Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı

Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı.

Şirvanşahlar sarayının bir hissəsi

[redaktə | mənbəni redaktə et]
Şah məscidi və Şirvanşahlar saray binasında soyqırım hadisələrinin izləri

Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.[1]

Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.[1]

Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.[2]

Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə etdi, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edildi. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulmuşdu.[3]

1918-ci il 31 mart soyqırımı zamanı Şirvanşahlar sarayı ziyan gördü. Ermənilərin atdığı top mərmiləri Şah məscidinin minarəsini zədələdi.[4]

Şamaxı Cümə məscidi

[redaktə | mənbəni redaktə et]
Şamaxı Cümə məscidi Mart soyqırımından sonra

Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış Şamaxı Cümə məscidi ciddi zədələnmişdir.[5] Bakıda yaşayan şamaxılıların General Tomsona verdikləri məlumata görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır."[5] Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır.[5][6] Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.

2009-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalanmışdır.[7][8] Restavrasiya zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa edilmişdir. Yeni inşa edilmiş iki mərtəbəli inzibati binanın sahəsi 804 kvadrat metrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520 kvadrat metr ərazisi olan Mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə həmçinin zəngin invertara malik kitabxana da daxildir.

17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı cümə məscidinin açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak etmişlər.[9]

Bibiheybət məscidi, Aleksandr Nevski kafedralı və Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi

[redaktə | mənbəni redaktə et]
1936-cı ildə məscidin dağıdılması

1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başladı. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi oldu.

1935-ci ilin sentyabrında Az. Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti "zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq" qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan etdi: "Удовлетворить ходатайство 300 рабочих нефтепромысла им. Сталина о закрытии в сел. Шихово молитвенного дома "Биби"." 1936-cı ildə məscid dağıdıldı.[10] Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra dağıldı, minarə yalnız üçüncü partlayışdan sonra dağıldı.[11]. Məscidin dağıdılmasından sonra ele eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi. Məscidin dağıdılmasına görə sədr Azkomstarisa Salamov 20 il üçün Sibirə sürgün edildi. Daha sonra məscidin yerində şose tikildi[12]. 1998-ci ildə Heydər Əliyevin sərəncamına uyğun olaraq Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı. 12 iyul 1998-ci il tarixində Bibiheybət məscidinin açılış mərasimi keçirildi.

1931-ci ildə sovet hökuməti Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsini sökdü. Həmin il kilsə partlayıcı maddə vasitəsi ilə məhv edildi. Hazırda kilsənin yerində Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 189 və 190 saylı Orta Ümumtəhsil məktəbləri yerləşir. 2006-cı ildə eyni adı daşıyan yeni kilsə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə nunsi tərəfindən təqdis edilib.

1936-ci ildə Stalinist hökumət Aleksandr Nevski kilsəsini sökmək qərarına gəldi. Həmin il kilsə partlayıcı maddə vasitəsi ilə məhv edildi. Hazırda kilsənin yerində Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 189 və 190 saylı Orta Ümumtəhsil məktəbləri yerləşir.

Ermənilərin Dağlıq Qarabağda dağıtdığı abidələr

[redaktə | mənbəni redaktə et]

Ermənilərin Qarabağda dağıtdığı abidələr arasında taleyi bilinənlər aşağıdakılardır:

Cuğa nekropolu

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunda Azərbaycan hökuməti tərəfindən erməni xaçkarlarının məhv edilməsi haqqında ilk dəfə olaraq Ermənistan 1998-ci ildə səsləndirmişdir.Bundan bir neçə il əvvəl isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki etnik erməni vətəndaşları Azərbaycana qarşı qaldıraraq öz azadlıqları uğrunda müharibəyə səsləmiş və nəticədə Qarabağ müharibəsi baş vermişdi. Müharibə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilməsi ilə dayandırılmışdı. Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin iyirmi faizini itirmiş, Qarabağdakı ermənilər tanınmamış Dağlıq Qarabağ Respublikası qurmuş, Qarabağın türk kökənli sakinləri isə qaçqın vəziyyətinə düşmüşdür. Amerika Arxeologiya İnstitutundan Sara Pikman qeyd edir ki, "Qarabağın itirilməsi azərbaycanlıların Naxçıvandakı erməni abidələrini məhv etmək istəmələrində böyük rol oynamışdır."[20]

1998-ci ildə Azərbaycan Ermənistanın Culfada erməni xaçkarlarının məhv edilməsi ilə bağlı iddiasını rədd etmişdir. Bundan sonra Erməni Memarlığı Cəmiyyətinin İrandan olan üzvü Arpiayr Petrosyan qəbiristanlığın buldozerlərlə məhv edildiyini göstərən video kadrları yayımlamışdır.[20]

Bundan sonra İran hökuməti Naxçıvan Muxtar Respublikası rəhbərliyi ilə birgə abidələrin məhvini pisləyən bəyannamə yaymışdır. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Həsən Zeynalov, Culfada erməni xaçkarlarının məhv edilməsi iddiasını "ermənilərin növbəti çirkli yalanı" adlandırmışdır. Azərbaycan hökuməti ona qarşı yönəldilən iddialara birbaşa cavab verməsə də, "Azərbaycanlıların ruhunda vandalizmin olmaması"nı qeyd etmişdir.[21] Ermənistan tərəfinin ciddi reaksiya verməsi və Ermənistan Mədəniyyət Naziri Qagik Gurdiciyanın Azərbaycanın erməni abidələrini məhv etməsinin qarşısını almaq üçün beynəlxalq aləmə müraciət etməsindən sonra Azərbaycanın bu fəaliyyətini bir müddət dayandırdığı iddia edilir.[22]

Erməni arxeoloq qeyd edir ki, 1987-ci ildə onların Naxçıvana ilk səfəri zamanı bölgədə "27,000 monastır, kilsə, xaçkar və sənduqə" tipli abidə olmuşdur.[22] 1998-ci ildə isə xaçkarların saynın 2,700-ə düşdüyü bildirilir.[23]

2003-cü ildə ermənilər Azərbaycanın yenidən Naxçıvandakı erməni abidələrini məhv etməyə başlaması haqqında iddia ortaya atdılar. 4 dekabr, 2002-ci ildə erməni arxeoloq və tarixçilər görüşərək müzakirələr aparmış, nəticədə bir müraciət qəbul edərək bunu bütün beynəlxalq təşkilatlara və onların rəhbərliklərinə çatdırmışdılar.[23]

Qədim Cuğa nekropolunda 10,000-dən çox xaç daşı və digər məzar daşlarının olduğu, onların 2,000-ə qədərinin isə 2002-ci ilə kimi öz ilkin görünüşünü qoruduğu bildirilir.[20] 2005-ci ilin dekabrında İran erməniləri Arazın İran sahilindən Naxçıvanda Azərbaycan əsgərləri tərəfindən ağır texnikanın da istifadə edilməsi ilə Cuğa nekropolunun məhv edilməsinin tamamlandığını və bu prosesi əks etdirdiyi video və fotolar yaymışlar.[20]

Bakıda götürülmüş heykəllər

[redaktə | mənbəni redaktə et]
Şəxs Tarix Yerləşdiyi yer Müəlliflər
(memarlar; heykəltaraşlar)
Şəkil Qeyd
26 Bakı komissarı
(məqaləsi)
1923 26 Bakı komissarı meydanı (indiki Sahil bağı) Elizaveta Tripolskaya; İ. Paleviç 26 Bakı komissarının ölümünün 5-ci ildönümü ilə əlaqədar olaraq qoyulmuşdur. Abidə 1958-ci ildə başqa bir abidə ilə dəyişdirilmişdir.
Vladimir Lenin
(məqaləsi)
1924 Stepan Razin qəsəbəsi (indiki Bakıxanov qəsəbəsi)
Sergey Kirov
(məqaləsi)
1939 Kirov parkı (indiki Şəhidlər Xiyabanı) Pinxos Sabsay; Lev İlin Qara Yanvar faciəsindən sonra 20 yanvar və Qarabağ şəhidləri burada dəfn edildi. Kirovun heykəli isə götürüldü.
Vladimir Lenin
(məqaləsi)
1955 11-ci Qırmızı Ordu meydanı(indikiAzadlıq meydanı).
Hökumət Evinin qarşısı
Cəlal Qaryağdı;
Lev Rudnev
1991-ci ildə abidə Azərbaycan bayrağı ilə əvəz olundu.
Mikayıl Müşviq
(məqaləsi)
1968 İnşaatçılar prospekti Münəvvər Rzayeva;
Ş. Zeynalova
27 fevral 2017-ci ildə abidə "Azəravtoyol" ASC tərəfindən Mədəniyyət və Turizm NazirliyiBakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan dağıdılmışdır.[24] 27 mart 2017-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə heykəlin əvvəlki yerində bərpa edilməsi haqqında məlumat yayıb.[25]
26 Bakı komissarı
(məqaləsi)
1968 26 Bakı komissarı meydanı (indiki Sahil bağı) İbrahim Zeynalov, Nicat Məmmdov; Q. А. Ələsgətov, A. Hüseynov 2009-cu ildə abidə sökülüb.
Stepan Şaumyan
(məqaləsi)
1975 Barinov küçəsi (indiki Yusif Səfərov küçəsi) ilə Telnov küçəsinin (indiki Xocalı prospekti) kəsişməsi Pinxos Sabsay;
Mikayıl Hüseynov
Məşədi Əzizbəyov
(məqaləsi)
1976 Yasamal rayonu Tokay Məmmədov;
Q. Muxtarov
1978-ci ildə heykəltaraş Oqtay Məmmədov heykələ görə SSRİ Dövlət Mükafatına layiq görülüb. Abidə 2009-cu ilin aprelin 25-dən 26-na keçən gecə götürülüb.
Prokofi Caparidze
(məqaləsi)
1980 Lenin prospekti (indiki Azadlıq prospekti) ilə Vaqif prospektinin kəsişməsi Ömər Eldarov; R. Əliyev Azərbaycanın müstəqilliyi qurulduqdan sonra abidə götürüldü və 2012-ci ildə yerində Koroğlu heykəli qoyuldu.
11-ci qızıl ordu abidəsi 1980 Yasamal rayonu, "11-ci Qızıl ordu meydanı" metrostansiyasının (indiki 20 Yanvar) qarşısında Tokay Məmmədov;
А. Surkin
Qara Yanvar hadisəsindən sonra götürüldü və yerinə Qara Yanvar hadisələrində həlah olanların şərəfinə abidə qoyuldu.[26]

Füzuli küçəsindəki binalar

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Sarayından Füzuli meydanına qədər ərazini əhatə edən park kompleksinin inşasına əmr etdi. 2010-cu ilin fevral ayında Füzuli küçəsində köhnə evlərin sökülməsi başladı. Xüsusən, Füzuli meydanına üz tutan tarixi memarlıq üç mərtəbəli ev yıxıldı.

Yıxılan evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif olundu. Lakin, ödənişlərin həcminə görə müxalifətçilər etirazlara səbəb olan evlərin yıxılmasına müqavimət göstərdilər və sakinlər və işçilər arasında qarşıdurma oldu. 2012-ci ildə Füzuli küçəsində köhnə binaların bir çoxu yıxıldı.

2013-cü ilin əvvəlində, bir dəfə tanınmış Bakı neft sənayeçisi İsa bəy Hacınskiyə məxsus 39 saylı evin küçəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, qiymətli tarixi və memarlıq abidəsi kimi saxlanılması qərara alınmış və 10 metr məsafəyə köçmüşdür. Binanın köçürülməsi Hollandiya şirkəti Bresser Eurasia tərəfindən həyata keçirildi. Beləliklə, 2013-cü il aprelin 27-də 18 min ton ağırlığında olan binanın hərəkət prosesi başa çatdırılmışdır. Bu, Azərbaycanda ilk daşınan bina idi.

Mayın 10-da Bakıda Füzuli və Mirzə Ağa Əliyev küçəsi arasında inşa olunan "Qış bulvarı" nın açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, həyat yoldaşı Mehriban Əliyeva və ailəsinin üzvləri iştirak ediblər. 7 hektar ərazini, 1 km uzunluğunda və 150 metr enində olan "Qış Bulvarı" Bakı şəhərində ən böyük park olmuşdur.

İnşaat Foto Memar Dizayn ili Tikinti ili Ünvan Qeydlər
Mixaylovskiy Xəstəxanasının binası (daha sonra Məşədi Əzizbəyov adına 1

nömrəli doğum evi)

Zivər bəy Əhmədbəyov 1912 1912–1913 31 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Birmərtəbəli mağaza Məşədi Mirzə Qafar İsmayılov 1886 1886
Birmərtəbəli mağaza Məşədi Mirzə Qafar İsmayılov 1889 1891
İki mərtəbəli ev Məşədi Mirzə Qafar İsmayılov 1890 1891 Balaxanı və Xəzər küçələrinin küncləri
Birmərtəbəli mağaza Məşədi Mirzə Qafar İsmayılov 1890 1891
İki mərtəbəli ev Məşədi Mirzə Qafar İsmayılov 1891 1892 Balaxanı və Xəzər küçələrinin küncləri
Üç mərtəbəli ev İvan Edel 1892 1894 33 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
İki mərtəbəli ev Ferdinand Lemkul 1887 1889
Üç mərtəbəli ev 1905 27 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Ev 45 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Ev 52 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Ev 1908 58 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Ev 1898 59 2010-cu ilin əvvəlində küçənin yenidən qurulması zamanı yıxılmışdı
Mirzağa Əliyev küçəsi 124 ünvanında yerləşən və 1900-cü ildə tikilən[27] Təhməzov qardaşlarının sarayı 2014-cü ildə sökülüb

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar Sovetskidə yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsinə başlanılıb. 2014-cü ildə məlum idi ki, Sovetskidə söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir[28]. Beləki, çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq[29].

Sakinlərin sözlərinə görə, 2016-cı ilin fevralına olan vəziyyətə görə sökülən evlərin arasında 20-yə yaxın tarixi abidə də vardır. Bunlardan biri də Mirzağa Əliyev küçəsi 124 ünvanında yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı idi. Təhməzov qardaşları Gəncədə şərabçılıqla məşğul olurdular, kasıblara kömək ediblər, gəncləri oxumağa göndərirdilər. Sakinlərin sözlərinə görə, binanın Ermitaja bənzərliyi var idi. Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq, bina sökülmüşdür[30].

Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamovun sözlərinə görə Sovetskidə yerləşən 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək[29]. Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə Sovetskidə olan 118 tarixi abidəyə toxunulmayacaq. Nazir bildirib ki, abidələrin bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar (buna misal kimi Cəlil Məmmədquluzadə və Abdulla Şaiqin ev muzeylərini göstərib) Qarayev onu da qeyd edib ki, elə binalar da var ki, onlar da çox əhəmiyyətli deyil, amma üzərilərində xüsusi memarlıq bəzəkləri olduğundan bu siyahıya salınıb. Nazirin sözlərinə görə, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təqribən 30-a yaxın bina sökülməyəcək[31].

14 may 2016-cı il tarixində Abbas Mirzə Şərifzadənin yaşadığı ev (1910-cu ildə inşa edilmişdir) sökülmüşdür[32]. 2016-cı ilin may ayının axırlarında M.A.Əliyev, 102 ünvanındakı 1916-cı ildə inşa olunan tarixi bina da sökülmüşdür[33]. M.F.Axundov, 45 ünvanındakı 1909-cu ilə aid ev 10 iyun 2016-cı il tarixində sökülmüşdür.

Hacı Cavad məscidinin (1912-ci ildə inşa edilmişdir) sökülməsi 30 iyundan 1 iyula keçən gecə Yasamal RİH tərəfindən həyata keçirilmişdir.[34][35]

  • Qubernator evi (Bakı). 2006-cı ildə bina söküldü. Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, binanın tamamilə məhv edilib: "Bizim planlarımız onu bərpa etmək idi. Amma bu vəziyyətdə, memarlıq onu sökməyi tövsiyə etdi.
  • Atlantlı ev. 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib. 2010-cu ildə, 14 saylı qonşu evin sakinlərinin sözlərinə görə, 18 saylı binanın sökülməsindən sonra, onlara deyilib ki, qrunt suları 16 saylı evində bünövrəsini yumağa başlayıb. 2010-cu ilin əvvəllərində "Atlantlı ev" sökülüb.[36]
  • Cümə məscidi (Salyan). Cümə məscidi 2003-cü ildə Kür daşqınlarına məruz qalıb. Nəticədə 15 günbəzdən 9-u uçub, 6-sı isə qəzalı vəziyyətə düşüb.[37] 8 il qapıları bağlı qalan Cümə məscidi tamamilə uçulub yox olmaq təhlükəsi qarşısında qalıb. Nəhayət 2012-ci ildə dövlət səviyyəsində bu tarixi abidənin əsaslı təmir və bərpasına başlanılıb. Təmir və bərpa işləri Respublika Mədəniyyət və Turizm Nazirliyinin 5 saylı tikinti idarəsi tərəfindən həyata keçirilib.[37]
  • Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi. 2016-cı ildə "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2016-cı il 196 nömrəli Qərarı" ilə abidənin adı "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılmışdır.[38] 11 aprel 2017-ci ildə məscid dövlət tərəfindən sökülüb.[39]
  1. 1 2 Левиатов, 1944. səh. 21
  2. История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. 2-й. — С. 359.
  3. Левиатов, 1944. səh. 22
  4. Рустамова-Тогиди С. А. 1918. Азербайджанские погромы в фотографиях и документах. Стр. 50
  5. 1 2 3 "Данные архивных материалов о зверствах армян в Шемахинском уезде (1918 г.)". 2011-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  6. Президент Азербайджана ознакомился с мечетью Джума в Шемахе[ölü keçid]
  7. "Azərbaycan Prezidenti Şamaxı şəhərindəki Cümə məscidinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam verib". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  8. Ильхам Алиев подписал распоряжение о реставрации Джума мечети в городе Шамаха. Arxivləşdirilib 2021-10-21 at the Wayback MachineDay.az, 24.12.2009
  9. Президент Ильхам Алиев: Азербайджан, как независимое государство, вносит свой вклад в исламскую солидарность. Arxivləşdirilib 2013-07-14 at the Wayback Machine Trend.az, 18.05.2013
  10. Шахла Нуризаде, кандидат исторических наук. "Биби-Эйбат. Здесь возносят молитвы, здесь обретают исцеление" (PDF). irs-az.com. 2012-06-09 tarixində arxivləşdirilib (PDF).
  11. Ризван Байрамов, архитектор. Утерянная реликвия. Архитектурный комплекс "Биби-Эйбат". Arxivləşdirilib 2016-03-03 at the Wayback Machineirs-az.com (2007).
  12. В Баку закончилась реконструкция средневековой мечети Биби-Эйбат. Arxivləşdirilib 2012-07-18 at Archive.today(недоступная ссылка — история). Межгосударственная телерадиокомпания "Мир" (23.07.2008).
  13. "Иран поможет восстановить мечеть в Шуши". depiararat.com. İstifadə tarixi: 23 iyul 2018.[ölü keçid]
  14. "Ermənilər Şuşanı dağıdır". 21 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2010.
  15. "Отчет о велосипедном походе по Армении и Нагорному Карабаху 2007". 2008-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  16. AZE.az — Последние новости Азербайджана, Кавказа, СНГ, мировые новости[ölü keçid]
  17. Полад Бюльбюльоглу посетил дом своего отца в Шуше Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Day.az
  18. 1 2 3 4 "Dünyada ikinci hesab edilən Ağdam Çörək Muzeyi". karabakh.tv. 2019-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
  19. "Külə dönmüş Çörək Muzeyi..." modern.az. 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2017.
  20. 1 2 3 4 Pickman, Sarah. "Tragedy on the Araxes Arxivləşdirilib 2006-11-21 at the Wayback Machine." Archaeology. June 30, 2006. Retrieved April 16, 2007
  21. "Azeris dismiss Iran's concern over Armenian monuments in Nakhchivan Arxivləşdirilib 1999-04-21 at the Wayback Machine." BBC News in BBC Monitoring Central Asia. December 11, 1998. Retrieved April 16, 2007
  22. 1 2 IWPR staff in Nakhchivan, Baku and Yerevan. "Azerbaijan: Famous Medieval Cemetery Vanishes". Institute for War and Peace Reporting. April 19, 2006. October 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
  23. 1 2 "Armenian intellectuals blast 'barbaric' destruction of Nakhchivan monuments Arxivləşdirilib 1999-04-21 at the Wayback Machine." BBC News in BBC Monitoring Central Asia. February 13, 2003. Retrieved April 16, 2007
  24. ""Azəravtoyol" Mikayıl Müşfiqin heykəlini dağıtdı". azinforum.az. 28 fevral 2017. 2017-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2017.
  25. "Mikayıl Müşfiqin heykəli bərpa olunaraq yerinə qoyulub". oxu.az. 27 Mart 2017. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2017.
  26. "В Баку открыт памятник "20 Января"". 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  27. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı". 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  28. "Sovetskidə kütləvi söküntülər başladı". 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  29. 1 2 ""Sovetski"də 76 tarixi bina söküləcək". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  30. "Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var?". 2016-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  31. ""Sovetski"də bu binalar sökülməyəcək". 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  32. ""Sovetski"də tarixi abidə — Abbas Mirzə Şərifzadənin evi dağıdıldı". 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  33. "Bakının buldozerlə silinən tarixi". 2016-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  34. ""Sovetski"də yerləşən Hacı Cavad məscidi söküldü (FOTO-VİDEO)" (az.)). İslamın Səsi. 2017-06-30. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
  35. "Hacı Cavad məscidi söküldü; yeni Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək? - FOTO" (az.)). islamazeri. 2017-07-01. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
  36. Фараджова, В. "Баку остался без исторического здания с «атлантами»". vesti.az. 2010. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  37. 1 2 "Salyan cümə məscidi tarixi abidə statusu alıb". ANSPRESS (az.). anspress.com. 11 Fevral, 2013. İstifadə tarixi: 2015-11-12.[ölü keçid]
  38. ""Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2016-cı il 196 nömrəli Qərarı"". 19 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2019.
  39. "Hacı Əbdürrəhimbəy məscidi söküldü - FOTO" (az.)). islamazeri. 2017-04-12. 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
  • Левиатов В. Н. Памятники азербайджанской культуры (Бакинский дворец ширваншахов). — Баку: Издательство Азербайджанского филиала Академии наук ССР, 1944. — 52 с.