Bakı birinci rus-tatar məktəbi

Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy MahmudbəyovSultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir.[1]

Rus-Azərbaycan məktəbləri

[redaktə | mənbəni redaktə et]

1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.[1]

Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır. Məktəblərin sayı artdıqca Qori, İrəvan seminariyalarında, ali pedaqoji institutlarda və gimnaziyalarda təhsil alan gənclərin Bakıya toplaşması üçün geniş imkanlar yaranmış, 19 əsrin 90-cı illərində azərbaycanlılara məxsus "Müsəlman ziyalılarının özəyi" adlı ilk ictimai təşkilat təsis olunmuş, əyalət şəhərlərində, kəndqəsəbələrdə milli-mədəni həyat dirçəlmişdi. Rus-Azərbaycan məktəbi müəllimlərinin təşəbbüsü ilə Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Tiflisdə, İrəvanda və s. şəhərlərdə ilk teatr truppaları təşkil olunmuş, səhnə vasitəsilə maarifçilik ideyaları təbliğ olunmuşdur. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni həyatında fəaliyyət göstərənlər, əsasən, rus-Azərbaycan məktəbi müəllimlərindən və məzunlarından ibarət olmuşdur.

Rus-müsəlman məktəbləri pedaqoji heyətinin Sultan Məcid Qənizadə, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla şaiq, Abdulla bəy Divanbəyoğlu, Əlisgəndər Cəfərzadə, Qafur Rəşad (Mirzəzadə), Fərhad Ağazadə (şərqli) və başqalarının istedadı sayəsində milli realist və romantik ədəbiyyat rövnəq tapmış, ilk dərsliklər yaradılmış, ilk uşaq jurnalları nəşr edilmiş və yüksək bədii təsir gücünə malik sağlam mündəricəli uşaq ədəbiyyatı təşəkkül tapmışdır.[1]

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyətində rus-Azərbaycan məktəbinin xidmətləri xüsusilə əlamətdardır. Həmin məktəblərin məzunları 20 əsrin əvvəllərində siyasi mübarizədə, siyasi partiyaların təşkilində iştirak etmişlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli şurasının sədri, Məmməd Yusif Cəfərov onun fəal liderlərindən biri olmuşdur. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı və b. milli dövlet quruculuğunda fəal iştirak etmişlər. Rus-Azərbaycan məktəbinin müəllimlərindən Sultan-məcid Qənizadə və Mustafa Mahmudov Azərbaycanın parla-mentinin üzvü olmuşlar.[1]

Məktəbin direktoru Əhməd bəy Abbasov olmuşdur. Zəkəriyyə bəy Aslanov məktəbin müəllimi olmuşdur. Məzunları sırasında Qaflan Muradov, Bəhram bəy Kazımbəyov, Kərim bəy Yusifbəyov, Mahmud bəy Yusifbəyov, İbrahim bəy Yusifbəyov, Murtuza bəy Yusifbəyov[2] kimi şəxslər olmuşdur.

Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur.[3] Süleyman Qayıbov müdürü olmuşdur.

Birsinifli üçüncü dərəcəli xüsusi rus-tatar məktəbi[4]. 1887-ci il oktyabrın 20 də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular. 1891-ci il sentyabrın 23-də açıldı.35 şagird qəbul edildi.[5]

1914-cü ildə Həbib bəy Mahmudbəyovun məktəbinin fəaliyyətinin 25 illik yubileyi qeyd olunmuş, bu münasibətlə o, çar hökuməti tərəfindən təşəkkürnamə ilə də təltif edilmişdir. Haşım bəy Vəzirov bu münasibətlə "Bakıdakı rusi-müsəlmani məktəblərin iyirmi beş illik yubileyi münasibətilə" adlı kitabçasını nəşr etdirmişdir.[5] Burada əvvəl 42 nəfər şagird vardı.[6]

Məktəbdə ana dili, fars dili ilə yanaşı rus dili də təlim olunurdu. Buna görə də məktəb "Rus-tatar məktəbi" adlanırdı. Fars dili ona görə keçilirdi ki, ticarətlə əlaqədar bütün müəssisələrdə yazı-pozu fars dilində aparılırdı.[7] Azərbaycanda və bütün Zaqafqaziyada şöhrət qazanan "rus-Azərbaycan" məktəbi keçmiş Spasski küçəsi ilə Kolyubakin küçələrinin tinində Hacı ağa Dadaşovun ayı 35 manata kirayə edilmiş xüsusi evində yerləşirdi. İlk illərdə məktəb təhsil haqqından toplanan vəsaitlə (ildə hər şagirddən 3 man.) idarə olunurdu. "Rus-Azərbaycan" məktəbinin rəsmən birsinifli (tədris müddəti 2 il) tədris ocağı kimi fəaliyyətə başlamasına baxmayaraq, sonralar 2 sinifli (tədris müddəti 4 il) oldu və təlimin məzmunu nisbətən genişləndirildi.[4]

Müdürləri müxtəlif illərdə Həbib bəy MahmudbəyovMustafa Mahmudov olmuşdur. Müəllimləri Sultan Məcid Qənizadə, İbrahim bəy Musabəyov (1911), Abdulla Şaiq (1906), Mustafa Mahmudov, Abbas bəy Minasazov, Mehdi bəy Hacıbababəyov (1901), Məhəmməd Tağı Atakişiyev olmuşdur. Məzunları sırasında Tağı Şahbazi Simurğ (1912), Əbülqasım Hüseynzadə, Seyid Hüseyn, Mirpaşa Sadıqov kimi şəxslər olmuşdur.

1887-ci il oktyabrın 20-də H.Mahmudbəyov S.M.Qənizadə ilə birlikdə Bakıda "rus-müsəlman" məktəbinin əsasını qoydular.[5]. Sultan Məcid Qənizadə müdürü olmuşdur. Məhəmməd Əmin Rəsulzadə[8]Mirzəağa Əliyev məzunlarından olmuşdur.

Xalqın təkidi ilə hökumət tərəfindən üçüncü və dördüncü "rus-tatar" məktəbləri açılır.[9] Mahmud bəy Mahmudbəyov müdürü olmuşdur. Müəllimləri sırasında Həbib bəy MahmudbəyovMustafa Mahmudov da olmuşdur. Məktəbin məzunları sırasında Hüseyn Ərəblinski də olmuşdur.

Süleyman Sani AxundovZəkəriyyə bəy Aslanov (1912–1915)[10] kimi müəllimləri olmuşdur.

2 oktyabr 1898-ci ildən "5 nömrəli Rus-tatar məktəbi" kimi fəaliyyətə başlamışdır. Məktəb neft milyonçusu Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə tikilmiş binada yerləşmişdir. 1905–1907-ci illərdə Üzeyir Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra burada müəllim işləmiş, rus dili, riyaziyyat, musiqi və təbiət fənlərindən dərs demişdir. Hazırda 51 nömrəli tam orta məktəb olaraq fəaliyyət göstərir..[11]. Həbib bəy Mahmudbəyov müdürü olmuşdur. Məzunları sırasında Şirəli Məmmədov da olmuşdur.

1908-ci il 7 nömrəli Rus-tatar məktəbi. Soldan: Ağa Əli bəy Həsənov, Süleyman Sani Axundov (direktor), Abdulla Şaiq, Əliməmməd bəy Mustafayev

Süleyman Sani Axundov məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında Ağa Əli bəy Həsənov, Abdulla Şaiq , Əliməmməd bəy Mustafayev (1906–1920)[12], Rəhim bəy Şıxlinski kimi şəxslər olmuşdur. Məzunları sırasında isə Süleyman Rüstəm, Hacıməmməd Qafqazlı, Cəfər Cabbarlı (1908)[13]Mirzə Bala Məmmədzadə kimi şəxslər kimi olmuşdur.

Əbdüləli bəy Vəlibəyov[14] məktəbin müdiri olmuşdur.

Rəhim bəy Vəkilov (1916–1917) və Mirzə Muxtar Məhəmmədov bu məktəbdə müəllim olaraq fəaliyət göstərmişdir.

XIX əsrin sonlarında Bərdə ərazisində üç rus məktəbi açılıb. Məktəblərdən biri Ləmbəran rus-tatar məktəbi, ikincisi Alpoud kəndində, üçüncüsü isə indiki Bərdə şəhərində fəaliyyət göstərib.

Məktəb 25 oktyabr 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır.[15] Sərəncam Tiflis şəhərində verilib. İlk müəllimləri Qori Müəllimlər Seminariyasının məzunları olub. O vaxt qızları məktəbə götürmədiklərinə görə, bu məktəbin ilk şagirdləri 7 oğlan olub.

Direktorlardan Pakizə Muxtarova bildirir ki, bu məktəbin açılmasında Nəcəf Bəy Vəzirovun böyük xidmətləri olub. Bütün metodik materiallar həmin dövrlərdə Bakıda ikinci rus qız gimnaziyasının müdiri olan Nəcəf bəyin qızı Sara xanım tərəfindən göndərilib. Məktəb əvvəlcə Rus-Tatar məktəbi, ötən əsrin yetmişinci illərində beynəlmiləl məktəb, sonralar yenidən rus məktəbi adlandırılıb.İndiki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəb.[16]

Məktəb 1883-cü il dən fəaliyyət göstərməyə başlamışdır.[15] Rəsul bəy Tahirov[10] müdüri olmuşdur.

1902-ci ildə əsası qoyulmuş rus-tatar məktəbi Dərbənd qazısı Hacı Molla Məmməd Sadıq Pişnamazın şəhər məclisinə göndərildiyi xahişnaməyə əsasən açılmışdı. O, xahişnaməsində göstərirdi ki, Dərbənddə başqa şəhərlərdə olan yaxşı təhciz edilmiş, müsəlman gənclərin əqli-mənəvi inkişafına imkan verən məktəblər yoxdur. Ona görə də Dərbənd şəhərinin müsəlman ictimaiyyəti şəhərdə rus-müsəlman məktəbinin açılmasını xahiş edir. Şəhər idarəsi müsəlmanların xahişini nəzərə alıb, Bakı quberniyasının və Dağıstan vilayətinin xalq məktəbləri direktorluqlarının razılığını aldı və 1902-ci ildə sentyabrın 1-də rus-tatar məktəbi fəaliyyətə başladı.

Xalq məktəbləri direktoru məktəbin açılmasına razılıq verərkən şəhər başçısına bildirmişdi ki, məktəbin şagirdləri Çar hökumətinin bayramlarını və müsəlmanlar üçün əlamətdar olan aşağıdakı günləri qeyd etməlidirlər.

Bunlar Novruz bayramı (19–21 mart), Məhərrəmlik ayı (3 gün), Səfər ayı (2 gün), Ramazan bayramı (1 gün), 1–3 Şəvval, 10, 11 və 18 Zilhiccə. 1902-ci ildə qoyulmuş rus-Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, burada 72 oğlan təhsil alırdı. 10 müsəlman məktəbi var ki, bunlarda cəmi 284 şagird təhsil alırdı. Şagirdlərin 253-ü oğlan, 31-i qız idi. 1904-cü ildə realnı məktəbin şagirdləri üçün şəhərin meri Qasım bəy Heydərovun adına 150 manat məbləğində təqaüd təyin edilmişdi. Bu təqaüdü ilk dəfə 1904-cü ildə 3-cü sinif şagirdi Mehdi bəy Məmmədbəyov almışdı. 1905-ci ildə şəhər ictimaiyyəti idarəsi tərəfindən I Pyotr adına 3 mükafat müəyyən edildi. Realnı məktəbin şagird Cavad bəy Zeynalov və Qız gimnaziyasının şagirdi A.Aslanova bu mükafatı ilk dəfə alanlardan idi.[17]

Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbidir. Şirin bəy Nuriyev məzunlarından olmuşdur.

1899-cı ilin oktyabrında Gəncə ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı.[18].Müəllimləri sırasında Mirzə Abbas Abbaszadə, Hacı Kərim Sanılı (1902–1904), məzunları sırasında isə Cahangir Nağıyev, Əli Nəzmi, Əli Razi Şəmçizadə, Əbülfət bəy Məşədi Süleyman oğlu kimi şəxslər olmuşdur.

1885-ci ildən fəaliyyət göstərmişdir.[19]

Firudin Şuşinski yazır ki, bu məktəb Əbdürrəhim bəy Haqverdiyev tərəfindən inşa olunumuşdur və həmin məktəbdə rus dili dərsini də özü demişdi. Bu məktəbə əksər bölgələrdən təhsil almağa gələrmişlər. 1920-ci ildə məktəb Ağdam şəhərinə köçürülmüşdür. Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər məktəbi kimi fəaliyyət göstərmişdir. Son illər məktəbin direktoru Sadıqov Əlövsət olmuşdur.[20]. Əbdülkərim bəy Vəlibəyov isə 1896–1904-cü illərdə məktəbin müdürü olmuşdur. Müəllimləri sırasında isə Əbdürrəhimbəy HaqverdiyevZəkəriyyə bəy Aslanov kimi şəxslər də olmuşdur.

1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Ana dili səs üsulu ilə A.Çernyayevsakinin "Vətən dili", fars dili Sədi Şirazinin "Gülüstan", rus dili M.Volperin "Rus dili", hesab Yevtuşevskinin "Məsələlər kitabı", şəriət dərsləri isə Firudin bəy Köçərlinin tərtib etdiyi kitab üzrə tədris edilirdi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər.[21]

1909-cu ilin "Kavkazski kalendar" məcmuəsində Haşım bəy Nərimanbəyovun Rus-tatar məktəbinin müəllimi oldugu göstərilir.Məcmuənin 1904 cü il nömrəsində isə İrəvan rus-tatar məktəbində Abbasqulu xan İrəvanski fəxri nəzarətçi olmuşdur. Və o dövürdə 106 şagir təhsil alırdı Məcmuənnin 1906-ci il nömrəsində İrəvan rus-tatar məktəbinin həyətinin genişləndiyi aydınlaşir. Buradan bəlli olur ki, 1906–1907 ci il tədris ilində İrəvan rus-tatar məktəbində Haşım bəy Nərimanov nəzarətçi, Həmid bəy Şaxtaxtinski və Rəcəbov müəllim, Axund Abdulla bəy Qazıyev şəriət müəllimi, Məmməd Vəli Qəmərlinski Azərbaycan dili müəllimi işləmişdir.[22]

1882-ci ildə Qubadlıda yaradılıb. Həmin məktəbin əsası Həsən bəy Sultanov tərəfindən qoyulmuşdur.[23]

Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci və 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci və 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Belə çətinlik uzun müddət davam edib. Qubadlı məktəbi ilk dəfə Xanlar bəyin atasına məxsus evdə təşkil edilib. Sonra məktəb Həşim bəyin daha yaxşı şəraitli evinə köçürülüb.

Sonra Teymur bəyin oğlu Həsən bəy Sultanovun təşəbbüsü və yerli hökumətin köməkliyi ilə qarşı tərəfdə üç otaqlı yeni məktəb binası tikilir.[24]

1883-cü ildən müdürü Rəhim bəy Novruzov olmuşdur. Müəllimləri sırasında Üzeyir Hacıbəyov, Həşim bəy Nərimanbəyov, Mehdi bəy Məlik-Aslanov kimi şəxslər olmuşdur. Məzunları arasında Çingiz İldırım, Cabbar bəy Sultanov, Abbas bəy Sultanov, Hüseynqulu Babayev, Həsən bəy Sultanov, İsmayıl Abışov və Qulam Sultanov kimi şəxslər olmuşdur.

Taixitdin Mamleyev tərəfindən Qazax qəzasının Salahlı kəndində (1875-ci il) rus-tatar məktəbi açılmışdır. Səməd Vurğun bu məktəbin məzunu olmuşdur.

1896-cı ilin oktyabrında Şuşa ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı. Şəhər əhalisi məktəbin bütün xərclərini öz üzərinə götürmüşdü. O zaman şəhər qazisinin, din xadimlərinin, eləcə də 1500-dən çox adamın imzası ilə qısa müddətdə baş məscidin həyətində yeni bir tədris binasının tikilməsini nəzərdə tutan plan hazırlanmışdı. Şahzadə Fətəli bəy Qacar və Xan qızı Natəvan bu bina tikilənədək öz evlərini təmənnasız olaraq məktəbə vermişdilər. Şuşa Realnı Məktəbi şagirdlərinin göstərdiyi iki səhnəcikdən toplanan 500 manat və şəhər ziyalılarının Xandəmirov teatrında hazırladıqları tamaşadan əldə edilən gəlir hesabına məktəb binasının tikintisi baş tutdu. Məktəb çar II Nikolayın tacqoyma mərasimi münasibətilə onun şərəfinə "Şuşa Nikolayevski rus-tatar məktəbi" adlandırılmışdı.[25]

Məktəbin müdiri Haşım bəy Vəzirov idi. Müəllimləri isə Rasim bəy Tahirov, Mirzə Baxış Yusifzadə, Mirzə Mehdi Sarıcalinski, Mehdiqulu xan Vəfa, Ağalar bəy Əliverdibəyov, məzunları sırasında isə Cеyhun bəy Hacıbəyli, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Fərhad bəy Vəzirov, Mirzə Xosrov Axundov, Bahadır Vəlibəyov, Mehdi bəy Həyatov, Hüsü Hacıyev, Həmid bəy Ağayev və Mirzə Vəli bəy İsmayılov[26] kimi şəxslər olmuşdur.

  • Məmmədov X., ilk "Rus-müsəlman" məktəbi və onun tarixi rolu, "Azərbaycan məktəbi" jurnalı, 1964, № 5;
  • Vəzirov H., "Rus-müsəlman" məktəblərinin iyirmi beş illik yubileyi münasibətilə. "Kefim gələndə" kitabında, B., 2001.
  • Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 220–229.
  1. 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 313. ISBN 9952-417-44-4.
  2. * Orxan Zakiroğlu (Baharlı). Murtuza bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015
  3. [1]
  4. 1 2 [2]
  5. 1 2 3 "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  6. [3]
  7. "Arxivlənmiş surət". 2018-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  8. "Arxivlənmiş surət" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-23.
  9. [4]
  10. 1 2 [5]
  11. [6]
  12. "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  13. "Arxivlənmiş surət". 2017-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-11.
  14. "Arxivlənmiş surət". 2017-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  15. 1 2 [7][ölü keçid]
  16. [8]
  17. [9][ölü keçid]
  18. "Arxivlənmiş surət". 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  19. "Arxivlənmiş surət". 2020-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-12.
  20. "Arxivlənmiş surət". 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  21. "Arxivlənmiş surət". 2020-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  22. Əsgər_Zeynalov "İrəvan xanlığı – gerçəkliyin aydınlığı"
  23. "Arxivlənmiş surət". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
  24. [10]
  25. [11]
  26. [12]