Yuxarı Qılıçbağ,[1] və ya Yuxarı Qılıcbağ,[2] həmçinin Verin Qlıçbağ[3], və ya Verin Qılıçbağ[1] — Azərbaycan Respublikasının Xocalı rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocalı rayonunun[3][4][5] Xanabad kənd inzibati ərazi dairəsinin[3][6][7] tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocalı rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir.[6][7]
Yuxarı Qılıçbağ | |
---|---|
39°58′49″ şm. e. 46°47′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 869 m |
Saat qurşağı | |
Burada ilkin yaşayışın XIX əsrin əvvəllərinə aid olduğu deyilir.
Kənd Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci,[8] 1964-cü,[9] 1968-ci[3] illərin nəşrlərinə əsasən o zamanlar mövcud olmuş Stepanakert rayonunun Xanabad kənd Sovetinin nəzdində idi və orada Verin Qlıçbağ adı ilə qeyd olur, amma 1979-cu[4] il nəşrli Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi[5]) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi.[4] Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı.[5] Bununla, keçmiş yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur.
Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.[10]
İqlimi mülayimdir. Cənub-qərbdən Aşağı Qılıncbağ kəndilə həmsərhəddir.
Əhalisinin sayı 700 nəfərə yaxındır. SSRİ dövründə (daha dəqiqi 1990-cı ildə) kənddə 30 ev var idi. Bu 30 evin 12-si ermənilərə, 17-i azərilərə, 1-i fars millətinin nümayəndəsinə aid olduğu deyilir.
Kənddə ən böyük küçə Koroğlu küçəsi idi. Həmçinin burada Münəvvər Kələntərli küçəsi, tarixi Qılıncbağ yolu mövcuddur.
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |