Altunizade məscidi (türk. Altunizade Camii) və ya İsmayıl Zühtü Paşa məscidi (türk. İsmail Zühtü Paşa Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən 19-cu əsrə aid Osmanlı məscidi.
İslam | |
Altunizadə məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Yeri | Altunizadə, Üsküdar, İstanbul |
Memarlıq | |
Üslubu | İslam və Osmanlı memarlığı |
Minarələrin sayı | 1 |
Materialı | Əhəng daşı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid İstanbulun Üsküdar ilçəsinin Altunizadə məhəlləsində yerləşir. Məscid, həyətində dəfn olunmuş Altunizadə İsmayıl Zühtü Paşa (1806–1887) tərəfindən sifariş edilmişdir. Tikili 1865-ci ildə inşa edilmişdir.[1] Məscidin, İstanbulun Anadolu hissəsində Osmanlı üslubunda tikilmiş məscidlərinin son nümunəsi olduğu düşünülür Məscid əvvəllər sosial kompleksin, külliyyənin bir hisəsi olmuşdur, lakin bu kompleksə aid yalnız bəzi dükanlar günümüzə qədər gəlib çatmışdır. Məscid bu gün də yaxşı vəziyyətdədir.[2]
Məscid ən azından böyük pəncərələri ilə tanına bilən Barokko-intibah üslubunda[1] dizayn edilmişdir. Bu üslubda inşa edilən məscidlər son Osmanlı imperiyası dövrünün nümunələridir. Məscid üç qapısı olan kiçik bir həyətdə yerləşir. Ən böyük qapının üstündə yazı var. Kvadrat formalı məscdi əhəngdaşı ilə bəzədilmiş baza üzərində dayanmışdır.
Narteks örtülü bir yer kimi inşa edilmişdir. Narteksdə biri böyük, ikisi kiçik olmaqla üç qapı müqəddəs məkana aparır. Narteksin divarında məscidin qapalı vaxtında namaz qılmaq üçün bəzəkli, kiçik bir mehrab tikilmişdir. Tikilinin içərisi suvaqlıdır. Ziyarətgahın divarları əllə oyulmuş fiqurlarla bəzədilmişdir. Məscidin günbəzi künclərindəki dörd sütunla daşınan dörd tağ ilə dəstəklənir.[1] Günbəzin daxili səthi iki dizayndan ibarət səkkiz parça ilə 16 zonada dilimlənmişdir. Günbəzin mərkəzi diqqət çəkmək üçün mavi rəngdədir və Quran ayəsindən ibarətdir. Pəncərələr barokko-intibah memarlıq üslubunun nümunəsi olaraq qeyri-adi dərəcədə böyükdür. Məscidin eyvanı olan bir minarəsi var.[1] Minarə kvadrat baza üzərində yüksəlir. Minarənin başı klassik Osmanlı məscidi memarlığında görülən qurğuşun örtüklü damdan fərqli olaraq daşdan hazırlanmışdır. Minarənin ortasında dekorativ ulduz xətti aşkarlanmışdır. Minarənin aşağı cərgəsindəki yan divarlarda üç böyük pəncərə, mehrabın divarında isə iki böyük pəncərə var. Üst cərgədə yenə hər tərəfdən üç pəncərə olsa da, buradakı pəncərələrdən biri, ortada yerləşən böyük, onun yanındakı digər iki pəncərə isə kiçik ölçülüdür.[2]