Azərbaycan coğrafi göstəriciləri — Azərbaycan mənşəli məhsullara verilən coğrafi göstərici adları.
2021-ci ildə Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri coğrafi göstəricilər və mənşə adları ilə bağlı Gürcüstan təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər etmişdir.[1]
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Əqli Mülkiyyət Agentliyi tərəfindən azad edilmiş ərazilərdə coğrafi göstəricilərin qorunması üçün onların qeydiyyata alınması istiqamətində işlər aparılır.[2]
Azərbaycanda coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətlər 1998-ci ildə qüvvəyə minmiş "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməkdədir.[3]
İçkilər
Yemək və şirniyyatlar
Xalçalar
Kəlağayılar
Digər
Yeməklər