Salakətin — Azərbaycan Respublikasının Xocavənd rayonunun Salakətin kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Salakətin kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Salakətin | |
---|---|
39°37′47″ şm. e. 46°59′21″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənddə Daş dövrünə aid Azıx mağarası yerləşir. Oykonim türk dillərindəki sala (sıra dağlardan ayrılan qol) və tin/din (düşərgə, məskən) komponentlərindən düzəlib (-ka qədim istiqamət halının əlamətidir), "sıra dağlardan ayrılan qol üzarində məskən" mənasındadır.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qarabağ silsiləsində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.