Kanada azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunun Kanadada yaşayan etnik azərbaycanlıların təşkil etdiyi hissəsinin adı. Azərbaycandan, İrandan, Şərqi Avropadan və Türkiyədən gələrək Kanadada məskunlaşmışdırlar. Azərbaycan diasporasının məlumatına görə Kanadada 275 min azərbaycanlı yaşamaqdadır, onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır.
Ümumi sayı | |||
---|---|---|---|
275,000[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir.
İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir etdilər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrə təsdüf edir.
Ontario | 2,250[2] |
Britaniya Kolumbiyası | 445[3] |
Kvebek | 325[4] |
Alberta | 295[5] |
Yeni Şotlandiya | 35[6] |
Saskaçevan | 35[7] |
Nyu-Brunsvik | 35[8] |
Nyufaundlend və Labrador | 35[9] |
(Mənbə: Kanada 2006 rəsmi əhali sayıları)
Azərbaycan diasporasının məlumatına görə azərbaycanlılar əsasən Ontario vilayətində yaşayırlar. Bunlar əsasən İran azərbaycanlılarıdır. Azərbaycanlılar Kanadanın digər vilayətlərində də yaşayırlar.