Bolqarıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Bolqarıstanda yaşayan hissəsinin adı. Rəsmi siyahıyaalınma zamanı sadəcə türk olaraq qeydə alınır və Türkiyə türklərinin tərkibində hesablanırlar. Ev dilləri Azərbaycan dilinin Qars ləhçəsi olsa da təhsillərini bolqar və Türkiyə türkcəsində alırlar. Bu ölkədəki azərbaycanlıların tamama yaxını şiə qızılbaşdır. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Bolqarıstanda 65,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır.[1]
- 2001-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,928,901 nəfər olmuşdur.[2] Onlardan:
- Dini inancına əsasən müsəlmanların ümumi sayı 966,978[2] nəfər. Onlardan:
- 913,957[2] nəfəri sünni
- 53,021[2] nəfəri isə qızılbaş-şiə
- Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 746,664[2] nəfər. Onlardan:
- Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 720,136[2] nəfər, bolqarca olaraq qeyd edənlərin ümumi sayı 26,147[2] nəfər.
- Dini inancına əsasən müsəlmanların ümumi sayı 713,024[2] nəfər. Onlardan:
- 660,003 nəfəri sünni
- 53,021 nəfəri qızılbaş-şiə
- 2011-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınmasına əsasən Bolqarıstan Respublikasının ümumi əhalisi 7,364,570 nəfər olmuşdur. Onlardan:
- Bolqarıstan Respublikasının vətəndaşlarının sayı 7,327,847 nəfər, digər ölkələrin vətəndaşlarının sayı isə 36,723[3] nəfər olmuşdur. Siyahıyaalınmış 36,723 (kişilər:16292 nəfər, qadınlar:20431 nəfər) nəfər xarici ölkələrin vətəndaşlarından 34 nəfəri (13 nəfəri kişi, 21 nəfəri qadın) Azərbaycan Respublikasının vətəndaşları olmuşdur.[3]
- Dini inancına əsasən müsəlmanların ümumi sayı 577,411 nəfər. Onlardan:
- 546,004[4] nəfəri sünni
- 27,407[4] nəfəri qızılbaş-şiə
- 3,728[4] nəfər digər təriqətlər
- Öz milliyyətini türk olaraq qeyd edənlərin sayı 588,318[5] nəfər. Onlardan:
- Ana dilini türkcə olaraq qeyd edənlərin ümumi sayı 564,858[5] nəfər
- Ana dilini bolqarca olaraq qeyd edənlərin ümumi sayı 18,975[5] nəfər
- Ana dilini digər dillər olaraq qeyd edənlərin ümumi sayı 4,485 nəfər
- 2001-2011-ci illər arası yəni son iki siyahıyaalınma tarixləri arası zaman intervalında 131,539[6] nəfər Bolqarıstan sakini daimi yaşamaq üçün ölkəni tərk edərək digər ölkələrə köç etmişdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Bolqarıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır[7]:
- Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyəti: 2003-cü ildə yaradılmışdır, ünvan - Blaqoevqrad şəhəri.
- Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 2004-cü ildə Bloqoevqrad şəhərində Amerika Universitetində oxuyan azərbaycanlı tələbələr yaradıb, ünvan - Blaqoevqrad şəhəri.
- Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 5 iyul 2005-ci ildə Bolqarıstanın Sofiya şəhərində Bolqarıstan-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır.