Əfqan Bayramov

Əfqan Bayramov (14 oktyabr 1983, Suraxanı) — Azərbaycanı təmsil edən ağır atlet.[1]

Əfqan Bayramov
Şəxsi məlumatlar
Tam adı Əfqan Şahin oğlu Bayramov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 14 oktyabr 1983(1983-10-14) (41 yaş)
Doğum yeri
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Ağır atlet
Medallar

Karyerası ərzində Əfqan Bayramov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində Əfqan Bayramovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2012-ci ildə Antalya şəhərində baş tutan Avropa Çempionatınıda qızıl medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi.[1]

2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Əfqan Bayramov ümumi nəticədə olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu.[2]

Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə Əfqan Bayramov uğursuz çıxış elədi.[3] Əfqan Bayramov birdən qaldırma turnirində hər üç cəhdidə də uğursuz oldu və olimpiadanı nəticəsiz başa vurdu.[3]

  1. 1 2 Olympedia.org. "Əfqan BAYRAMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "2008 Summer Olympics / Weightlifting / Lightweight (69 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 Olympedia.org. "2012 Summer Olympics / Weightlifting / Lightweight (69 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.