Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı

Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) (ing. United Nations İndustrial Development Organization) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi.

Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı
UNIDO
ing. United Nations İndustrial Development Organization
Loqonun şəkli
Növü BMT-nin ixtisaslaşdırılmış agentliyi
Yaranma tarixi 17 noyabr 1966
Mərkəzi
Üzvləri 173
unido.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014

UNIDO-nun rəsmi məqsədləri

[redaktə | mənbəni redaktə et]

UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il).

Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir.

İcraedici başçılar

[redaktə | mənbəni redaktə et]
UNIDO-nun İcraedici Direktorları
1967–1974 İbrahim Helmi Əbdül Rəhman (Misir Misir)
1975–1985 Əbdül Rəhman Xan (Əlcəzair Əlcəzair)
UNIDO-nun İcraedici Baş Direktorları
1985–1992 Dominqo Siazon (Filippin Filippin)
1993–1997 Maurikiyo de Mariya y Kampos (Meksika Meksika)
1998–2005 Karlos Alfredo Maqariños (Argentina Argentina)
2006 – İyun 2013 Kandeh Yumkella (Syerra-Leone Syerra-Leone)
İyul 2013 – Li Yong (李勇) (Çin ÇXR)
  • Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.