Alekseyevka (Lənkəran)

BürcəliAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun faktiki mövcud olan Bürcəli kəndi dəqiqləşdirmə qaydasında Avrora qəsəbə sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]

Bürcəli
38°39′ şm. e. 48°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.104 nəf.
Xəritəni göstər/gizlə
Bürcəli xəritədə
Bürcəli
Bürcəli

XIX əsrin əvvəllərinədək Bürcəli adını daşıyan bu kənd 1992-ci ilədək Alekseyevka adlanmışdır. Bu ad 1888-ci ildə buraya gələn rus Alekseyevlər ailəsinin soyadından götürülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra kəndin əvvəlki adı - Bürcəli özünə qaytarılmışdır.

Bürcəli ibtidai məktəbi ikisinifli məktəb olmaqla, əsası 1897-ci ildə qoyulmuşdur. Bu dövrdə oğlanlar və qızlar bir yerdə oxumuşlar. 1914-cü ildə qızlar üçün ayrıca sinif təşkil edilmişdir. 1927-1928-ci tədris ilində Lənkərandakı məktəblər üç dairə üzrə fəaliyyət göstərirdi. Bürcəli məktəbi bu dövrdə Şürük dairəsində olmuşdur. Sonralar şagirdlər təhsillərini "Avrora" (indiki Hirkan) məktəbində davam etdirmişlər. Əvvəllər ayrı-ayrı şəxslərin mülklərində yerləşmişdir. İndiki məktəb binası 2007-ci ildə Heydər Əliyev fondu tərəfindən inşa edilmişdir. Bürcəli poçt şöbəsi 2005-ci il mart ayından fəaliyyət göstərir. Kənddə 708 nömrəlik ATS vardır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd şərqdən və cənubdan Hirkan qəsəbəsi, qərbdən Hirkan Milli Parkı, şimaldan Xanbulançayla əhatə olunmuşdur. Lənkəran-Astara şose yolunda, rayon mərkəzindən 14 km cənubda yerləşir. Ərazisi 306 hektardır. 63 hektarı çay, 43,5 hektarı sitrus sahələridir. 158 hektarı bələdiyyə mülkiyyəti üçün ayrılmışdır.

Əhalisi 2329 nəfərdir. Əhali çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğuldur. 1995-ci ilədək "Avrora" (indiki Hirkan) sovxozunun tərkibində fəaliyyət göstərmişdir.

  1. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  2. Lənkəran Ensiklopediyası: Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine Səh 100