Bozgüney — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd.[1]
Bozgüney | |
---|---|
39°47′10″ şm. e. 46°30′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Laçın rayonunun Vaqazin inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin yamacındadır. Kənd Bozgüney adlı sahədə salındığına görə həmin yerin adı ilə adlandırılmışdır. Toponim boz (bitkisiz, quru yer) və güney (cənub, gün tutan yer) komponentlərindən düzəlib, "gün tutan quru yer" mənasındadır. Boz komponentli toponimlər ümumtürk toponimiyasında geniş areala malikdir. Özbəkistanda Boz, Bozatau, Bozsu, Qazaxıstanda Bozşakol, Bozbien, Boz təpəsi, Bozqır təpəsi, Gökboza, Cənubi Azərbaycanda Boz, Krımda Boz, Bozqana, Ermənistanda Bozqala, Bozyoxuş və s. toponimlər bu areala daxildir[2].
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
Əsas təsərrüfatı heyvandarlıq idi.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |