Böyük Cami (krımtat. Büyük Cami), Süleyman-xan-camisi və ya Sultan Səlim məscidi (krımtat. Sultan Selim camisi) — Krım ərazisində, Feodosiya (Kefe) şəhərində olan dağıdılmış məscid. Şəhərin əsas Cümə məscidi hesab olunurdu. Gələcək sultan Sultan Süleyman Qanuninin fərmanı ilə inşa edilmişdir. O dövrdə Süleyman Kefe şəhərində sancaq bəyi tituluna malik idi. Ehtimal olunur ki, məscid Müqəddəs Aqnesin adını daşıyan katolik məbədin yerində inşa edilmişdir. Tikinti zamanı məbədin daşlarından istifadə edilmişdir. Məscid tikintisi 1520 və ya 1522-ci ildə başa çatmışdır. Məscidin tikintisinə osmanlı memarı Memar Sinan rəhbərlik edirdi.[1]
Böyük Cami, Süleyman xan camisi, Sultan Səlim məscidi | |
---|---|
Büyük Cami Sultan Selim camisi | |
45°01′23″ şm. e. 35°23′28″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Şəhər | Feodosiya |
Yerləşir | Feodosiya |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1520 |
Krımın Rusiya İmperiyasına birləşdirilməsindən sonra Feodosiya şəhərinin müsəlman əhalisi kəskin şəkildə azalmağa başlamış və məscidin yerində xristian kilsəsi tikilməsi planı ortaya çıxmışdır. Müxtəlif səbəblərdən bu ideyya həyata keçirilmədi. Ancaq məscid tədricən dağıdıldı (1834). 1873-cü ildə məscidin yerində Aleksandr-Nevski kilsəsi inşa edildi. Bu kilsə də 1933-cü ildə söküldü.[2][3]
Süleyman-xan-məscidi şahzadə Süleyman tərəfindən inşa etdirilmişdir. 1512-ci ildə şahzadə Süleyman Kefe sancağının sancaq bəyi idi[4][5] Məscid Genuya qalasından kənarda inşa edilmişdir. Ancaq şəhər qalasının daxilində idi. Böyük bazarın yaxınlığında idi). Məscid inşasında həm keçmiş katolik məbədinin, həm də yaxınlıqda olan qədim bizans məbədinin sütunlarından və piltələrindən istifadə olunmuşdur.[6][7] Kefe ərazisini 1667-ci ildə ziyarət etmiş osmanlı səyyahı Övliya Çələbi məscidin memarı haqqında məlumat verməmişdir. Ancaq Cümə Cami (Evpatoriya) məscidinin memarının Memar Sinan olduğunu göstərmişdir.[1]
Uzun illər boyu məscidin adı fərqli adlandırılmışdır. Övliya Çələbi məscidi ancaq Süleymanın adı ilə adlandırmışdır. Ancaq XVIII əsrə aidi şəhər planında məscid artıq Səlimin adını daşıyırdı. Peter Simon Pallas isə məscidi Böyük Cami kimi göstərmişdir.[8]