Hayle İbrahimov

Hayle İbrahimov (d. 18 yanvar 1990, Əddis-Əbəbə, Efiopiya) — Efiopiya əsilli Azərbaycanlı yüngül atlet (1500 m., 3000 m., 5000 m. və 10 000 m. yarışı üzrə). Hayle İbrahimov 20132015-ci ildə keçirilən Yay Universiada Oyunlarında qızıl medal qazanıb. 2013 İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı olan Hayle İbrahimov həmçinin Avropa Çempionatının gümüş və bürünc, Avropa Salon Çempionatının isə qızıl və gümüş medallarını qazanıb.

Hayle İbrahimov
Hayle İbrahimov London Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Hayle Desta Hagos İbrahimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
Doğum yeri Əddis-Əbəbə, Efiopiya Efiopiya
İdman növü Yüngül atletika
Boyu 172 sm.
Çəkisi 65 kq.
31 iyul 2016 tarixində yenilənib.

Hayle İbrahimov Azərbaycanı 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında təmsil etdi və 9-cu yeri tutdu. 2015-ci ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hayle İbrahimov 18 yanvar 1990-cı ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində anadan olub. O, 2009-cu ildən Azərbaycanın uğurları üçün çalışır. Hayle İbrahimov 2009-cu ildə 3000 m. məsafədə 7.51.68 nəticə və 5000 m. məsafədə 13.53.60 nəticə göstərdi və Azərbaycan rekorduna imza atıb. Hayle İbrahimov həmçinin 2009-cu ildə Gənclərin Avropa Çempionatında 5000 m. və 10 000 m. məsafədə qızıl medal qazandı.

Karyerası[redaktə | mənbəni redaktə et]

Hayle İbrahimov birinci uğurunu 2010-cu ildə İspaniyanın Barselona şəhərində qazandı. Barselonada keçirilən Avropa Çempionatında o, bürünc medal qazandı. Hayle İbrahimov təsnifat mərhələsində 13.32.98 nəticə göstərdi və 1-ci yeri tutaraq finala vəsiqə qazandı. Finalda isə o 13.34.15 nəticə göstərdi və 3-cü yeri tutaraq bürünc medal qazandı. Hayle İbrahimovun bürünc medalı Azərbaycanın yüngül atletika üzrə Avropa Çempionatında birinci medalı idi. Hayle İbrahimov növbəti uğurunu 2011-ci ildə qazandı. O, Fransanın paytaxtı Paris şəhərində keçirilən Avropa Salon Çempionatında gümüş medal qazandı. 3000 metr məsafəyə yarışda təsnifat mərhələsində o, 8.00.36 nəticə göstərdi və 1-ci yeri tutaraq finala vəsiqə qazandı. Finalda isə 7.53.32 nəticə göstərən Hayle İbrahimov 2-ci yeri tutdu və gümüş medal qazandı. Hayle İbrahimov qızıl medal sahibi Böyük Britaniyalı Məhəmməd Fərəhdən 0.32 saniyə geri qaldı. 2012-ci il isə Hayle İbrahimov üçün önəmli il oldu. O, birinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi.

London Olimpiadası[redaktə | mənbəni redaktə et]

Hayle İbrahimov 2012-ci ildə birinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında o, 5000 m. məsafədə yarışdı. Hayle İbrahimov təsnifat mərhələsində 13.25.23 nəticə göstərdi və 1-ci yeri tutaraq birbaşa finala vəsiqə qazandı. Finalda isə Hayle İbrahimov uğurun ardını gətirə bilmədi. O, 13.45.37 nəticə ilə 15 idmançı arasında 9-cu yeri tutdu. Qızıl medalı isə Böyük Britaniyalı Məhəmməd Fərəh qazandı.

London Olimpiadasından sonra Hayle İbrahimov növbəti uğurunu 2013-cü ildə qazandı. O, İsveçin Göteborg şəhərində keçirilən Avropa Salon Çempionatında qızıl medal qazandı. Hayle İbrahimov təsnifat mərhələsində 7.50.55 nəticə ilə 20 idmançı arasında 1-ci yeri tutaraq finala vəsiqə qazandı. Finalda isə o, daha yaxşı nəticə göstərdi. 7.49.74 və 1-ci yeri tutaraq Avropa Salon Çempionatının qızıl medalını qazandı.

Hayle İbrahimov növbəti uğurunu Yay Universiada Oyunlarında qazandı. Rusiya Federasiyasının Kazan şəhərində keçirilən yarışda o, təsnifat mərhələsində 13.50.74 nəticə göstərdi və 27 idmançı arasında 1-ci oldu. Finalda isə Hayle İbrahimov 13.35.89 nəticə göstərərək həm Yay Universiada Oyunlarının qızıl medalını qazandı, həmdə yeni Yay Universiada Oyunlarının rekordunun sahibi oldu.

Hayle İbrahimov 2013-cü ildə növbəti uğurunu İslam Həmrəyliyi Oyunlarında qazandı. İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında 5000 metr yarışda o, 14.03.12 nəticə göstərdi və qızıl medal qazandı.

2014-cü ildə Hayle İbrahimov dörd il aradan sonra yenə Avropa Çempionatında medal qazandı. 2010-cu ildə Barselonada bürünc medal qazanan Hayle İbrahimov, bu səfər İsveçrənin Sürix şəhərində gümüş medal qazandı. 5000 m. məsafəyə yarışda 14.08.32 nəticə göstərən Hayle İbrahimov 16 idmançı sırasında 2-ci yeri tutdu və gümüş medal qazandı. Qızıl medalı isə Hayle İbrahimovu 3.50 saniyə ilə arxada qoyan Böyük Britaniyalı Məhəmməd Fərəh qazandı. 2015-ci ildə Hayle İbrahimov önəmli yarışlardan birinə Bakı şəhərində qatıldı. O, I Avropa Oyunlarında iştirak etdi. Hayle İbrahimov Azərbaycanı üç yarışda təmsil etdi və hər üç yarışda 1-ci yeri tutdu. O, birinci olaraq 1500 m. məsafəyə yarışda 3.49.69 nəticə göstərdi və 1-ci yeri tutdu. Daha sonra isə 3000 m. və 5000 m. məsafədə qüvvəsini sınayan Hayle İbrahimov müvafiq olaraq 7.54.14 və 14.02.16 nəticə göstərdi və 1-ci yeri tutdu. 2015-ci ildə Hayle İbrahimov həmçinin Yay Universiada Oyunlarında qüvvəsini sınadı. O, Cənubi Koreyanın Kvanju şəhərində 5000 m. məsafədə 13.44.28 nəticə göstərdi və ikinci dəfə Yay Universiada Oyunlarının qalibi oldu.

Hayle Ibrahimov on 5000 m final Helsinki in 2012
Hayle Ibrahimov on 5000 m final Helsinki in 2012
Hayle Ibrahimov in Göteborg, Sweden 2013
Hayle Ibrahimov on 3000 m Göteborg, Sweden 2013

Mənbələr[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]