"25 maddə" nasional-sosialist proqramı (alm. 25 Punkte-Programm N.S.D.A.P.) — 1920-ci il aprelin 1-dən NSDAP-ın rəsmi proqramı[1][2].
5 yanvar 1919-cu ildə Anton Drekslerin Müstəqil fəhlə komitəsi və Karl Harrerin Siyasi fəhlə ittifaqının birliyi tərəfindən Alman Fəhlə Partiyası (“Deutsche Arbeiterpartei”; DAP) yaradıldı. Adolf Hitler 1919-cu ilin sentyabrında ona qoşuldu.
24 fevral 1920-ci ildə Münhendəki Hofbräuhausda keçirilən iclasda Hitler Adolf Hitlerin özü, Qotfrid Feder və Anton Dreksler (Herman Esserin iştirakı ilə) tərəfindən tərtib edilmiş “25 maddə” proqramını elan etdi. Sonra partiyanın adının dəyişdirilməsi qərara alındı - ona "nasional sosialist" sözü əlavə edildi. 1920-ci il aprelin 1-də “25 maddə” NSDAP-ın rəsmi proqramına çevrildi və 1926-cı ildə onun müddəaları “sarsılmaz” elan edildi.