Təzəbinə

Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.

Təzəbinə
39°56′ şm. e. 46°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 634 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.396 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Təzəbinə xəritədə
Təzəbinə
Təzəbinə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təzəbinə kəndi dağ ətəyində yerləşir.

Qədimdə bu kəndin yerində yerləşən kəndin adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ və ya Noraküh (ermənicə: Təzəkənd) adlandırılmışdı.

1990-cı ildə Ermənistandan Azərbaycana gələn qaçqınların yerləşdirilməsi məqsədilə Ağdam tikinti trestinin köməyi ilə kənd yenidən salınmış, layihə sənədlərində adı Təzəbinə kimi rəsmiləşdirilmişdir.[2]

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır.[3]

1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir.

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.[4]

  1. http://census.stat-nkr.am/nkr/1-5.pdf.
  2. Təzəbinə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 3