Daşbulaq (Xocalı)

DaşbulaqAzərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.[2] Ermənilər tərəfindən Astxaşen adlandırılır.

Daşbulaq
39°55′37″ şm. e. 46°42′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 772 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 520 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Daşbulaq xəritədə
Daşbulaq
Daşbulaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Daşbulaq qəsəbəsinin əhalisinin faktiki sayı 520 nəfər təşkil edirdi[3]. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Daşbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.

Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bədərə çayının (Qarqar çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənd yaxınlıqdakı eyniadlı coğrafi obyektlərin adı ilə adlandırılmışdır[4].

Daşbulaq çayı

[redaktə | mənbəni redaktə et]

Xocalı rayonu ərazisində çay. Çay öz adını eyniadlı bulaqdan almışdır. Hidronim daş (daşlıq) və bulaq (su obyekti) sözlərindən düzəlib, "daşlı yerdən çıxan bulaq" mənasındadır.[5]

Daşbulaq dağı

[redaktə | mənbəni redaktə et]

Xocalı rayonu ərazisində dağ. Dağ öz adını eyniadlı bulaqdan almışdır.[5]

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 1
  4. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  5. 1 2 Daşbulaq (Xocalı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.