Cahangir Ağarəhimov (15 dekabr 1986, Sumqayıt) — Azərbaycanın şahmat qrosmeysteri.
Cahangir Ağarəhimov | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt şəhəri, Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Titulu | Qrosmeyster (2014) |
Son reytinqi | 2502 (avqust 2024) |
Maksimal reytinqi | 2502 (fevral 2014) |
FİDE nömrəsi | 13401718 |
Cahangir Ağarəhimov Bakı şəhəri 258 nömrəli orta məktəbi bitirmiş, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır.
Cahangir Ağarəhimov Eltac Səfərli ilə birlikdə şahmatla məşğul olur.[1]
O, 2010-cu ilin avqustunda Baku Open turnirində qrosmeyster normalarını doldurmuşdur. Bu turnirdə qrosmeyster Nataliya Jukova və Davit Jojuaya qalib gəlmişdir. Bundan sonra isə 2013-cü ilin iyun ayında Aluştada keçirilən iki turdan ibarət reytinq turnirində qələbə qazanıb.[2] O, əvvəllər Beynəlxalq Usta titulunu almadan qrossmeyster olmuş nadir şahmatçılardan biridir.[3] 2014-сü ilin fevralından qrosmeyster titulunu qoruyub saxlamışdır.[4]
Şahmatçı kimi hazırda qeyri-aktivdir. Onun sonuncu yarışı 2014-cü ilin yanvarında Rustavidə keçirilən turnir olub.
2015-ci ildə Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun İdarəçi Direktoru olmuşdur.[5]