Blendovka səhrası

Blendov səhrası (pol. Pustynia Błędowska) — Polşa və Avropada[1] ən böyük səhra. Səhra uçan qumıarla örtülmüşdür. Silez və Vinis yüksəklikləri arasında yerləşir.

Blendovka səhrası
pol. Pustynia Błędowska
Ümumi məlumatlar
Sahəsi
  • 32 km²
Uzunluğu 10 km
Eni 4 km
Yerləşməsi
50°21′22″ şm. e. 19°31′03″ ş. u.
Ölkə  Polşa
Blendovka səhrası xəritədə
Blendovka səhrası
Blendovka səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi[redaktə | mənbəni redaktə et]

Cənub sərhəddində sıx meşə yerləşir. Səhranın uzunluğu 10 km, eni isə 4 kilometrdən çoxdur. Qumluqların orta qalınlığı 40 sm, maksimalı isə 70 sm-dur. Şərqdən qərbə doğru Byala Pjemka çayı səhranı iki yerə bölür.

Əmələ gəlməsi[redaktə | mənbəni redaktə et]

Səhra bu günki günündə belə insan əməyinin nəticəsidir. Yaxın bölgədə əhali yer altı sularda intensiv şəkildə istifadə etməsi sayəsində qrunt sularının səviyyəsi aşağı düşmüşdür. Nəticədə bölgədə bitkilər ramamən qurumuşdur. Hələ orta əsrlərdə burada olan meşələr metal əridilməsi və ya sənaye məqsədli qırılmışdır. Nəticədə 150 km² ərazisi olan və 60 sm qumla örtülmüş ətazi meydana gəlmişdir.

Polyakların əfsanəsinə görə əvvəllər Olkuş şəhərində gümüş yatsğı olmuşdur. Şeytan isə onun tapılmaması üçün ərazini qumla örtmüşdür.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərindən səhra təlim meydançası kimi istufadə edilməyə başlanılmışdır. Səhra İkinci Dünya müharibəsi oncəsi İkinci Polşa Respublikasının 5-ci ordu korpusu tərəfindən Krakov hərbi dairəsinin hərbi təlim yeri kimi istifadə edilirdi. Müharibə dönəmində isə Afrikada meharibə aparan alman əsgərlərinin bu şəraitə uyğunlaşması üçün əlverişli paliqon rolunu oynayırdı. Burada almanlara məxsus Udetvaffe adlı aviabaza yerləşirdi.

Hazırda səhranın yalnız cənub hussəsi hərbi məqsədlər üçün istifadə edilir. Digər hissəsi isə təbiət abisə olaraq qorunur. Ekoloqlar onun qorunmasına və genişlənməsinin qarşısınln alınmasına çalışırlar[2]. Xexla və Çubatse nə zamanlarsa komanda mövqeləri yerləşirdu. Sonradan onlar sökülmüşdür. 1966-cı ildə isə Eji Kavaleroviç Faraon adlı kino çəkmişdir.

Turizm[redaktə | mənbəni redaktə et]

Blendovka səhrası turistlər arasında qumda gəzinti məqsədi ilə çox sevilir. Burada səhrata təşkil edilən maşrutlar «Səhra yolu» adı ilə məşhurdur. Buradan həmdə «Transyorayski at yolu» maşrutu vardır ki, oda Xexlodan keçir. Hazırda narıncı naşrut bağlanmışdır. 30 noyabr 2014-cü ildən onun ərazisi qorunur. Hədəf Polşsnın ən böyük səhrasına qoruma statusunun verilməsidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Skała, Cyprian. 2005. Jura Krakowsko-Częstochowska. Bielsko-Biała: Wydawnictwo Pascal. ISBN 83-7304-398-5.
  • Szczypek, Tadeusz i Stanisław Wika, Andrzej Czylok, Ojmahmad Rahmonow, Jerzy Wach. 2001. Pustynia Błędowska — fenomen polskiego krajobrazu. Krzeszowice: Wydawnictwo Kubajak. ISBN 83-7323-005-X.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "LESSER POLAND" (Polish). 2011-07-15 tarixində orijinalından arxivləşdirilib.
  2. Na Pustyni Błędowskiej już prawie jak na Saharze Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine  (pol.)