Birləşmiş Millətlər Bəyannaməsi

Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi (İyirmi altı dövlətin bəyannaməsi,rus. Декларация Объединённых Наций, ing. Declaration by United Nations) — 1942-ci il yanvarın 1-də Vaşinqton Konfransı zamanı imzalanıb.[1]

1941-ci ilin dekabrında Ruzvelt tərəfindən antihitler koalisiyasında müttəfiqlər üçün "Birləşmiş Millətlər" adı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının 1 yanvar 1942-ci il tarixli Bəyannaməsi gələcək Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etmişdir. Müharibə dövründə Birləşmiş Millətlər Təşkilatı antihitler koalisiyası üçün Müttəfiqlər ilə sinonimə çevrildi.

Bəyannamə "Böyük dördlük" (ABŞ, Böyük Britaniya, SSRİÇin), Mərkəzi AmerikaKarib dənizinin 9 əyaləti, Britaniya dominionları, Britaniya Hindistanı və antihitler koalisiyasının 26 iştirakçıları tərəfindən imzalanıb. 1942-1945 dövründə 21 dövlət də bəyanata əlavə olaraq qatıldı.

Tərəflər Atlantik Nizamnaməsini həyata keçirmək, bütün resurslarını Berlin-Roma-Tokio oxu ölkələri ilə müharibə üçün istifadə etmək, həmçinin Almaniya və ya Yaponiya ilə ayrı-ayrılıqda sülhün yaradılmasına razılıq vermədi.

Müharibənin sonunda bir çox başqa ölkələr Filippin, Fransa, Argentinadan başqa bütün Latın Amerikası ölkələri , Yaxın ŞərqAfrikanın bəzi müstəqil dövlətləri də daxil olmaqla bəyannaməyə qoşulmuşdur. Berlin-Roma-Tokio oxu ölkələrinin əksəriyyəti sonradan Birləşmiş Millətlər Təşkilatının tərəfinə keçərək Almaniyaya qarşı döyüşsələr də, bəyannaməyə qoşulmaq üçün icazə verilməmişdir.

İlk Tərəflər
Böyük Dördlük ABŞBöyük BritaniyaSSRİÇin
İngilis Birliyi AvstraliyaKanadaBritaniya HindistanıYeni ZelandiyaCənubi Afrika Birliyi
Digər ölkələr Kosta-RikaKubaDominikan RespublikasıSalvadorQvatemalaHaitiHondurasNikaraquaPanama
Mühacirdə olan hökumətlər İkinci dünya müharibəsində BelçikaÇexoslovakiyaİkinci dünya müharibəsində YunanıstanLüksemburqİkinci dünya müharibəsində Niderlandİkinci dünya müharibəsində NorveçMühacir Polşa hökumətiYuqoslaviya Krallığı
Qoşulmuş tərəflər
1942 MeksikaFilippinEfiopiya
1943 İraqBraziliyaBoliviyaİranKolumbiya
1944 LiberiyaFransa Respublikasının Müvəqqəti Hökuməti
1945 EkvadorPeruÇiliParaqvayVenesuelaUruqvayTürkiyəMisirSəudiyyə ƏrəbistanıLivanSuriya
  1. 1 января 1942 года документ подписали Рузвельт — от США, Уинстон Черчилль — от Великобритании, Максим Литвинов — от имени Советского Союза и Цзы-вень — от имени Китая. Представители остальных 22-х государств подписали Декларацию на следующий день, 2 января 1942 года.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]