"Sevirəm" parkı

"Sevirəm" parkı — Bakıda, Xətai rayonunda yerləşən park. 3,2 hektar ərazidə yerləşən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park The Ritz-Carlton Baku binasının yanında yerləşir.

"Sevirəm" parkı
Məlumatlar
Ölkə
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Quska" ləqəbli iş adamı, sabiq deputat Hüseyn Abdullayevə məxsus olan, yararsız vəziyyətdə saxlanılan[1] ərazidə 2016-cı ildə mərmər tozu və neft tullantıları təmizləndikdən sonra park salınmağa başlayıb. Tikinti işləri 2016-cı ilin sentyabrında başa çatıb, parkın açılışı 6 oktyabr 2016-cı ildə, Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.[2]

  1. ""Sevirəm parkı"ndan sevgi dolu görüntülər - FOTOSESSİYA". milli.az (az.). 6 yanvar 2019. 2019-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  2. "Azərbaycan Prezidenti Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak edib". Report İnformasiya Agentliyi (az.). 6 oktyabr 2016. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.