Azərbaycan Qızıl Ordusu[1] və ya Azərbaycan Qırmızı Ordusu[2][3][4] (rus. Красная армия Азербайджана) — Rusiya Vətəndaş Müharibəsi zamanı Azərbaycan Sovet Sosialist Respublikasının ordusu kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Sovet Sosialist Respublikası Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 1920 |
Qərargah | Bakı |
Rəhbərlik | |
Azərbaycan SSR Hərbi və Dəniz İşləri üzrə Komissarlıq (Narkomvoenkomrat, NKVM) | Çingiz İldırım |
Canlı qüvvə | |
Aktiv kadr |
|
Nominal olaraq Azərbaycan SSR-ə məxsus olan bu ordu Gürcüstana, Ermənstana qarşı əməliyyatlarda iştirak etmiş, Sovet Rusiyasının İrandakı Gilan üsyanına müdaxiləsinə vasitəci olmuşdur.
1920-ci ildə yaradılmış bu ordu 1922-ci ildə ləğv edilmişdir.
1920-ci ilin 28 aprelində Qızıl Ordunun Azərbaycanı ələ keçirməsindən sonra yaradılmış Azərbaycan İnqilab Komitəsi və Xalq Komissarları Soveti ölkədə hakimiyyətin ən yüksək orqanları oldular. Azərbaycan İnqilab Komitəsi sonra Azərbaycanın Sovet Sosialist Respublikası olduğunu elan etdi. Beləliklə də, Azərbaycan SSR yaradılmış oldu.
Elə 28 aprel 1920-ci ildə İnqilab Komitəsi tərəfindən Hərbi və Dəniz İşləri üzrə Komissarlıq (Narkomvoenkomrat, NKVM) yaradıldı[5] və Çingiz İldırım oraya rəhbər təyin edildi.[6] Beləliklə də o, Azərbaycanın ilk Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı oldu. Elə həmin gün verdiyi qərarla o, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fərqlənmə nişanlarının elan edilməsi və Sovet Azərbaycanı hərbçiləri üçün yeni xarici əlamətlərin müəyyən edilməsi haqqında fərman verdi.[7]
Ertəsi gün hərbi idarənin yeni əmri ilə Azərbaycan hərbçiləri orden və digər fərqlənmə nişanlarını, o cümlədən soyuq silahdan olanları götürməli idilər.[7] Elə həmin gün Azrevkom Azərbaycan Milli Ordusunu əməliyyat baxımından 11-ci Qızıl Ordu komandanlığına tabe etmək haqqında fərman verdi və azərbaycanlı adını qoruyub saxlayaraq onu “Fəhlə və Kəndli Qızıl Ordusu əsasında say gücünə uyğun birliklər şəklində yenidən təşkil etdi.[8] 1920-ci il mayın 5-də NKVM Azərbaycan hərbçiləri üçün yeni fərqlənmə nişanları təyin etdi.[7]
Mayın 4-də Azərbaycan Kommunist (Bolşevik) Partiyası (AK(b)P) MK-nın mətbuat orqanı, Azərbaycan SSR-in ilk Qızıl Ordu qəzeti olan "Qırmızı Əsgər"in birinci nömrəsi çapdan çıxdı. Qəzetin baş redaktoru Əliheydər Qarayev idi. Qəzetin birinci sayında qeyd olunurdu ki, o, Qırmızı Ordunun hərbçilərinə “Sovet Respublikasını qorumaq vəzifələrini” izah etməyi qarşısına vəzifə kimi qoyur və hər bir Qızıl Ordu hərbçisindən onu nəinki diqqətlə oxumaq, həm də ona ehtiyacları haqqında yazmağı tələb edir. Ümumilikdə bu qəzetin üç nömrəsi işıq üzü gördü, sonuncusu 7 may 1920-ci ildə çıxdı.[9]
Şəxsi heyət baxımından bu ordu ilk təşkil edilərkən əslində Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun varisi vəziyyətində idi.[10] Köhnə ordudan qalan əsgərlər və zabitlər öz xidmətlərinə davam edirdilər, lakin bu dəfə yeni rejimin tabeliyi altında. Beləliklə, 30 may tarixində Çingiz İldırım AXC-nin köhnə hərb nazirinin müavini olan Əliağa Şıxlinskinin özünün müavini təyin etdi.[11] 20-ci atıcı diviziyasının komandiri Mixail Velikanovun daha sonra qeyd etdiyi kimi, əvvəlki hərbi hissələr "köklü yenidənqurmaya məruz qalmamışdı, lakin bu ordunun inqilabi imkanları həddən artıq yüksək qiymətləndirildiyi üçün rəhbərlik və komandanlıq xətlərində heç bir dəyişiklik olmadan mövcud olmaqda davam etmişdir".[12]
AK(b)P-nin yeni üzvləri siyasi rəhbərliyi öz əllərində cəmləşdirmək vəzifəsi ilə köhnə ordu hissələrinə göndərilməyə başladılar. Əhməd Rzayev İnqilab komitəsinin Azrevkomun təqdimatı ilə Gəncədə yerləşən qoşunların komissarı təyin edildi. Mayın 4-də Azərbaycan SSR Xalq Komissarı Həbib Cəbiyevin 6-cı Göyçay piyada alayının komissarı təyin edilməsi haqqında fərman verdi.[13] Mayın 7-də Azrevcom Azərbaycan Qızıl Ordusu (AzKA) və Azərbaycan Qırmızı Donanmasının təşkili haqqında fərman verdi.[7] Həmçinin o vaxta qədər adı dəyişdirilmiş ordunun və donanmanın əməliyyat, inzibati, təşkilati baxımdan 11-ci Qızıl Ordu və Volqa-Xəzər flotiliyasının komandanlığına tabe edilməsi haqqında fərman verdi.[8] Köhnə ADR hissələrinin 11-ci Qızıl Orduya tabe edilməsi təkcə siyasi aksiya deyildi. Cənubi Qafqaza daxil olan 11-ci Qızıl Ordunun sayı az olduğundan qarnizonlardakı hissələrin tərkibinin artırılması zəruri hesab olunurdu.[14]
Bu qərarı həyata keçirmək üçün 11 may tarixində XI Qızıl Ordunun komandanı Mixail Levandovski, İNŞ-nin üzvləri Konstantin Mekonoşinə, baş qərargah rəisi Aleksandr Remezov tərəfindən əmr imzalandı. Əmrdə Ərəşdə, Zaqatalada və Nuxa bölgələrindəki Azərbaycan ordusunun Azərbaycan hərbi qüvvələri operativ və döyüş şəraitində 2-ci Süvari Korpusuna təhvil verildi. Bu arada Gəncə, Cəbrayıl, Cavanşir, Qazax, Şamxor və Şuşa rayonlarında olan Azərbaycan hərbçiləri 32-ci diviziyaya, Bakı, Lənkəran və Şamaxı rayonlarında yerləşən Azərbaycan hərbçiləri isə 28-ci atıcı diviziyaya, Göyçay və Quba rayonlarında yerləşən Azərbaycan hərbçiləri 20-ci Penza atıcı diviziyasına təhvil verildi. Həmin fərmana əsasən, 11-ci Qırmızı Ordunun müfəttişlərinə Azərbaycan qoşunlarının yenidən təşkili planını hazırlamaq tapşırıl, həmçinin İcbari Azərbaycan Qırmızı Sovet Atıcı Diviziyasının yaradılması əmr edilirdi.[15]
Həmin gün İldrım donanmanın yenidən təşkilinin Xəzər Qırmızı Donanmasının komandiri ilə birgə həyata keçiriləcəyini yazmışdı. Bölmələrin səfərbər edilməsi və formalaşdırılması Azərbaycan Sovet Respublikasının Hərbi Dəniz Komissarlığı tərəfindən həyata keçirilirdi.[13] Mayın 16-da Xalq Hərbi İşlər Komissarlığı dekret verdi və ona əsasən, 1-ci Cavanşir piyada alayı 1-ci Azərbaycan fəhlə və kəndli atıcı alayı, 3-cü Gəncə piyada alayı isə 3-cü Azərbaycan Qızıl atıcı alayı adlandırıldı.[13] Həmin fərmana əsasən 1-ci piyada diviziyası 1-ci Azərbaycan Qırmızı Diviziyasının tərkibinə daxil olan 1-ci və 2-ci Qırmızı Atıcı Briqadalarına birləşdirildi. Köhnə ordunun 1-ci və 2-ci piyada diviziyalarının və süvari diviziyasının əsasında yaradılan Möhkəmləndirilmiş Azərbaycan Qırmızı Sovet Atıcı Diviziyası atıcı briqada, süvari briqadası və yüngül artilleriya diviziyasından ibarət idi.[7] 1-ci piyada diviziyasının qərargahı Möhkəmləndirilmiş Azərbaycan Qırmızı Sovet Atıcı Diviziyasının qərargahı adlandırıldı,[13] 2-ci Piyada Diviziyasının qərargahı isə atıcı briqadanın qərargahı olaraq yenidən təşkil edildi.[7]
Təxminən eyni tarixdə NKVM-nin əmri ilə Aərbaycan Hərb Məktəbinin adı dəyişdirilərək Qırmızı Komandanlar Kursu edildi. Təhsildə iştirakın yenidən təşkili Şıxlinskiyə həvalə edildi.[16] NKVM-nin fərmanına uyğun olaraq, mayın 17-də ordu hissələrinin doldurulması və formalaşdırılması könüllülük əsasında həyata keçirildi.[7]
Sovet Azərbaycanı ordusunun formalaşması prosesi 1920-ci ilin may ayında baş verən Gəncə üsyanından sonra dəyişdi. Bu zaman AXC-nin yenidən təşkil edilməmiş I Piyada Diviziyası yeni rejimə qarşı qiyam qaldırdı. XI Qırmızı Orduya bu qiyamı yatırmaq əmr edildi. Bolşevik rəhbərliyinə görə, Azərbaycanda ordunun inkişafı mübahisəli məsələ idi və bolşevik ordusuna ölkədəki əksinqilabi təşkilatların yatırılması tapşırılmışdı.[17]
Qiyam ilə birlikdə Sovet Azərbaycanının liderləri üsyançılara yaxınlığıa görə şübhə altına düşdülər. Üsyanın yatırılmasından sonra Qırmızı Ordu onları təmizləməyə başladı. Son nəticə olaraq Azərbaycan ordusu, qurumları ilə birlikdə XI Qırmızı Ordunun İnqilabi Hərbi Şurasının (İHŞ) bölməsinin məsləhəti ilə tamamilə dağıdıldılar. İstisnalar könüllülərdən ibarət tüfəng və süvari birləşmələri, o cümlədən 2-ci Qarabağ süvari alayı, 5-ci Bakı piyada alayı, Bakı qala batalyonu və bir sıra digər birləşmələr idi. Mühafizəçi qvardiyalar da beləcə yenidə təşkil edildilər. Şəxsi heyətin seçilməsində sinif aidiyyatı xüsusi önəmli hala çevrildi. Könüllülərin orduya qəbul edilməsində Komunist Partiyasınınn tövsiyyələri xüsusi önəmli rol oynayırdı və sınaq müddəti altı ay idi. Bolşevik hərbi hakimiyyət orqanlarına komandanlar seçərkən "yalnız inqilabi şüurla" rəhbər olmalı, "ən yüksək komandanlıq vəzifələrinə əsgər təyin etməkdən utanmamaq", bəy və xan ailələrindən olan adamları qəbul etməmək tapşırılmışdı.[18]
Əliheydər Qarayev Çingiz İldırımı vəzifəsində əvəz etdi. NKVM-nin mərkəzi ofisi özünü. şəxsi heyyətini də dəyişdirməli idi. Azərbaycan Qızıl Ordusunun yaradılmasında mühüm rol oynamış Qarayev dövlət orqanına rəhbərlik etməyə başladı. Qarayevin verdiyi fərmana əsasən, iyunun 19-da Sovet Azərbaycanının ilk hərbi hissələrinin, o cümlədən Lenin Beynəlmiləl Azərbaycan Alayının və Qızıl Şərq atıcı alayının formalaşmasına başlandı.[19] 21 iyun 1920-ci ildə İnqilab Komitəsi Qarayevi Hərbi və Dəniz İşləri üzrə Xalq Komissar təyin etdi.[20] O, XI Qırmızı Ordunun İHŞ bölməsinin əməkdaşı, Xəzər hərbi donanmasının üzvü idi və birbaşa olaraq hərbi fəaliyyətdə iştirak etmişdi. 1921-ci ilin may ayında o, Qırmızı Bayraqlı Qafqaz Ordusunun İHŞ bölməsinin üzvü oldu. Xalq Hərbi Komissarlığının fəaliyyəti hərbi xidmətə cəlb edilmiş şəxslərin uçotu və bölgüsü, bölmə və birləşmələrin yaradılması ilə bağlı olaraq davam edirdi.[21]
İyunun ortalarında Möhkəmləndirilmiş Azərbaycan Qırmızı Sovet Atıcı Diviziyasının, 5 atıcı briqadasının, 2 atıcı alayının, süvari briqadasının, bir neçə artilleriya diviziyasının, texniki qoşunların və ehtiyat artilleriya batareyasının yaradılmasına başlandı. Bölmənin tərkibi aşağıdakı kimi quruldu:[22][20]
Lakin əslində bölmənin bütün hissələri formalaşmamışdı. Buna hələ də qüvvədə olan, qoşunların və mütəxəssislərin formalaşdırılmasındakı könüllülük prinsipi, eləcə də qoşunların yerləşdirilməsi öz təsirini göstərdi ki, bu da sıravi əsgər çatışmazlığına səbəb oldu. 1920-ci il iyulun ortalarında Azərbaycan Qızıl Ordusunun sayı 5500 hərbçidən bir qədər çox idi.[22]
Avqustun 17-də Azrevkom Qırmızı Ordu sıralarına səfərbərlik haqqında ilk fərmanı verdi ki, ona əsasən, 1898-1902-ci illərdə anadan olmuş, Bakı qəzasında yaşayan bütün vətəndaşlar hərbi xidmətə çağırılırdı.[23] Səfərbərliyin başlanması günü avqustun 25-i təyin edilmişdi və çağırış on gün ərzində başa çatdırılmalı idi.[24] Bu məqsədlə yaradılmış Fövqəladə Hərbi Səfərbərlik Komissiyası əhali arasında siyasi işlərlə məşğul olmağa başladı. Səfərbərliyin nəticələrinə görə, Bakı Quberniya Hərbi Komissarlığında hərbi xidmətə cəlb olunanlardan 3274 nəfər çağırış məntəqələrinə gəlib, onlardan 2670 nəfəri müddətli həqiqi hərbi xidmətə daxil olub. Bakıda və Bakı dairəsində səfərbər edilmiş şəxslərdən 2 min nəfəri komplektləşdirilmiş Azərbaycan Qırmızı Sovet Atıcı Diviziyasına göndərildi ki, bu da onun formalaşmasını başa çatdırmağa imkan verdi.[25]
30 sentyabr tarixində Azərbaycan SSR ilə Rusiya SFSR arasında Moskvada hərbi-iqtisadi birlik barədə müqavilə imzalandı. Buna əlavə olaraq, çox sayıda müqavilələr də imzalandı. Hər iki respublikanın bağladığı sənədin müddəalarına uyğun olaraq, Azərbaycan SSR AzKA-nı və öz donanmasını saxladı. AzKA-nın sayı və silahlanması tam təchiz olunmuş bir diviziya tərəfindən müəyyən edilirdi. Gəmilərin sayına və donanmanın silahlanmasına gəlincə, bunun üçün xüsusi razılaşma nəzərdə tutulmuşdu. Hərbi-inzibati idarəetmə orqanları sisteminin qurulması Azərbaycan Hərbi İşlər üzrə Xalq Komissarlığı, quberniya və qəza hərbi komissarlığı ilə bağlı idi. Qafqaz Cəbhəsi İHŞ-nin hərbi əməliyyatlar dövrü üçün eyni normativ hüquqi aktına əsasən, ordu və respublika hərbi-inzibati nəzarət orqanları Rusiya Qızıl Ordusuna tabe idi. RSFSR Hərbi Dəniz Qüvvələrinin komandanı eyni zamanda Azərbaycan donanmasının komandanı oldu. Həmin vəzifənin təyin edilməsi və çıxarılması Rusiya SFSR İHŞ tərəfindən həyata keçirilirdi. Müqaviləyə əsasən, AzKA və AzVMF-də olan Rusiya SFSR vətəndaşları Azərbaycan xidmətində olanlar hesab edilərsə və onlar istənilən vaxt geri çağırıla bilərdilərsə, o zaman Azərbaycan hərbçi kardlarının istefaya göndərilməsi üçün Azərbaycan hökumətinin razılığı alınmalıdır. AzKA və AzVMF hərbi qulluqçularının geyim formasını müəyyən etmək hüququ Azərbaycan SSR Hərbi İşlər üzrə Xalq Komissarlığına tapşırıldı. Qafqaz Cəbhəsi ləğv edildikdən sonra Azərbaycan və Rusiya silahlı qüvvələri arasında gələcək münasibətlərin sonrakı razılaşma ilə müəyyənləşdirilməsi nəzərdə tutulurdu.[26]
1920-ci ilin noyabrında formalaşma mərhələsində olan diviziya qərargahı Bakıda yerləşən Əlahiddə Birləşdirilmiş Azərbaycan Briqadası kimi yenidən təşkil edildi. O, 1-ci, 2-ci və 3-cü atıcı alaylardan, qərargahı müvafiq olaraq Sabunçu, Suraxanı və Bibi-Heybətdən, ayrıca süvari alayı, istehkamçı bölməsi, rabitə bölməsi və təlim batalyonundan ibarət idi. 1922-ci ilin iyununda Əlahiddə Azərbaycan Briqadası yenidən üç atıcı alaydan, ayrıca süvari eskadrasından, yüngül artilleriya batalyonundan, birləşmiş artilleriya parkından, kiçik komandirlərdən ibarət artilleriya məktəbindən, avtomobil kəşfiyyatından, hava eskadronu və digər maddi-texniki təminat bölmələrindən ibarət diviziyaya yerləşdirildi.[26]
1920-ci ilin iyul ayının ortalarında Azərbaycan Qızıl Ordusu 5.500 döyüşçüdən ibarət idi.[27] Həmin ilin 17 avqustunda İnqilab Komitəsi Nəriman Nərimanov və Əliheydər Qarayevin imzası ilə qərar verərək ordunun doldurulması üçün vətəndaşların səfərbərliyinə başladılar.[28] 1921-ci ilin may ayında Azərbaycan Qızıl Ordusunun sıralarında 36 min döyüşçü var idi, lakin ilin sonunda bunların sayı 10 min nəfərə düşdü.[29]
1922-ci ilin avqustunda Bakıda çıxan bolşevik qəzeti olan “Bakinski raboçi” iki nömrədə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin o vaxtkı sədri Səməd ağa Ağamalıoğlunun xatirələrini dərc etdi.[30] Bu xatirələrə görə, o, Moskvaya səfəri zamanı 1922-ci ilin mayında ilk insult keçirdiyi kimi, o vaxt ağır xəstə olan Vladimir Leninlə görüş təşkil etməyə nail olub. Görüş zamanı Lenin Azərbaycan Qızıl Ordusunun sayı ilə maraqlandı, Ağamalıoğlu isə dəqiq sayını xatırlamadığından təxmini rəqəm dedi. Bununla belə, Ağamalıoğlu izah edirdi ki, Azərbaycan kimi kasıb ölkədə böyük proletar ordusu yaratmaq çox çətindir.[31]
Bakıda Əliheydər Qarayevin rəhbərliyi ilə aviasiya və hərbi-idman məktəbləri, hərbi-siyasi kurslar açıldı.[32] Azərbaycandakı bolşevik hərbi hakimiyyət orqanlarının məlumatına görə, kursantlar ilk növbədə atəş açmağı, süngü və qumbaraatanlardan istifadə etməyi, əraziyə uyğunlaşmağı, kürəkdən istifadə etməyi, sığınacaq tapmağı öyrənməli, açıq və ya qapalı olan əsas vəzifələri ilə tanış olmalı idilər. Təlimdə olan zabitlər komandası üçün “sahə təlimatından təlimatların mənimsənilməsi və mövcud vətəndaş müharibəsi nümunələrinin başa düşülməsi” prioritet hesab olunurdu.[33]
1922-ci il avqustun 19-da Qırmızı Komandanlıq kursları öz adını Azərbaycan Sovet Birləşmiş Hərbi Məktəbi, martın 14-də isə Azərbaycan Birləşmiş Hərbi Məktəbi adlandırdı.[34] 1922-ci ilin əvvəllərində məktəbi 300-ə yaxın zabit bitirmişdi.[35]
Azərbaycan SSR Xalq Hərbi və Dəniz İşləri Komissarlığı milli komandanlıq heyətini formalaşdırarkən müəyyən çətinliklərlə üzləşdi. 1921-ci ildə Qarayev İmperator Rusiya Ordusunun və Azərbaycan Milli Ordusunun keçmiş zabitləri Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarovu Qızıl Ordu sıralarına yazmaq qərarına gəldi. Azərbaycan bolşevik hökuməti də öz növbəsində bu zabitlərin orduda xidmət etməsi məsələsini sovet hakimiyyəti qarşısında qaldırmışdı. Serqo Orconikidzenin xüsusi teleqramı ilə bu iki zabit Azərbaycan Hərbi İşlər üzrə Xalq Komissarlığının əmrinə göndərildi. Şıxlinski və Mehmandarov Azərbaycan Qızıl Ordusunun qərargahına cəlb edilmiş, dekabrın 1-də Azərbaycan Xalq Komissarlığı yanında xüsusi tapşırıqların icrası Şıxlinskiyə həvalə edilmiş və Azərbaycan Birləşmiş Hərbi Məktəbinə artilleriya müəllimi təyin edilmişdir.[32][36] Hərbi işlər üzrə keçmiş xalq komissarının müavini, Qızıl Ordunun keçmiş general-leytenantı Aleksandr Todorski sonralar Şıxlinski və Mehmandarovu Azərbaycanda xidmət edən iki əsas hərbi mütəxəssis kimi xarakterizə edəcəkdi.[37]
Kasıb əhalinin övladlarını və Azərbaycan Qızıl Ordusunda xidmət edən əsgərləri Azərbaycan Birləşmiş Hərbi Məktəbinə qəbul etmək üçün 1922-ci ilin oktyabrında 1-ci Azərbaycan Qırmızı Kadet Korpusu, həmin ilin may ayında isə 2-ci Azərbaycan Qırmızı Kadet Korpusu yaradıldı. Həmin ilin sentyabrında hər iki müəssisə 1-ci və 2-ci Azərbaycan proletar hərbi məktəbləri kimi tanındı.[38]
1922-ci il mayın 5-də Fəhlə, Kəndli, Qızıl Ordu və Matros Deputatları Sovetlərinin II Ümumazərbaycan Qurultayının dekreti ilə Azərbaycan Qızıl Ordusu Qırmızı Bayraq ordeni ilə təltif edildi.[39]