Herseqli Əhməd Paşa

Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II BəyazidYavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı.

Herseqli Əhməd Paşa
serb. Ахмед-паша Херцеговић
osman. هرسك زاده احمد پاشا
ƏvvəlkiQoca Davud Paşa
SonrakıÇandarlı II İbrahim Paşa
ƏvvəlkiHadım Əli Paşa
SonrakıHadım Əli Paşa
ƏvvəlkiHadım Əli Paşa
SonrakıQoca Mustafa Paşa
ƏvvəlkiQoca Mustafa Paşa
SonrakıDukakinoğlu Əhməd Paşa
ƏvvəlkiHadım Sənan Paşa
SonrakıHadım Sənan Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1455
Doğum yeri
Vəfat tarixi 21 iyul 1517 (62 yaşında)
Vəfat yeri
Fəaliyyəti zabit, monarx
Atası Stefan Tomasoviç
Anası Mariya Brankoviç
Həyat yoldaşı Hundi Sultan
Dini Sünni, İslam
Rütbəsi Admiral

1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir.

Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi. 1478-ci ildə tərtib edilən İşkodra səfərinə bu ünvanla qatıldı. Səfərdə yaşanan çətinliklər əsnasında Fateh Sultan Mehmedi həbsdə tutulan Gədik Əhməd Paşanı azadlığa buraxmağa təlkin etmiş, nəticədə Gədik Əhməd Paşa kaptan-ı dəryalığa təyin edilmişdi. Bir müddət sonra Həmid-eli sancaqbəyi təyin edilən Herseqli Əhməd, Fateh Sultan Mehmedin vəfatının ardından 1481-ci ildə Hüdavəndigar sancaqbəyliyinə gətirildi. Bu əsnada başlayan taxt mübarizəsində Sultan Bəyazidi dəstəklədi. Mükafat olaraq isə Anadolu bəylərbəyliyinə gətirillərək 1484-cü ildə Sultan Bəyazidin qızı Hundi Sultanla nigahlandı. Həmin il Akkirmanın fəthiylə nəticələnən Boğdan səfərində Anadolu birlikləriylə iştirak etdi. 1485-ci ildə Məmlüklərin Osmanlı tabeliyindəki Dülqədiroğlu Əlaüddövlə bəyi məğlub edərək Kilikiyadakı bəzi qalaları ələ keçirməsinin ardından, Anadolu bəylərbəyi Herseqli Əhməd sərdar ünvanıyla onlara qarşı göndərildi. Ancaq xidmətindəki Qaragöz Paşa və Xızır bəyzadənin qısqanclıq səbəbilə ona kömək etməməsi Herseqlinin məğlub olaraq əsir düşməsiylə nəticələndi. Qahirəyə Sultan Qayıtbəyin yanına aparılan Herseqli bir illik əsarətin ardından azadlığa buraxıldı. İstanbula döndükdən sonra Gəlibolu sancaqbəyikaptan-ı dərya olan Herseqli 1488-ci ildə vəzir Hadım Əli Paşanın Məmlüklər üzərinə çıxdığı səfərə donanmayla dəstək verdi. İdarəsindəki donanmayla Trablusşam sahillərinə hücum edən Herseqli, Məmlük qüvvələrinin quruy çıxmasını önləmək məqsədilə İskəndəruna yönəlmiş, ancaq o əsnada çıxan fırtına çox sayda gəminin batmasına səbəb olmuşdur. Adananın yenidən Məmlüklər tərəfindən ələ keçirilməsinin ardından ikinci dəfə Anadolu bəylərbəyi təyin edilən Herseqli Əhməd Paşa ertəsi ilin baharında yenidən Məmlüklər üzərinə göndərildi. Ancaq Kayseri yaxınlığında Məmlüklərə yenidən məğlub oldu. Onun bu döyüşdə ikinci dəfə əsir düşərək Qahirəyə göndərildiyi və 1491-ci ildəki sülh danışıqları əsnasında azadlığa buraxıldığı rəvayət edilsə də, dövrün yazılı mənbələri bunu yalanlayır.

1492-ci ildə Albaniya üzərinə tərtib olunan səfərə Anadolu bəylərbəyi ünvanıyla qatılan Herseqli Əhməd Paşa, bu səfər əsnasında vəzirliyə yüksəldi və 8 mart 1497-ci ildə təqaüdə göndərilən Davud Paşanın yerinə sədarətə gətirildi. Ancaq onun bu ilk sədarəti 1 il davam etdi və 1498-ci ildə yerinə Çandarlı İbrahim Paşa sədrəzəm oldu. Rütbəsi ikinci vəzirliyə salınan Herseqli Əhməd Paşa həmin il Venesiyaya müharibə edilməsinin arından tərtib olunan İnəbaxdı səfərinə qatıldı. Midilli adasının mühasirəyə alınmasının ardından ikinci dəfə sədarətə gətirildi və dərhal donanmayla birlikdə yardıma göndərildi. Manisa sancaqbəyi Şahzadə Qorqudun da yardımıyla mühasirəni dağıdan Osmanlı birlikləri adanı azad etdi. Çox keçmədən öz istəyilə sədarətdən çəkildi (1506). 10 mart 1506-cı ildə Gəlibolu sancaqbəyliyi ilə yenidən kaptan-ı dərya oldu və uzun müddət bu vəzifədə qaldı.

Sədrəzəm Hadım Əli Paşanın şəhid düşməsinin ardından, Herseqli Əhməd Paşa 2 iyul 1511-ci ildə üçüncü dəfə sədarətə gətirildi. Ancaq bu dəfəki sədarəti cəmi 3 ay davam etdi. Sultan Bəyazidin oğulları ilə girdiyi taxt mübarizəsində qoca sultanı dəstəklədi və onun oğullarından hansısa birinin lehinə taxtdan çəkilməsinə qarşı çıxdı. Bu səbəblə Şahzadə Səlim tərəfdarı olan yeniçərilərin ayaqlanması əsnasında onun köşkü də hücum edilərək yağmalanmış, Herseqli Əhməd Paşa son anda qaçıb saraya sığınmışdır. Bu səbəblə 21 sentyabrda vəzifədən alınaraq yerinə Qoca Mustafa Paşa sədarətə gətirildi.

Yavuz Sultan Səlimin taxta çıxması və qardaşı Şahzadə Əhmədi dəstəkləyən Qoca Mustafa Paşanı edam etməsinin ardından Herseqli Əhməd Paşa dördüncü dəfə sədarətə gətirildi (23 noyabr 1512). Onun bu sədarət dönəmi Səfəvilərə qarşı aparılan hərbi əməliyyatlarla səciyyələnir. Çaldıran müharibəsində Yavuz Sultan Səlimlə birlikdə ordunun mərkəzində yer alan Herseqli Əhməd Paşa, geri dönüş yolunda ikən çıxan yeniçəri üsyanı səbəbilə vəzifədən alındı (28 oktyabr 1514). Dukakinzadə Əhməd PaşaHadım Sənan Paşanın sədarətlərinin ardından Yavuz Sultan Səlim onu yenidən bu vəzifəyə təyin etmək istədi. Herseqli Əhməd Paşa yaşlılığını səbəb göstərərək bu təklifi geri çevirsə də, 8 sentyabr 1515-ci ildə beşinci dəfə sədarətə gətirildi. O əsnada Bursada olan Herseqli Ədirnəyə gələrək sədarət möhrünü təslim aldı. Ancaq cəmi 7 ay sonra vəzifədən alındı. Buna səbəb isə Səfəvilərin Çaldırandakı məğlubiyyətinin ardından yenidən güclənərək Diyarbəkiri mühasirəyə alması oldu. Rəvayətə görə, Yavuz Sultan Səlim, saraya çağırdığı yaşlı sədrəzəmin başına bir neçə yumruq vuraraq onu vəzifədən almış, ardından Yeddiqüllə zindanlarına həbs etdirmişdir (26 aprel 1516). Ancaq yeni sədrəzəm Hadım Sənan Paşanın xahişiylə, həbsdən azad edildi.

Misir səfəri əsnasında Bursa şəhərinin mühafizəsiylə vəzifələndirilən Herseqli Əhməd Paşa, Yavuz Sultan Səlimin Qahirəyə daxil olmasının ardından Misirə çağırıldı və sərdarlığa təyin edildi. 29 iyun 1517-ci ildə Qahirədən ayrılan Herseqli Əhməd Paşa 21 iyulda Qəhrəmanmaraş yaxınlığında vəfat etdi. Cənazəsi İzmit körfəzindəki Herseq qəsəbəsinə gətirilərək öz adına inşa etdirdiyi məscidin türbəsinə dəfn edildi.

Herseqli Əhməd Paşanın Hundi Sultanla olan nigahından 4 övladı — Sultanzadə Musa bəy, Sultanzadə Mustafa bəy, Qəmərşah xanım Sultan, Hümaşah xanım Sultan (ö. 1551) dünyaya gəldi. Oğlu Mustafa bəy 1533-cü ildə Bozox sancaqbəyi təyin edilmişdir.

  • M. Ahmed Simsar, The Waqfiyah of ’Aḥmed Pāšā, London 1940.
  • Tursun Bey, Târîh-i Ebü’l-Feth (nşr. Mertol Tulum), İstanbul 1977, s. 128, 211.
  • Osmanlılarda Divân-Bürokrasi-Ahkâm: II. Bâyezid Dönemine Ait 906/1501 Tarihli Ahkâm Defteri (haz. İlhan Şahin – Feridun Emecen), İstanbul 1994, s. 43, 91, 100.
  • Uzun Firdevsî, Kutb-nâme (haz. İbrahim Olgun – İsmet Parmaksızoğlu), Ankara 1980, s. 169–189.
  • T. Spandouyn Cantacasin, Petit traicté de l’origine des turcqz, Paris 1986, s. XLVI.
  • Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeâtü’s-selâtin içinde), İstanbul 1274, I, 468–470, 473, 476, 491.
  • İbn Kemal, Tevârîh-i Âl-i Osmân, VIII, 57–58, 79, 100–103, 108, 125, 126, 186, 219, 282–283.
  • Haniwaldanus Anonimine Göre Sultan Bayezid-i Veli (haz. R. F. Kreutel, trc. Necdet Öztürk), İstanbul 1997, s. 17, 20.
  • Evliya Çelebi, Seyahatnâme, III, 4; V, 325.
  • Yûsuf, Selimnâme, Süleymaniye Ktp., Esad Efendi, nr. 2148, tür.yer.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, II, tür.yer.
  • Jean d’Auton, Chronique de Louis XII, Paris 1889–1895, II, 76 vd.
  • Cizyedarzâde Ahmed, Târih, Süleymaniye Ktp., Esad Efendi, nr. 2403, vr. 246a-b.
  • Hadîkatü’l-vüzerâ, s. 16 vd.
  • Hammer (Atâ Bey), IV, tür.yer.
  • Sicill-i Osmânî, I, 195.
  • Fuat Gücüyener, Yavuz Sultan Selim, İstanbul 1945, I–II, tür.yer.
  • Uzunçarşılı, Osmanlı Tarihi, II, 535–537, 539, 540, 543, ayrıca bk. tür.yer.
  • Danişmend, Kronoloji, I–II, tür.yer.
  • F. Babinger, Mahomet II. Le conquérant et son temps, Paris 1954, s. 315.
  • Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 391–393, 476.
  • Selâhattin Tansel, Sultan II. Bâyezit’in Siyasî Hayatı, İstanbul 1966, tür.yer.
  • a.mlf., Yavuz Sultan Selim, İstanbul 1969, s. 53, 86, 119–120.
  • Erdmute Heller, Venedische Quellen zur Lebensgeschichte des Ahmed Pasa Hersekoghlu, München 1961.
  • H. Reindl [Kiel], Männer um Bāyezīd: Eine prosopogaphische Studie über die Epoche Sultan Bāyezīds II (1481–1512), Berlin 1983, s. 129–146.
  • Halil Edhem, "Hersekoğlu Ahmed Paşa’nın Esâretine Dâir Kahire’de Bir Kitâbe", TOEM, V/28 (1330), s. 200–222; V/29 (1330), s. 272–295.
  • Şehabeddin Tekindağ, "II. Bayezid Devrinde Çukurova’da Nüfûz Mücadelesi", TTK Belleten, XXXI/123 (1967), s. 355–358.
  • H. Šabanović, "Hersekzāde Ahmed Pas̲h̲a", EI2 (İng.), III, 340–342.