Azərbaycanlı İrandan Britaniyaya mühacirət etmişlər. Onlar əsasən İranda hakimiyyətə gələn rejimin rəhbərliyi altında yaşamaq istəməyənlər olmuşlar.[2]
2014-ci ilin mayın 22-də, İngiltərədə keçirilən yerli seçkilərin nəticələrinə görə Londonda Murad Həsənli Vestminster bələdiyyəsindəki Çörçill seçki dairəsində Leyboristlər Partiyasından bələdiyyə seçilmişdir.[5][6]
Ən çox azərbaycanlılar Londonda, İngiltərənin böyük şəhərlərinə və Midlends regionuna yerləşdirilib.[7] 2011-ci ilin Britaniyanın əhalinin siyahıya alınmasına görə, Böyük Britaniyada 6220 Azərbaycanda doğulmuş insan var, bunların 150-si Şotlandiyada yaşayır.[8]
2008-ci ildən, Londonda “Azərbaycan Evi” adlı Mədəniyyət və Dostluq Mərkəzi fəaliyyət göstərir.[10] Qurulduğu gündən London “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar həyata keçirilib.
2010-cu ildən, Azərbaycan incəsənət sərgiləri artımı olmuşdur.[11] Azərbaycan rəssamlarının əsərləri Londonda Sotebi sərgisində nümayiş olunub.[12][13]
Çoxsaylı Azərbaycan musiqiçiləri Britaniya pop musiqisində uğurlu olmuşdur. 2014-cu ildə, Elyar FoksunDo It All Over Again mahnısı Britaniya çartlarında 5-ci yerə sahib olmuşdur.[14]Sami Yusufun "My Ummah" albomu 4 milyon satılmışdır.[15]
Azərbaycanın dövlət bayramları və xüsusi günləri hər il Azərbaycan icması tərəfindən qeyd olunur.[16][17] 2008-ci ildən, Xocalıya ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əlaqədar ölkədə aksiyalar keçirilir.[18][19]
Britaniyada azərbaycanlılar arasında futbol və futzal daha populyardır. 2014-ci ildə, ölkədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubu İngiltərə çempionatında ikinci dəfə İngiltərə çempionatının qalibi olmuş və növbəti sezon İngiltərəni UEFA Futzal Kubokunda təkrar təmsil etmişdir.[20][21][22]
Britaniya azərbaycanlıları arasında Azərbaycan mətbəxi və Yaxın Şərq mətbəxi daha populyardır. Londonda bir neçə Azərbaycan restoranı fəaliyyət göstərir.[23]
↑Papazian, Dennis. "Armenians in America". Journal of Eastern Christian Studies. University of Michigan-Dearborn. 52 (3–4). 2000: 311–347. doi:10.2143/JECS.52.3.565605. 5 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.