Dərələyəz kəndi — Xocalı rayonunun tabeçiliyində yerləşir. 1992-ci il 14 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı kənd 4 şəhid vermişdir.
Dərələyəz | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Dərələyəz kəndinin ərazisi Xocalıdan 1 km aralıda, Xankəndi aeroportu yaxınlığında yerləşir. Kəndin əsası 1954-cü ildə qoyulub. O zaman Xocalı rayonu mövcud olmadığı üçün kənd 1988-ci ilə qədər Xankəndi şəhərinin tabeçiliyində olub. 1947-1954-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan on minlərlə soydaşımız öz doğma yurdlarından didərgin olurlar. Onların bir hissəsi yaşamaq üçün Dağlıq Qarabağa pənah gətirmişdilər. Xankəndi Xalq Sovetinin təsdiqindən sonra, onlar üçün hazırkı Dərələyəz kəndinin ərazisində 120 ev inşa edilir. Həmin şəxslərin çox hissəsi Dərələyəz mahalından gəldikləri üçün kəndin də adını Dərələyəz qoyurlar.
Kənd Xocalıdan 1 km, Xankəndidən 3 km aralıda yerləşir. Dərələyəzi digər yaşayış məntəqələrindən fərqləndirən cəhət, burada göllərin çox olmasıdır. Kənd dəniz səviyyəsindən 1000-1200 metr hündürlükdədir. Dərələyəz kəndi Xocalı, Təzəbinə və Dəhrəzlə həmsərhəddir.
Dərələyəzin əsası qoyulan zaman buranın əhalisinin sayı 500 nəfərə yaxın olub. 1988-ci ildə Dağlıq Qarabağda aparılmış statistikaya görə əhalisin sayı 2.780 nəfər olub. Burada 280 məshəti türkü, 6 rus, 15 erməni və 3 fars ailəsi də sonradan məskunlaşıblar. Lakin 2012-ci il 1 yanvar statistikasına görə buranın əhalisinin sayı 3.000 nəfərdir.
SSRİ dönəmində kənddə əkinçilik və maldarlıq daha çox inkişaf etmişdir. Kəndin yaxınlığında 3 böyük istixana, 1 fabrik mövcud olub.
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |