Dismenoreya

Dismenoreyamenstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomlar. "Ağrılı aybaşı'" da adlanır. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir.[1]

Dismenoreya
XBT-10 N94.4, N94.6
XBT-9 625.3
DiseasesDB 10634
MedlinePlus 003150
MeSH D004412
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birincili dismenoreya

[redaktə | mənbəni redaktə et]

Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıqstress simptomları ağırlaşdıra bilər.[2][3] Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusmaishalla da müşayiət oluna bilər.

İkincili dismenoreya

[redaktə | mənbəni redaktə et]

İkincili dismenoreya üzvi dəyişikliklər, keçirilmiş və ya mövcud ginekoloji xəstəliklərin nəticəsində yaranır. Endometrioz, leomioma, yumurtalıq kistası, adenomioz, çanaq infeksiyaları kimi ginekoloji xəstəliklərlə yanaşı mexaniki kontraseptivlərin (intrauterin cihaz, diafraqma) istifadəsi fonunda yarana bilər.

Şiddətli aybaşı ağrısı zamanı ilk növbədə ginekoloq tərəfindən üzvi xəstəliklər istisna edilməlidir.

  • QSİƏPİbuprofen, naproksen kimi qeyri-steroid iltihab əleyhinə dərman maddələri birincili dismenoreya zamanı ağrıkəsici kimi istifadə edilə bilər.[4] Yan təsirlərinə ürəkbulanma, dispepsiya, ishal, daimi istifadə hallarında mədə xorası aiddir.[5][4]
  • Hormonal doğuş nəzarəti — oral kontraseptivlər birincili dismenoreya simptomlarını yaxşılaşdırır. Antiestrogen effekti təmin etmək üçün 6 ay müddətində rilizinq hormonların aqonistləri təyin edilə bilər.[6][7]
  • İstilik — İlıq duş qəbulu, qasıq nahiyəsinə isti su şüşəsinin tətbiqi, intravaginal istilik terapiyası uşaqlıq əzələlərindəki spazmı azaltmağa kömək edir.
  • Maqnezium — qoz, buğda toxumu, paxlalılar orqanizmdə maqnezium səviyyəsini artıraraq spazmların qarşısını alır.[8]
  • Dəmir — aybaşından bir neçə gün əvvəl və aybaşı zamanı dəmir qəbulunun müvəqqəti artırılması qan əmələgəlmə prosesini intensivləşdirir, beləliklə qısamüddətli qanazlığı səbəbindən yaranan yorğunluq, halsızlıq kimi simptomları aradan qaldırır.
  • Çobanyastığı çiçəkləri (Matricaria recutita), gicitkən (Urtica), novruzçiçəyi (Primula), boymadərən (Achillea), xanım mantiyası (Alchemilla mollis), dərman ballınanəsi (Melissa officinalis), adi qarağat (Ribes uva-crispa) kimi dərman bitkiləri aybaşı ağrılarını yüngülləşdirməyə kömək edir.[9][10]
  • Yoga, meditasiya, gimnastika kimi rahatlama texnikaları aybaşı spazmlarını yüngülləşdirə bilər. Ayağın iç tərəfində, dizin aşağısında əl genişliyində resfleks sahəsi mövcuddur. Gün ərzində bir-neçə dəfə bu nahiyəyə basmaqla ağır qanama və spazmları azaltmaq mümkündür. Bu metodların təsiri isbat edilməmişdir.[11][12]

Menstruasiya pozğunluqları

[redaktə | mənbəni redaktə et]
  • Amenoreya — 6 ay və daha uzun müddət aybaşının olmaması;
  • Hipomenoreya — aybaşı qanamasının az miqdarda olması;
  • Hipermenoreya — aybaşı qanamasının həddindən çox olması.
  1. Serban-Dan Costa: Die Gynäkologie, Springer, 2006, S. 304, ISBN 3-540-25664-4, hier online Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine
  2. W. Dick Die psychische Form der Dysmenorrhoe und deren hypnotische Behandlung, 1924 online Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine
  3. Pierre E. Frevert, Psychosomatische Aspekte der Gynäkologie und Geburtshilfe, 2009 online Arxivləşdirilib 2022-01-26 at the Wayback Machine (PDF; 173 kB).
  4. 1 2 Marjoribanks J, Ayeleke RO, Farquhar C, Proctor M. "Nonsteroidal anti-inflammatory drugs for dysmenorrhoea". The Cochrane Database of Systematic Reviews (7). July 2015: CD001751. doi:10.1002/14651858.CD001751.pub3. PMC 6953236. PMID 26224322.
  5. Rossi S, editor. Australian Medicines Handbook 2006. Adelaide: Australian Medicines Handbook; 2006. ISBN 0-9757919-2-3
  6. Archer DF. "Menstrual-cycle-related symptoms: a review of the rationale for continuous use of oral contraceptives". Contraception. 74 (5). November 2006: 359–66. doi:10.1016/j.contraception.2006.06.003. PMID 17046376.
  7. Harel Z. "Dysmenorrhea in adolescents and young adults: etiology and management". Journal of Pediatric and Adolescent Gynecology. 19 (6). December 2006: 363–71. doi:10.1016/j.jpag.2006.09.001. PMID 17174824.
  8. Parazzini F, Di Martino M, Pellegrino P. "Magnesium in the gynecological practice: a literature review". Magnes Res. 30 (1). 2017: 1–7. doi:10.1684/mrh.2017.0419. PMID 28392498.
  9. Hildegard Hofmann, Christine Geist (Hrsg.): Geburtshilfe und Frauenheilkunde: Lehrbuch für Gesundheitsberufe, Verlag Walter de Gruyter, 1998, S. 200
  10. Ursel Bühring, Praxis-Lehrbuch Heilpflanzenkunde: Grundlagen – Anwendung – Therapie, Georg Thieme Verlag, 2014, Abschnitte 29.2.2.8, 20.6.2.5, 29.2.6.5 und andere
  11. Lee et al. J Pain Symptom Manage. 2011 Apr 29.
  12. Gharloghi et al. Patient Prefer Adherence. 2012;6:137–142.