Argentina azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Argentinada yaşayan hissəsinin adı.
Vəli bəy Yadigarov | |||
Ümumi sayı | |||
---|---|---|---|
100-250 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Bu gün Argentinada nə qədər etnik Azərbaycanlının yaşadığı dəqiq məlum deyildir. Argentinaya gəlmiş ilk Azərbaycanlının Vəli bəy Yadigarov olduğu ehtimal edilir. Vəli bəy Yadigarov 1918–1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət etmişdir. XI Ordu Bakıya basqın edərkən Gəncə üsyanında iştirak edib. 1921-ci ildə əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət edib. Polşada polkovnik rütbəsinə qədər yüksələrək, dövlət tərəfdən SSRİ-yə qarşı aparılan mübarizədə iştirak etmişdir. Polşada sovet hakimiyyətinin yaradılmasının ardından Vəli bəy Yadigarov Argentinaya müharicət edib. O, 30 ilə yaxın Argentinada yaşadıqdan sonra 1971-ci ilin 13 dekabr tarixində Buenos Ayres şəhərində vəfat etmişdir.
Azərbaycanlıların Argentinaya mühacirətinə təkan verən olaylardan biri İran İslam İnqilabı olmuşdur. İranda 1979-cu ildə Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilabın ardından şah rejiminin tərəfdarı olan bir qrup Azərbaycanlı Latın Amerikası ölkələrinə, başda isə Argentinaya mühacirət etmişdir.
Argentinada yaşamış Azərbaycanlıların hər hansısa diaspor fəaliyyətləri qeydə alınmamışdır.