Birləşmiş Millətlər Təşkilatının Katibliyi — Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının (Baş Məclis, İqtisadi və Sosial Şura, Təhlükəsizlik Şurası) gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir.
Birləşmiş Millətlər Təşkilatının Katibliyi | |
---|---|
Yaranma tarixi | 26 iyun 1945 |
Qeydiyyat tarixi | 24 oktyabr 1945 |
Rəsmi dili | İngilis dili, Fransız dili |
Mərkəzi | Nyu-York, Cenevrə, Vyana |
Prezident | Antoniu Quterreş |
un.org/about-us/secretar… | |
Vikianbarda əlaqəli mediafayllar |
BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir:[1]
BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər.[3]
31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.[4]