Yeni ay (roman)

Yeni Ay (ing. New Moon) — Stefani Mayer tərəfindən, romantik-fentezi janrında yazılmış Alatoran romanlar seriyasından olan ikinci romanıdır. Romanda Bella SvonEdvard Kallenin romantik münasibətləri haqqında əhvalat davam etdirilir. Casperin hücumundan sonra Edvard Bellanı tərk etməyə məcbur olur, qəlbi qırılmış Bella aylarla depressiyada qalaraq əziyyət çəkir, sonradan yaxınlaşdığı Ceykob Blek ona ağrılarını unutmağa kömək edir. Lakin Ceykobun əsl kimliyinin ortaya çıxması və Elis Kallenin səfərindən sonra Bellanın həyatı daha da mürəkkəbləşir.

Yeni Ay
New Moon
Müəllif Stefani Mayer
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 6 sentyabr 2006
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 563
Əvvəlki Alatoran
Sonrakı Tutulma
ISBN ISBN 0-316-16019-9

Mayer qeyd edir ki, roman itirilmiş əsl sevgi haqqındadır.[1] Romanın adı ay təqviminin qaranlıq dövründən seçilmişdir və bu əsas qəhrəman Bella Svonun həyatının qaranlıq dövrünə işarədir. Mayer bu romanı “Alatoran” romanı nəşr edilməmişdən əvvəl yazmışdı.[2] Romanın yazılması Mayer üçün çox çətin olmuşdur, o, oxucuların reaksiyasından qorxmuş, Bellanın acılarını təsvir edərkən, tez-tez ağlamışdır.

Roman ilk dəfə 6 sentyabr 2006-cı ildə bərk üz qabığı ilə 100.000 nüsxədə nəşr edilmişdir.[3] ABŞ-də nəşr edilən roman qısa zamanda böyük uğur qazanmaqla, bestseller siyahılarının zirvəsinə yüksəlmiş, ilin ən çox gözlənilən əsərlərindən biri olmuşdur. Əsər həm The New York Times Best Seller siyahısı, həm də USA Today's Top 150 Bestseller siyahısında birinci yerə yüksəlmiş[4][5], 5.3 milyondan çox satılmaqla, 2008-ci ilin ən çox satılan yumşaq üzlü kitabı olmuşdur.[6] Bundan başqa, Yeni Ay 2009-cu ilin də ən çox satılan kitablarından biri olmuş[7] və 38 dilə rəsmən tərcümə edilmişdir. 20 noyabr 2009-cu ildə isə romanın film adaptasiyası ekranlara çıxarılmışdır.[8]

Roman, tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Tənqidçilər romanın, “daha çox nağıl xarakteri daşıyan” “Alatoran” romanı ilə müqayisədə daha yetkin və dərin olduğunu qeyd etmişlər. Obrazların, xüsusilə Bella Svonun inkişafı, həmçinin sevgi və ağrı hisslərinin təsviri baxımından Mayerin yazı tərzi ciddi maraq doğurmuşdur. Lakin, bəzi tənqidçilər qeyd etmişlər ki, orta hissədə romanın tempi bir qədər aşağı düşmüşdür.

Bellanın 18 yaşı tamam olur. Kallenlər bunu qeyd etmək üçün onu evə dəvət edərək hədiyyələr verirlər. Bella hədiyyələrdən birini açanda təsadüfən barmağı kəsilir və qan damlayır. Cesper özünü saxlaya bilməyərək ,onun üstünə atılmaq istəsədə Edvard buna mane olur.

Bu hadisə Edvardı çox qorxudur və bununla belə Belladan da ayrılmaq istəmir. Lakin onu qorumağın da ən yaxşı yolunun bu olduğunu fikirləşir. Nəhayət o Bellaya ayrılmaq barədə danışır və təbii ki, o buna etiraz etsədə Edvard dediyini edir. Digər Kallenlər ilə birgə Forksu tərk edir. Bu hadisə isə öz növbəsində Bellaya böyük bir zərbə vurur.

Aylar keçir. Bella isə hələ də o şoku unuda bilmir. Atası Çarli ona görə çox narahat olur və onu anasının yanına göndərməyi qərara alır. Lakin Bella Heç yerə getmək istəmədiyini bildirir və artıq normal həyata başlamağa çalışacağına dair atasına söz verir. O atasının yaxın dostluq etdiyi Billinin oğlu Ceykob ilə dostluq münasibətləri yaranır və bu xeyli davam edir. Ceykob isə yarı-insan, yarı-qurd bir adamdır. Bella bunu daha sonra öyrənir. O həmçinin Ceykobun onu sevdiyini də öyrənir. Lakin o Edvardı sevir və hələ də onu unuda bilmir. Bella nə vaxt təhlükədə olsa, Edvardın xəyalını görür. Və bir gün o yenədə onu görmək ümüdi ilə təpədən atılmağa gedir və onu görür. Daha sonra təpədən suya tullanan Bella bir müddət dalğa ilə mübarizə aparmalı olur. Lakin ən son anda Ceykob onu xilas edə bilir.

Evə qayıdanda,Bella aylardır getmiş olan Kallenlərdən birini görür. Bu, Elisdir. Elis ,Bellaya Edvardın onun öldüyünü fikirləşdiyini deyir və Volturinin yanına özünü öldürməyə getdiyini Bellaya xəbər verir. Bella dərhal Elis ilə İtaliyaya gedir hansıki Voulturilər oradadır. Ən son anda Bella özünü çatdıra bilir və Edvard onun sağ olduğunu görür. Voulturilər Bellaya görə çox narahatdır. Çünki bir insanın vampirlərdən xəbər tutması təhlükəlidir. Lakin Elis gələcəyi görə bilir və onlara Bellanın da çevriləcəyini deyir. Əmin olduqdan sonra Voultirilər onlara getməyə icazə verirlər.

Artıq Bella və Edvard yenidən birlikdədir. Edvard Bellaya ondan bir daha ayrılmayacağına dair söz verir. Film Edvardın Bellaya evlənmə təklif etməsi ilə başa çatır.

"Alatoran" romanının yazılmasından sonra Mayer kitabın elipoqunu yazmağa çalışır, lakin qısa müddətdə 100 səhifədən artıq mətn yığılır, yazıçı qeyd edir ki, “bu zaman anladım ki, mən Edvard və Bellanın hekayəsini dayandırmağa hazır deyiləm.”[9] O, əsərin davamını yazmağa başlayır və “Həmişəlik Çöküş” adlandırılmış əlyazmada Bellanın son məktəb illərindən bəhs edir.[10] "Həmişəlik Çöküş" üzərində işlədiyi müddətdə Mayer öyrənir ki, Alatoran yeniyetmələr üçün roman kimi nəşr ediləcək.[10] Kitabın yenidən eyni kütləyə istiqamətlənməsini arzulayan Mayer əsərini “Yeni Ay” adlandırır və bu romanda Bellanın son məktəb illərini təsvir edir.[10] Buna görə də Mayer kitabın süjet xəttini yazmağa, obrazların nələr edəcəyini fikirləşməyə başlayır. Əvvəlcə Mayer Edvardın romanın əvvəlində oxucunu tərk etməsi fikrini bəyənmir və başqa bir xətt fikirləşməyə çalışır, lakin deyir ki, "sonda qərara gəldim ki, bundan qaçmaq mümkün deyil."[10]

Mayer "Yeni Ay"ı beş ay ərzində yazdı. Lakin əsərin redaktə olunması, "Alatoran"la müqayisədə "xeyli uzun müddətə və daha çətin başa gəldi." Həmçinin, əgər “Alatoran”ı yazanda Mayer əgər düşünürdüsə ki, əsər nəşr olunmayacaq, "Yeni Ay”ı yazanda artıq əsərin nəşr olunacağına əmin idi və bu, onda əsərin necə qarşılanması ilə bağlı tərəddüdlər yaradırdı. Lakin, Mayer risk edərək, Ceykob obrazının əsərə əsas hədiyyəsi olmasına qərar verdi, çünki, o, bu obrazı bəyənirdi və onun hadisələrin gedişində rolunu artırmaq istəyirdi.[10]

Volturilərlə saat qülləsi yaxınlığında toqquşma və kitabın sonluğu Mayerin ilk yazdığı səhnələr olmuşdu. Yazıçı Forksla etdiyi kimi, Volturilərin məkanını da real şəhərlər arasından seçmək istəmirdi.[11] O, şəhəri “Volturin” adlandırmağı[12]İtaliyanın Toskana əyalətində yerləşdirməyi qərara aldı, çünki təsvir edəcəyi şəhər “çox qədim tarixə malik və qismən təmirli” olmalı idi. Lakin xəritəni araşdırarkən, Mayer, “Volturin” şəhərini yerləşdirmək istədiyi məkanda Volterra adlı çox qədim bir şəhərin olduğunu görür. Bundan sonra yazıçı Volterranı əsas məkan kimi seçir və bunu “ürpədici təsadüf” adlandırır.[11]

“Yeni Ay”ın ilk əlyazma mətni kitabın nəşr edilmiş mətnindən xeyli fərqlənirdi. Orijinalda Bella heç vaxt Ceykobun canavar adam olmasını öyrənməli deyildi və bu hadisənin təsvir edildiyi yeddi səhifə romanda yox idi. Həmçinin, epiloq da başlıq və məzmun baxımından fərqli idi.[13] Mayer üçün, Edvardın getməsindən sonra Bellanın çəkdiyi əziyyətlər və hiss etdiyi ağrılar haqqında yazmaq çox çətin idi və həmin hissələri yazdığı zaman yazıçı dəfələrlə ağlamışdı.[10] Mayer bildirir ki, əslində heç vaxt Bellanın yaşadığı kimi ürək qırılması yaşamayıb və təsvir etdiyi hisslər şəxsi təcrübəsinə əsaslanmır, lakin uşaq itkisi[14], həmçinin yazıçının “həm kədər, həm də sevincə eyni dərəcədə açıq olan” xarakteri onun Bellanın yaşadığı ağrını dolğun təsvir edə bilməsinə imkan vermişdir. Mayer bildirir ki, bu vəzifənin öhdəsindən gəlmək onun üçün “gözlənilməz” olmuşdu.[15]

Mayer qeyd edir ki, romanı ŞekspirinRomeo və Cülyetta” pyesinin təsiri ilə yazmışdır.[16]

Üz qabığı və adı

[redaktə | mənbəni redaktə et]

“Yeni Ay” romanının üz qabığı Geyl Dubinin tərəfindən dizayn edilmiş, foto isə Con Qrant tərəfindən çəkilmişdir. Mayer qeyd edir ki, onun bu üz qabığını seçməmək üçün müxtəlif səbəbləri var idi[17] və ən əsası o bu üz qabığını bəyənmirdi. O, qeyd edir ki, “çox gözəl zanbaqdan qopan ləçək heç bir məna ifadə etmir.”[17] Əslində Mayer kitabın üz qabığı üçün saat şəklinin seçilməsini daha məqsədəuyğun hesab edirdi, çünki, “zaman” romanın əsas mövzularından biridir. Lakin, kitabın dizaynı üzərində işləyən içi qrupu üz qabığı üçün, Bellanın itirilmiş bir damla qanını simvolizə edən bir ləçəyini itirən zanbaq çiçəyinə üstünlük vermişlər.[18]

Romanı tamamladıqdan sonra, Mayer onun üçün “Alatoran” adına uyğun olması məqsədi ilə, günün dövrlərindən birini ifadə edən söz seçmək istəyirdi. Lakin, sonradan müəllif “Yeni Ay” adına üstünlük verir. Romanın adı ay təqviminin qaranlıq dövründən seçilmişdir və bu əsas qəhrəman Bella Svonun həyatının qaranlıq dövrünə işarədir.[10]

Nəşri və qəbulu

[redaktə | mənbəni redaktə et]
Romanın Azərbaycan dilində ilk nəşrinin üz qabığı. Yay nəşriyyatı.

“Yeni Ay” romanı ilk dəfə ABŞ-də 6 sentyabr 2006-cı ildə, “Little, Brown” nəşriyyatı tərəfindən 100.000 nüsxə ilə çap edilmişdir.[3] Kitaba təlabata o qədər yüksək olmuşdur ki, ilkin oxunuş nüsxələri eBay-da $380 qiymətə satılmışdır.[19] “Yeni Ay” qısa müddətsə uğurlu satış nəticələri göstərərək, ikinci həftəsində New York Times Best Seller siyahısında birinciliyə yüksəlmiş, məşhur uşaq yazıçıları Kristofer PaoliniMarkus Zusakı yerindən etmiş[20], öz birinciliyini isə on bir həftə qorumuşdur.[21] Ümumilikdə kitab 47 həftə həmin siyahıda qalmışdır. “Yeni Ay” çıxışından iki həftə sonra USA Today Best Seller siyahısına daxil edilmiş, bir müddət sonra birinciliyə yüksəlmiş və 150 həftə həmin siyahıda qalmışdır. “USA Today”in 2007-ci il best seller siyahısında roman 29-cu yerdə qərarlaşmışdı.[22]

2008-ci ildə “Publishers Weekly” kitabın təkcə ABŞ-də 1.5 milyon nüsxədən çox satıldığını elan etdi.[23] 2008-ci ilin oktyabrında “USA Today”in “Son 15 ilin ən çox satılan kitabları” siyahısında roman 37-ci yerdə qərarlaşmışdı.[24] “USA Today”in versiyasına görə kitan “Alatoran”dan sonra 2008-ci ilin ikinci ən çox satılan kitabı olmuşdur.[25] Roman həm də 2010-cu ilin ən çox satılan kitabları siyahısında 27-ci yerdə olmuşdur.[26]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Bəzi tənqidçilər romanın ortalarında bir az tempini itirdiyini qeyd etsələr də, ümumilikdə əsər tənqidçilərdən əsasən müsbət rəylər almışdır. “School Library” jurnalından Hillas J. Martin “Alatoranla müqayisədə daha peşəkar yazılmış, bununla yanaşı ən azı onun qədər maraqlı olan “Yeni Ay” birinci romanın həvəskarı olan oxuyucuların nəfəs almadan oxuyacaqları və üçüncü roman üçün böyük həvəslə gözləməyə həvəslənəcəkləri bir əsərdir”[27] deyərək əsəri qiymətləndirmişdir. Kirkus-da əsər haqqında qeyd edilir: “romanın hər səhifəsi digərindən daha maraqlıdır... Bu əsər cazibədar şeytan vurğunları üçündür.” [28] “Booklist”dən Sindi Dobrez isə Bella obrazına xüsusi diqqət yetirərək qeyd edir ki, “əsərdə heç vaxt ölümsüz həyatı yaşmağa ümidi olmayan, lakin, ölümsüz birini sevən qızın hissləri çox təsirli şəkildə verilmişdir”.[28] Bundan əlavə Teenreads.com-dan Nora Piel bildirir ki, “əsərin ortasında hadisələrin aktivliyi bir qədər zəifləyir və sanki oxucular vampirlərin yenidən səhnəyə qayıtmasını gözləyirlər”.[29] About.com-dan Anna Limber də Pielin fikrinə həmrəy olub “əsərin ortasında tempini itirməsi”ni təsdiqləyir. Lakin, o, romana 5 ulduz üzərindən, 3,5 ulduz verərək, əsərin “xüsusilə yeniyetmələrə təsir edə biləcək melanxolik ruh”a malik olduğunu bildirir.[30]

“Yeni Ay” romanı 2009-cu ildə “Senior Young Reader's Choice” Mükafatına layiq görülmüşdür.[31]

Romanın film adaptasiyası 20 noyabr 2009-cu ildə təqdim edilmişdir.[8][32][33] Bu film, 2008-ci ildə təqdim edilmiş “Alatoran” filminin sikvelidir. Filmdə Bella Svon, Edvard KallenCeykob Blek rollarını müvafiq olaraq Kristen Stüart, Robert PattinsonTeylor Lotner canlandırmışdır.[34] 2008-ci ilin noyabrında “Summit Entertainment” filmin Kris Veytzin rejissorluğu və Melissa Rozenberqin ssenari müəllifliyi ilə ekranlaşdırılacağını elan etmişdi.[35] Filmin əsas hissələri Vankuver, Britaniya Kolumbiyasında çəkilmişdir.[36]

  1. Meyer, Stephenie (Subject). "Stephenie Meyer Talks About Eclipse" (Video). Amazon.com. 2007. 2009-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  2. "Twilight Series|New Moon FAQ". StephenieMeyer.com. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  3. 1 2 Cecelia Goodnow. "Stephenie Meyer's Forks-based saga of teen vampire love is now a global hit". Seattle Post-Intelligencer. 2007-08-06. İstifadə tarixi: 20 avqust 2014.
  4. "Children's Books - New York Times". New York Times. 2006-11-12. 2015-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  5. "Best-Selling Books Database". USA Today. 2009-08-02. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  6. Diane Roback. "Bestselling Children's Books 2008: Meyer's Deep Run". Publishers Weekly. 2009-03-23. 2009-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  7. Debarros, Anthony; Cadden, Mary; DeRamus, Kristin; Schnaars, Christopher. "Best-Selling Books: The top 100 for 2009". USA Today. January 6, 2010. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  8. 1 2 Larry Carroll. "'Twilight' Exclusive: 'New Moon' Art And Official Title Revealed!". MTV. 2009-02-19. 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  9. "BookStories Interview with Stephenie Meyer". BookStories. Changing Hands Bookstore. August 2006. 2012-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  10. 1 2 3 4 5 6 7 Stephenie Meyer. "The Story Behind the Writing of New Moon". StephenieMeyer.com. 2006-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  11. 1 2 "Twilight Lexicon » The Q & A from the February 2007, BYU Symposium". Twilight Lexicon. February 9, 2007. May 22, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  12. "Stephenie Meyer answers your questions". Twilight Lexicon. 2009-11-17. 2011-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  13. "If Jacob Didn't Break the Rules" (PDF). Stephenie Meyer.com. 2011-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 avqust 2014.
  14. "The Q & A from the February 2007, BYU Symposium". Twilight Lexicon. February 9, 2007. May 22, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  15. "Twilight Lexicon » Personal Correspondence #10". Twilight Lexicon. September 19, 2006. May 22, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  16. Proctor, Maurine. "Stephenie Meyer's Twilight". Meridian. 20 avqust 2014. December 1, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 19, 2010.
  17. 1 2 "The Breaking Dawn Concert Tour-Seattle Q&A". Twilight Lexicon. 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  18. Meyer, Stephenie. Frequently Asked Questions // The Twilight Saga: The Official Illustrated Guide. Little, Brown. April 2011.
  19. "Stephenie Meyer". Waterstone's. 2009-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  20. "''New York Times'' Best Seller list". Nytimes.com. 2006-10-22. 2016-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  21. "''New York Times'' Best Seller list". Nytimes.com. 2007-07-15. 2015-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  22. DeBarros, Anthony; Lopez, Korina; Cadden, Mary. "The top 100 books of 2007". USA Today. 2010-01-14. 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  23. "Stephenie Meyer By the Numbers". Publishers Weekly. 2008-12-05. 2008-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  24. "USA Today's best-selling books of last 15 years". USA Today. 2008-10-30. 2010-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  25. Debarros, Anthony; Cadden, Mary; DeRamus, Kristin; Schnaars, Christopher. "The top 100 books of 2008". USA Today. January 14, 2009. 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  26. Minzesheimer, Bob; DeBarros, Anthony. "2010 saw a frenzy for fiction, led by Stieg Larsson's 'Girl' trilogy". USA Today. January 12, 2011. 2011-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  27. Hillias J. Martin. "Editorial Reviews". Amazon.com. İstifadə tarixi: 20 avqust 2014.
  28. 1 2 New Moon (The Twilight Saga) - Stephenie Meyer: Books. Amazon.com. ISBN 978-0-316-07565-7. İstifadə tarixi: 20 avqust 2014.
  29. "New Moon by Stephenie Meyer". Teenreads.com. 2012-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  30. Anna Limber. "'New Moon' by Stephenie Meyer - Book Review". About.com. 2011-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  31. "2009 YRCA Winners". Pnla.org. 2011-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  32. Jennifer Cady. "New Moon Gets an Official Title and Artwork". E! Online. 2009-02-20. 2009-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  33. "What Rob Pattinson Misses Most & His Secret Fear". The Improper. 2009-02-21. 2009-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  34. "Taylor Lautner to Reprise His Role as Jacob in New Moon" (Press-reliz). Summit Entertainment. 2009-01-07. 2009-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  35. Thompson, Anne. "No Hardwicke for 'Twilight' sequel". Variety. Reed Elsevier. 2008-12-07. 2009-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  36. Malkin, Marc. "Rob Pattinson and a Bevy of Beautiful Vampires". E! Online. E! Entertainment Television, Inc. 2009-01-07. 2010-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]