Cin mikrorayonda – 1985-ci ildə buraxılmış Azərbaycan filmi.
Cin mikrorayonda | |
---|---|
| |
Janr |
komediya musiqili fantastika |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Baş rollarda |
Ötkəm İsgəndərov — Rüstəm Rəşid Mahmudzadə — cin Nataliya Tağıyeva — Maya Tofiq Mirzəyev — Süleyman ibn Davud Eldəniz Rəsulov — Fuad |
Operator | Amin Novruzov |
Bəstəkar | Rafiq Babayev |
Rəssamlar |
Rafiq Nəsirov Şamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 15 fevral 1986 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
8 hissə 2122 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0266493 |
Filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru Rüstəm Ağayev (Ötkəm İsgəndərov) içərisində cin yerləşdirilmiş qədim çıraq tapır. İstedadlı, lakin zəif xarakterli Rüstəm üçün bu çıraq göydəndüşmə olur. Cinin köməkliyi ilə gəncin işləri yoluna düşür: onun pyesi çapa hazırlanır, sevdiyi qız — Maya (Nataliya Tağıyeva) ona ərə getməyə razılıq verir, mənzilində çarhovuz peyda olur. Lakin Rüstəm hər şeyə özü nail olmaq istəyir. Cin öz "sahibini" atıb gedərkən ona bir sirr açır: insan öz gücünə inanmalı, möcüzə yaratmaq üçün onda güclü istək olmalıdır.
Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır. Əlif Lam öz sahibinin yarımçıq işlərini tamamlamağa girişir, hər şeyi Rüstəm üçün əlverişli bir istiqamətə yönəldir. Lakin bu süni uğurların mənəvi zövq vermədiyini, yeknəsəq həyat ritminə məzmunlu heç nə əlavə etmədiyini görən Rüstəm Əlif Lamın köməyindən imtina edir. O başa düşür ki, insan həyatda hər çətinliyi özü aradan qaldırmalı, bu yolda yalnız öz gücünə, öz real imkanlarına arxalanmalıdır. Bunun üçün isə təkcə arzulamaq yox, həm də cəhd göstərmək, mübarizə aparmaq lazımdır. Əməllərinin heç bir nəticə vermədiyini görən Əlif Lam da axırda ibrətamiz bir nəticəyə gəlir: İnsan arzulamayanda, konkret məqsədə can atmayanda onun olan-qalan bacarığı da süstləşir, hərəkətdən qalır. Göründüyü kimi, filmin mərkəzində dayanan ideya mənəvi-psixoloji səciyyə daşıyır. O, fəaliyyətsizliyə, ətalətə qarşı yönəldilmişdir. (Əlisəftər Hüseynov)