Aslan Nadirov

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Nadirov Aslan
əsgər,
tibb işçisi
1968-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Ağsu şəhər 1 saylı orta məktəbin məzunudur. 1990-cı illərdən hərbi tibb işçisi kimi könüllü Qarabağ müharibələrində iştirak etmişdir. 29 mart 1992-ci ildə Şuşa şəhərində şəhid olmuşdur.[1] Ağsu şəhər 1 saylı orta məktəb Aslan Nadirovun adını daşıyır.
2.
Nəcəfov İbadət Nəcəf oğlu
əsgər
1972-ci il yanvarın 2-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1979-cu ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1989-cu ildə həmin məktəbi qurtarıb. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Şəmkir rayonunun Leninkənd kəndində yerləşən hərbi hissədə olub. Bir aydan sonra Şınıx bölgəsinə, Qaravəllər kəndinə göndərilib. 1992-ci ilin əvvəlində ordudan tərxis olunub. İki ay evdə qaldıqdan sonra könüllü olaraq milli orduya yazılıb. 811-ci hərbi hissənin plomyotçusu və kəşfiyyatçısı olub. Hələ itkin düşməmişdən qabaq Azərbaycan ordusuna əsir düşən erməni kəşfiyyatçısının cibindən üzərində başına qoyulmuş pulun məbləği yazılı İbadətin şəkli çıxmışdır. 17.09.1992-ci ildə İbadətin sonuncu döyüşü Yığın Seyidləri uğrunda gedən döyüş olub. Düşmənlə qarşı-qarşıya gələn İbadət hər iki qıçından güllə yarası alıb. Döyüş bölgəsini tərk edə bilməyib və əsir düşüb.
3.
Nəsirov Fuad Məhərrəm oğlu
əsgər
29 mart 1971-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Muğanlı kənd səkkizillik məktəbini bitirən Fuad orta təhsilini Kuropatkin kənd orta məktəbində başa vurmuşdur. 1988-ci ildə Fuad Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1993-cü ildə institutu bitirib həmin ilin 1 iyulunda könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. 30 yanvar 1994-cü ildə Fuad Ağdərə istiqamətində gedən döyüşlərdə "PK" markalı pulemyotla silahlanaraq vuruşmuşdur. "Qlobus" deyilən ərazidə bir neçə gün davam edən döyüşlərdə düşmənin xeyli hərbi texnikası, yetmişdən çox əsgər və zabiti məhv edilmişdir. Fevral ayında gedən döyüşlərdə Fuadın xidmət etdiyi rota fərqlənmişdir. 1994-cü ilin 21 aprelində səhər saatlarında düşmən qoşununun ehtiyat qüvvəsini öyrənmək tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlandı. Bu döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü, o cümlədən, Fuad Nəsirov şəhid oldu. Subay idi. Göyçay Şəhidlər Xiyabanında dəfn edilmişdir.
4.
Nuriyev Bəşir Nuru oğlu
əsgər
5 iyun 1973-cü ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. 1988-ci ildə kənd natamam orta məktəbini bitirdikdən sonra təhsilini Göytəpə texniki-peşə məktəbində davam etdirib, traktorçu-sürücü peşəsinə yiyələnib. O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B. Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib.[2] 05. 01. 1994-cü ildə Ağdərə rayonunda şəhid olub. Binə Xocavar kənd tam orta məktəbi Bəşir Nuriyev adını daşıyır.[3]
5.
Novruzov Rəmzi Siyavuş oğlu
əsgər
11 avqust 1971-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuşdur. Orta təhsilini İsmayıl rayonu Basqal qəsəbə tam orta məktəbində almışdır. O, 1989-cu ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini 1991-ci ildə Türkmənistanın Kuşka şəhərində başa vurmuşdur. Hərbi xidməti başa vurduğu il Qarabağ müharibəsi başladığına görə həmin müharibədə iştirak etməyə başladı. O, 1992-ci ilin may ayında Laçın batalyonunda hərbi xidmətini davam etdirdi. O, döyüşçü taqımın kiçik komandiri olaraq Laçın istiqamətində Pircahan, Hoçaz, Bozgüney, Sonasar, Soyuqbulaq və digər kəndlərin müdafiəsində iştirak etmişdir. Son döyüşü Ağdərə istiqamətində olan Rəmzi Novruzov 2 sentyabr 1992-ci ildə Vəngli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İsmayıllı rayonunun Basqal qəsəbəsinin tam orta məktəbi şəhid Rəmzi Novruzovun adını daşıyır.[4][5]
  1. "Ağsu rayonunda şəhid Aslan Nadirovun anım mərasimi keçirilib". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  2. "Arxivlənmiş surət". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
  3. "Masallıda şəhidlərin xatirəsi anılıb". 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  4. "İsmayıllı şəhidləri — İsmayıllı Bələdiyyəsi". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.
  5. "Təhsil — İSMAYILLI RAYON İcra Hakimiyyəti". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.