1956-cı ildə açılmış Lujniki stadionu 1992-ci ilədək Mərkəzi Lenin Stadionu olaraq adlanırdı.Stadion Lujniki Olimpiya Şəhərciyinin bir hissəsidir.[5] Stadion Rusiya millisinin əsas stadionu olmaqla yanaşı, keçmiş dövrlərdə SSRİ millisinin də əsas stadionu idi. Bundan əlavə,stadion keçmişdə ÇSKA Moskva, Torpedo Moskva, Spartak Moskva klublarının ev oyunlarını keçirdiyi stadion olmuşdu.Amma, hal-hazırda stadion heç bir futbol klubu tərəfindən istifadə olunmur.[6][7]
Stadion vaxtı ilə çox sayda mötəbər turnirə ev sahibliyi edib. Lujniki 1980 Yay Olimpiya Oyunlarının əsas idman kompleksi idi. Belə ki, stadionda oyunların açılış və bağlanış mərasimləri keçirilməsi ilə bərabər, həm də atletika, futbol (qızıl medal matçı ilə birlikdə 4 oyun) və atçılıq yarışları da keçirilmişdi.[8] Stadion 1999 UEFA Kuboku Finalı ilə yanaşı, 2008 UEFA Çempionlar Liqası Finalının şahidi olub. Stadionda keçirilən digər mötəbər turnirlərə, 1957 Buz Xokkeyi Dünya Çempionatının final matçı, 1973 Yay Universiadası, 1984 Dostluq oyunları və 1998 Dünya Gənclik Oyunları misal göstərilə bilər. Stadionda müxtəlif dünyaca məşhur müğənnilərin və musiqi qruplarının – Maykl Cekson, The Rolling Stones, Madonna, Metallica konsertləri olmuşdur.[9][10]
UEFA stadionu 5 reytinq ulduzundan 4 ulduzla qiymətləndirib. Stadion Rusiyanın və 2018-ci ildəki mundial zamanı ən böyük stadion olmaqla yanaşı, həm də Şərqi Avropanın ən böyük stadionudur. Avropanın isə səkkizinci böyük stadionudur. Stadion 2013-cü ildə yenidən bərpa olundu və bu təmir işləri 2017-ci ildə tamamlandı. Bu təmir-bərpa işləri 350 milyon €-ya baha başa gəldi.
Uruqvay və Braziliya milliləri 1/4 Finalda turnirə vida etdikdən sonra yoluna davam edən 4 komanda qaldı. Bu dörd komandanın dördü də Avropa ölkələrini təmsil edirdi. Bundan əvvəlki üç mundialda da Avropa komandası kubokun sahibi olmuşdu. Beləliklə ardıcıl dördüncü dəfə kuboku Avropa tərəfinin öz bölgəsinə götürəcəyi bəlli oldu. Mundiallar tarixində doqquzuncu dəfə Avropa ölkələri öz aralarında qalibi müəyyənləşdirmək üçün öz aralarında oynayacaqdılar. Axrıncı dəfə belə final 2006 və 2010-cu illərdə olmuşdu.[11]
Fransa üçüncü dəfə mundialın finalında iştirak etmə hüququ qazandı. 1998-ci ildəki Fransa ilk dəfə ev sahibliyi etdiyi mundialda finala çıxma uğurunu göstərmişdi. Həmin finalda da rəqibi olan Braziliyanı 3–0 hesabı ilə məğlub etmişdi. Axırıncı dəfə 2006-cı ildə final oynayan Fransa rəqibinə oyun sonrası penalti zərbələri nəticəsində uduzmuşdu.[12][13] Didye Deşamp Frans Bekkenbauer, Rudi Fölyer və Mario Zaqallodan sonra dördüncü həm futbolçu həm də baş məşqçi olaraq finala çıxma uğurunu qazanan futbol adamı oldu.[14]
Beşinci dəfə mundialda iştirak edən Xorvatiya millisi ilk dəfədir ki, finalda iştirak etmə hüququnu qazandı. Ümumiyyətlə, Xorvatlar mundiallar tarixində ən yaxşı çıxışını 1998-ci ildə debüt etdikləri çempionatda əldə etdikləri üçüncü yerlə qazanıblar. Belə ki, yarı finalda ev sahibi Fransaya 2–1 hesabı ilə uduzan Xorvatlar, üçüncülük oyununda eyni hesabla Hollandlara qalib gəlmişdilər.[15][16]
Bu matç Xorvatiya ilə Fransa arasında oynanan səkkizinci matç olacaq. Digər matçlara nəzər yetirsək, Fransanın Xorvatiyaya uduzmadığının şahidi olarıq. Fransızlar xorvatlarla oynadığı 7 matçda 3 qələbə qazanmış, 4 dəfə də heç-heçə etmişdir.[17]
Fransa | Mərhələ | Xorvatiya | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rəqiblər | Nəticə | Qrup mərhələsi | Rəqiblər | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||
Avstraliya | 2–1 | 1-ci matç | Nigeriya | 2–0 | ||||||||||||||||||||||||||||||||||||||||
Peru | 1–0 | 2-ci matç | Argentina | 3–0 | ||||||||||||||||||||||||||||||||||||||||
Danimarka | 0–0 | 3-cü matç | İslandiya | 2–1 | ||||||||||||||||||||||||||||||||||||||||
C qrupu birincisi
Mənbə: FİFA |
Qrupdakı son nəticələr | D qrupu birincisi
Mənbə: FİFA | ||||||||||||||||||||||||||||||||||||||||||
Rəqiblər | Nəticə | Pley-off mərhələsi | Rəqiblər | Nəticə | ||||||||||||||||||||||||||||||||||||||||
Argentina | 4–3 | 1/8 final | Danimarka | 1–1 (ə.v) (3–2 pen.) | ||||||||||||||||||||||||||||||||||||||||
Uruqvay | 2–0 | 1/4 final | Rusiya | 2–2 (ə.v) (4–3 pen.) | ||||||||||||||||||||||||||||||||||||||||
Belçika | 1–0 | Yarım-final | İngiltərə | 2–1 (ə.v) |
Final matçının rəsmi topu Telstar Mechta seçildi. Bu top Adidas Telstar 18-in qırmızı rəngli bir versiyası idi.[18][19]
12 iyul 2018-ci ildə FİFA Hakimlər Komitəsi tərəfoindən finalı idarə edəcək hakim təyin olundu. Bu hakim 43 yaşlı Argentinalı Nestor Pitana idi. Bu final matçı Pitananın bu ilki mundialda idarə edəcəyi beşinci matç olacaqdı. Bundan əlavə, Pitana mundiallar tarixində həm açılış həm final matçını idarə edən ikinci hakim oldu.[20] 2010-cu ildən FİFA'nın Beynəlxalq hakimi olan Pitana 2014 FİFA Dünya Kubokunda dörd matçı idarə etmişdi. Onun köməkçiləri öz həmvətənliləri olan Hernan Maydana və Xuan Pablo Bellatti olacaq. Hollandiyalı Byörn Keypers isə matçda dördüncü hakim olacaq. İtaliya Futbol Federasiyasından olan Massimilyano İrrati mundiallar tarixində ilk dəfə video köməkçi hakim olaraq final matçını idarə edəcək.
Turnirin bağlanış mərasimi final matçı başlamamışdan əvvəl keçirildi.13 iyul 2018-ci ildə FİFA turnirin bağlanış mərasimində Uill Smit, Niki Cem və Era İstrefinin birgə turnirin rəsmi mahnısı olan "Live It Up"ı səsləndirəcəklərini elan etdi.[21][22] Bununla yanaşı, mərasimdə opera müğənnisi Aida Qarifullina və onu müşayiət edən uşaq xoru Rusiyanın xalq mahnısı olan Kalinkanı səsləndirdi.[23]
Matç yerli vaxtla saat 18:00-də (15:00 UTC) başladı. Matçın temperaturu 27 °C (81 °F) idi.[3] Matçda bir neçə dəfə gözlə görülə bilən şimşək çaxdı. Lujniki stadionu yenə tam dolu vəziyyətdə idi. Belə ki, matçı 78011 tamaşaçı izləyirdi. Bununla bərabər oyunu 10 Dövlət başçısı izləyirdi. Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç daha çox nəzərə çarpırdı.[24] Hər iki komandanın start heyətləri yarı final oyunlarında çıxarılan start heyətləri ilə eyni idi.[25]
Xorvatiya ilk hissədə daha çox topla oynayan tərəf idi. Antuan Qrizmanın hücumunun qarşısı Marçelo Brozoviç tərəfindən kobudluqla qarşısı alındı. Buna görə də hakim cərimə zərbəsi təyin etdi. Qrizman qapıya 30 metrlik uzaqlıqdan cəribə zərbəsini yerinə yetirirdi. Qapıya doğru topu ortaladı və 18-ci dəqiqədə Mandzukiç səhvən öz qapılarının sol küncünün torunu silkələdi.[26] İlk dəfə idi ki, Dünya Çempionatının finalında avtoqol vurulurdu.[27]
Bu qoldan 10 dəqiqə sonra Xorvatlar hesabı bərabərləşdirdi. Belə ki, Luka Modriçin yerinə yetirdiyi cərimə zərbəsinin nəticəsində top Domaqoy Vidaya gəldi. Vida isə topu Rakitiçə ötürdü. Rakitiç isə sol ayağı ilə qapının sağ aşağı küncünə dəqiq zərbə vurmaqla hesabı 1–1 etdi. 34-cü dəqiqədə sağ tərəfdən yerinə yetirilən künc zərbəsinin nəticəsində top İvan Perişiçin əlinə dəydi. Hakim bu anı görməmişdi, lakin oyunçular qışqıraraq topun ələ dəydiyini hakimə israrla deyirdilər. Hakim bu halın olub olmadığını dəqiqləşdirmək üçün video köməkçi hakimdən rəy istədi.[26] Həm də özü də dəfələrlə həmin anın təkrarına baxdı. Təkrara baxdıqdan sonra hakim Fransanın lehinə qərar verdi. Penaltini yerinə yetirən Qrizman komandasını 2–1 hesabı ilə önə keçirtdi. Fransa ilk yarını öndə bitirdi. İşin maraqlı tərəfi isə Fransa tərəfinin hissə boyu qapıya tək bir dəqiq zərbə vurması olub. Bundan əlavə, Fransa ilk hissədə topa sahib olmada da Xorvatiyadan xeyli geri idi: 34% [27]
59-cu dəqiqədə Pol Poqba ilk zərbəsini vurdu, lakin zərbənin qarşısı alındı. Təkrar zərbəni cərimə zərbəsinin kənarından qapının sol tərəfinə dəqiq zərbə endirərək hesabı 3–1 etdi. Altı dəqiqə sonra Kilian Mbappe uzaqdan qapının sol küncünə möhtəşəm zərbə endirərək hesabı artırdı. Mbappe bu qolu vurmaqla 1958-ci il mundialındakı finalda Peledən bəri qol vuran ilk yeniyetmə oldu.[28] 69-cu dəqiqədə Fransanın qapıçısı Huqo Lyorisin səhvindən Mandzukiç istifadə etdi və hesabı 4–2 etdi. Matç elə bu hesabla başa çatdı və ən çox qol vurulan mundiallardan biri oldu.
15 iyul 2018 18:00 (Moskva vaxtı ilə) (UTC+3) |
|
Lujniki stadionu, Moskva Tamaşaçı: 78 011[2] Hakim: Nestor Pitana |
Fransa[29]
|
Xorvatiya[29]
|
|
|
Oyunun adamı:
Hakim köməkçiləri:[29]
|
|
|
|
Fransanın baş məşqçisi Didye Deşamp Frans Bekkenbauer və Mario Zaqallodan sonra üçüncü şəxs oldu ki, həm oyunçu olduğu vaxt, həm də məşqçi olaraq Dünya Kubokunu başı üzərinə qaldırdı.[14] Fransa millisinə qızıl medalları və kuboku prezidentlər – Putin, Makron və Qrabar-Kitaroviç tərəfindən leysan yağışın altında verildi.[31]
Xorvatiya millisindən olan Luka Modriç turnirin ən yaxşı oyunçusu seçildi. Antuan Qrizman isə final matçının adamı seçildi. Bundan əlavə, o bu turnirdə 4 qol və 2 asist etməklə bürünc top və gümüş buts mükafatına da layiq görüldü. Mbappe isə turnirin ən yaxşı gənc oyunçusu seçildi.[32]
Fransada isə izdiham hökm sürürdü. Hamı küçəyə çıxaraq səhər açılana kimi bu qələbəni qeyd etdi. Təxminən 90000 insan Eyfel qülləsinin ətrafında yerləşən fanzone-da, 1 milyona yaxın insan isə Yelisey çöllərində bu qələbəni qeyd etdilər.[33][34] Lakin bu bayram keçirmələrin nəticəsində bədbəxt hadisələr də baş verdi. Belə ki, bəzi yerlərdə polislə toqquşmalar yaşandı, 2 nəfər həyatını itirdi.[35][36] Bu zəfərə görə müvəqqəti olaraq bəzi metro stansiyalarının adları dəyişdirildi. Təzə qoyulan adlar isə Fransa millisində oynayan bir sıra futbolçuların adları idi. Xorvatiya tərəfi isə uduzmağına baxmayaraq çox qürurlu və xoşbəxt idi. 16 iyulda Xorvatlar vətənə dönəndə, 550000-ə yaxın azarkeş komandanı Zaqreb Aeroportunda qarşıladı. Komanda Aeroportdan Ban Yelaciç Meydanına qədər avtobusla altı saatlıq tur etdi.[37]